Bilirsən, nə üçün bu qədər nifrət edirəm sənə? Üzündəki o mimikanla mənə necə qüsursuz bir qadin olduğumu xatırlatdığın üçün.. Hər nə qədər getsən də, mənim hər daim qollarımı açaraq səni gözlədiyimi bilib, hər dəfə təkrarən tərk etdiyin üçün.. Gözlərinin qarşısında aciz olduğumu bilə - bilə gözlərimlə gözlərini toqquşdurduğun üçün. Lənətə gəlmiş bu şəhərin ən kimsəsiz ən tanınmayan küçələrdə ağlasığmaz bir şəkildə qarşıma çıxdığın üçün.. Səni hər görəndə nəyin ki görmək hətta adını belə eşidəndə ürək döyüntülərimi tənzimləməkdə çətinlik çəkdiyim üçün.. Mən hələ də səndə məhkum qalmışkən sən yanmda başqasından danışdığın üçün.. Hər nə qədər ətrafım geniş olsa da, sırf sənin yoxluğunu belə çox hiss etdiyim üçün..Ən əsası isə sənə bu qədər dəyər vermişkən hər dəfə bəhanə tapıb sevgimi ayaqların altına alıb, cəhənnəm olub getdiyin üçün!..