Eşqin Tərifi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 4 347
Səs ver:
(səs: 0)

Eşqin tərifi mənə görə özünü “Onda” görmək və “Onunla” ikən olduğun halını sevməkdir. Sevincə insanın gözləri qamaşar. İçində milyonlarca kəpənəklər uçuşar. Sevgi : Sərhədsiz olaraq, azadca, hesab soruşmadan sevməkdir. Sevgi: Qanadlarımızı azadca çırparaq, Ən günahsız, ən təmiz duyğularımızı paylaşmaqdır. Yaşadığımız təcrübələrlə, öyrəndiklərimizlə, uyğunlaşmaq adına məcbur qəbul etdiklərimizlə ən günahsız hallarımızdan uzaqlaşırıq. Sevgimizi qəliblərə qoyuruq, sevgimizi paylaşmaq üçün şərtlərə bağlayırıq. Halbuki sevmək insanın ən azad halıdır. Xoşbəxtlikdir, sevincdir, çoşğudur. Həyatdakı ən mənalı daddır. Qəliblərə sıxıştırmazsaq gözlərimizi hər yerdə tapa bilərik. Sevgini dəfələrlə oxuduğumuz kitabda, ilk dəfə getdiyimiz bir şəhərdə, orta məktəb yoldaşlarımızla görüşdüyümüz bir naharda, anamızın qollarında, körpəmizin gülüşündə dadarıq. Sevginin fərqli-fərqli halları vardır ki,bu hallarından biri də qarşı cinslə yaşadığımız Eşqdir. O duyğuyu yaşamağa başladığımızda qəliblər sınar . Onunla sahib olduqlarımızı paylaşmaq, onunla yaşadıqlarımızı çoxaltmaq istəyərik. Onun toxunduqları bizə daha mənalı, onunla edilən hərəkətlər daha əyləncəli, onunla hər an daha ləzzətli olar. Eşqi daddıqca cəsarətlənər, azadlaşarıq.İçimizdəki ən günahsız halımıza yaxınlaşarıq. Saf sevgi olarıq. Buna görə Eşq çoşğudur, sevincdir. Onun olduğu yerdə sevinc, xoşbəxtlik vardır. Eşqi tapdığımız yerdə, özümüzü taparıq. Eşq … Pulun ala bilməyəcəyi şeyləri paylaşmaqdır. Eşq.. Körpü yaratmaqdır, Divar yox. Eşq… çətinliklərlə dolu dünyada yumşaq bir toxunuşdur. Həyatın içində Eşq olunca hər şey məna qazanır və mükəmməl görünür.

 

Əziz Qadınlar.Biz userləri, bəs sizə görə eşqin tərifi nədir?

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 347
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri