Mən ölürəm …

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 937
Səs ver:
(səs: 0)

Xəstəxanada bir otaqdayam .Varlığımın son gücünü sərf edərək həyata bir addım daha yaxınlaşıram.Ola biləcək bütün ehtmallar ağlıma gəlir. Gözlərim bağlıdı … Zehnim açıq …Düşünə bilirəm .. Bir an ağlımdan ilk keçən sevdiyim və darıxdığım insanlardı …Həyata dair olanlardı..
Amma sanki iki dünya arasında qalmışam . Hər iki tərəfi də qəbul edə bilməyən insan kimi .Səslər eşidirəm; amma qarşılıq verə bilmirəm …
Bir an başımda bir qarışıqlıq olur …Mənim üçün öldü deyirlər… 
Ürək atışlarını ala bilmirik .. Həkim qışqırır .. Şok edirik tez! Yaşayıram deyirəm onlara, mən yaşayıram ..Həkim eşitmirsən? mən ölməmişəm yaşayıram ..!
Sonra başa düşürəm ki, boş yerə qışqırıram ..Üstümü örtürlər ..Yooox deyə qışqırıram. Həkim eşit məni. Ölmədim yaşayıram ..!
Bir an bir səssizlik oldu .. hiss edirəm ki, yalnızam . Nə edirlər mənə bunlar deyirəm, ya da nə edəcəklər! Boğulduğumu hiss edirəm . Yüngül bir üşümə başlayır ..Bir an bunları eşidirəm:
“Qəflətən gəlir ölüm, damarlarından qanını çəkilər, göz qapaqlarını tərpədə bilməzsən” .Dərin üşüməyə başlayır ..Elə bil ki, kimsə pəncərəni açıq qoyub səni xəstələndirmək istəyir …
Və qəflətən gəlir ölüm . Beynindəki düşüncələrin səyrəkləşir …Artıq yolçusan….Biletin hazırdı…Doğulanda necə sənə verildisə ..Gedəndə də geri gəlməyəcəyini qulağına pıçıldayarlar . Son bir dəfə sevdiklərinlə danışmaq istəyirsən . Qışqırmaq, danışmaq. Təssüf ki, danışmaq qabiliyyətini əlindən alıblar. Sevdilkərinə heç nə deyə bilməzsən….
Ölümə hazırlanırsan. Ölüm səssizliyi hər şeydən acıdı. Qorxudur insanı. Çölə çıxmaq .. Oturduğun məhəllədəki köhnə bulaqdan doya, doya su içmək istəyirsən . Sahildə gəzmək istəyirsən. Yorulub taqətdən düşənə qədər…
Bu insanlar mənə nə edirlər !?..
Həkim mən ölməmişəm, həyatdayam .. Eşit məni!! ..

Çox vaxt keçmədən ayaq səsləri eşidirəm.. bu səsləri mən tanıyıram. Sonra bir insanın səsini eşidirəm . Sevdiyim, həyatımın mənası olan bir insan var yanımda . Çox kədərlidi. Mənə hələ vaxtın var idi deyir…Edəcəyimiz çox şey, bölüşəcəyimiz bir həyat …
- Sənə nə oldu? ..
Deyirəm inan ki məndə bilmirəm, soruşuram özümə amma cavab ala bilmirəm . Yaxşı deyiləm . Öldüyümü deyirlər …
Səni qucaqlamaq istəyirəm dəlilər kimi .. eşitmirsən məni? .. Amma sən məni eşidə bilərsən .. Bəli mən inanıram .. Sən məni eşidirsən .. ‘deyirəm.
Qışqırıram .. Uğrunda həyatımı qurban verə biləcəyim insane da bu axşam susur. .. Axşam dedim .. Axşamdı doğurdan? .. Saat neçədi ki? Anam nə edir görəsən?Eşit məni .. Ölümə də birlikdə gedəcəkdik.. Niyə yalnızam? .. Cavab ver .. Bu qədər idi?. Bəs “biz həmişə birlikdə olacağıq .. Ölərkən də səninləyəm”deyirdin.Noldu?İndi heç sözlərimi də vecinə almırsan…Nə isə…
Məni heç vaxt unutma .. Mənə olan aid hər şey səndədi .. Məni yaşat. Deyəsən öz – özümə danışıram. Mən ölmüşəm. Sən də məni eşitmirsən. Gedirəm,artıq bu məlumdu .. Ruhum həmişə tək olacaq …
Məni unutmazsan yaxsi? .. Daha çox üzülmə, kədərlənmə. İçin qan ağlıyır,bunu hiss edirəm. Həmişə səni nəfəsimdə,ürəyimdə hiss etmişdim…Yaşamağa dəyər tapmışdım ..
Mən ağlaya bilmirəm .. Səndə ağlama . Bu səbəbsiz gedişə heç kim dayan demir ..
Get… Məni bədənimlə, ruhumla tək burax get ..
Mən özümdə ölərəm sən olmasan da .. Get məni məndə tək burax ..
Mən ölürəm.
Mən ölürəm ..
Mən ölürəm …

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 937
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri