Tam fərgli hislər...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 4 279
Səs ver:
(səs: 3)
Tam fərgli hislər...

Mənim keçmişim...

Sən döydün,qapımı döydün... Yox,evimin qapısını yox,sən qəlbimin qapısını döydün...
Həmin qapının gözlüyündın çox baxdım,çox fikirləşdim...
Mən qapını qorxa-qorxa,asta-asta açdım...
Mən çox şeyə ümid bagladım səni həyatıma buraxanda...
Amma bunlar artıq keçmişdə qaldı...

Mənim həyatım...

İndiki həyatımda sən varsan,sənin tək varlığın elə məni yaşadır...
Mənə hər zaman sual verirsən: “Bu sevgidir?” deyə... Mənsə hər zaman bu sualın qarşısında susuram. Çünki sənə olan hislərim sevgi deyil,mənim hislərim sevgidən də güclüdür,sevgidən də fərglidir,onlar başqadır...
Mən səni fərgli hislərlə sevirəm... Bizim yaşadığımız hisləri heç kəs yaşaya bilməz,çünki heç kəs biz ola bilməz...
Səni sevirəm” kəlməsi mənə o qədər adi,o qədər lazımsız gəlir ki,nə mən o kəlmələri işlədirəm,nə də sənin işlətməyini istəyirəm... Sənə olan hislərimi ifadə edə
bilmədiyimə görə bu yazını yazıram, yazaraq sanki sənin bunu oxuduğuvu fikirləşəcəm,amma əminəm ki,bu yazıdan heç vaxt xəbərin olmayacaq...

Mənim gələcəyim...

Gələcəyim? O nədir ki? Sənli həyatdır? Əgər elədisə onda mən nə xoşbəxt insanam...
Bəs gələcəyim sənsiz olsa,onda nə edəcəm?
Yənə də gözyaşı,həsrət,gözlənti?
Axı bu hislər də artıq mənim üçün adiləşib,bilirsən niyə?
Çünki hər mübahisəmizdə gözyaşı tökürəm,səsivi eşitmədiyim an həsrətivi çəkirəm,sənsiz hər bir dəqiqəm gözləntidə keçir...
Ona görə də məni bu hislər artıq qorxuzmur,mən fərgli hislər gözləyəcəm,çünki biz fərgliyik...
Sonda yadıva salmaq istəyirəm...
Yadındadır,mənə məcbur olub “Əlvida” dedin,mənsə sənə bu əlvidanın sonu yoxdur deyib “Hələlik” dedim...
İndi isə bizim hislərimizin sonu yoxdur,onlar fərglidir deyib,yalniz hər şeyin yaxşı olacağına ümid edirəm...

 
(səs: 3)
Şərhlər: 2
Baxılıb: 4 279
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri