Eşqdən öyrənəcəyiniz 17 dərs

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 4 097
Səs ver:
(səs: 1)
Həyatın sizə hazırladığı ən gözəl sürpriz olan sevgidən nələri öyrəndiniz? "Sevgi olmasa, olmaz" deyənlərdənsinizmi? Eşq sizin üçün nədir, sizin üçü nə məna kəsb edir? Heç aşiq oldunuzmu? Eşqdən nə öyrəndiniz? Budur, əsl eşqin öyrətdiyi 17 dərs ilə tanış olun.

1. Eşq duyğu deyil, hərəkətdir. Eşqi hiss etdiyimiz zaman bunu sonsuza qədər hiss etmək istəyərik. Amma buludların üzərindəki hiss keçdikdən sonra eşqimiz bitməz.

2. Eşq ifadə edilməsinə və qəbul edilməsinə görə dəyişər. Sevginin dili fərqli ola bilər.

3. Eşq münasibətlərin davam etdirilməsini tələb etmir. Birinə aşiq ola, ancaq onunla bir-birinizi başa düşməyə bilərsiniz. Aşiq olmaq münasibətləri davam etdirmək demək deyil. Əlaqəni kəssəniz də, sevginiz davam edəcək.

4. Həqiqətən sevən insan qarşı tərəfi incitməz, çünki bu halda özü də kədərlənər. Buna görə də tərəf-müqabilinin özünü yaxşı hiss etməsini istəyər.

5. Eşq hər şeyi öz axarına buraxmağı tələb edir. Eşq sahib olmaq deyil. Əgər sevirsinizsə, azad buraxın. Qayıtsa, sizindir. Dönməzsə, demək ki, heç bir zaman sizin olmamışdır. Bax, bu çox doğrudur. Eşq insanlara azadlıq verməlidir. Həqiqi eşqdə sahiblik yoxdur.

6. Eşqin qədəri deyil, keyfiyyəti önəmlidir. Gerçək eşq qısa müddətli də ola bilər.


7. Eşq qurban rolunu oynamaz və ya digərini təqsirləndirməz. Eşq birlikdə məsuliyyətə qatlanmaqdır.

8. Eşq xoşbəxtlik, rahatlıq və sakitlik deməkdir. Eşqdə qorxuya yer yoxdur.

9. Eşq fərqlilikləri qəbul edir. Hamımız fərqliyik. Gerçək eşq qarşı tərəfin fərqliliklərini əhəmiyyətli hesab etməz və qəbul edər.

10. Eşq heç bir şeyi gözləməməkdir. Əsl sevgidə gözləmə yoxdur.

11. Eşq şərtsizdir. Gözləmələr və məhdudiyyətlər olmamalıdır. Şərtsiz sevmək çox çətindir və bir çox insan bunu bacarmır.

12. Eşqdə qısqanclığın yeri yoxdur. Əsl sevgi güvənmək deməkdir.

13. Eşq diqqət tələb edir. Aşiq olduqdan sonra əmək vermək lazımdır.

14. Eşq ehtiyac və istək deyil. Uşaqlarımıza ehtiyac və istək arasındakı fərqi öyrətməyə çalışırıq. Eyni vəziyyət eşq üçün də etibarlıdır.

15. Bir çox insan dostluq münasibətilə sevgini qarışdırır.Yaxşı münasibətinizin olması gerçək eşqi yaşadığınız anlamına gəlməz. Qısqanclıq, sahiblənmək, təzyiq və zorakılıq varsa, demək, sevgi yoxdur.

16. Eşq mövcud olan ən güclü duyğudur. Tamamilə və şərtsiz aşiq olarsınız.

17. Eşq digər insanın ehtiyaclarına da eyni dərəcədə əhəmiyyət verməkdir. Eşqdə eqoizmə yer yoxdur.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 4 097
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri