Frans Kafkanın “Milenaya məktublar” kitabından sitatlar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 3 211
Səs ver:
(səs: 1)
Frans Kafkanın “Milenaya məktublar” kitabından sitatlar

- Əzab vermə, öldür məni. Öldürməsən qatil sayılarsan.

- Yazmamağınızdan görünür ki, çox yaxşısınız. Bizlər, adətən, yaxşı olduğumuz zaman susuruq.

- Həqiqətən də düşüncələrimdən bəhs etməyi bir növ çatışmamazlıq sayıram…izah etməyi xoşlamıram…Bu insanın həyatını nəzərdən keçirməyi üçün cəhənnəmi dadmaq olardı.

- Mənə elə gəlir ki, mövzular bir tərəfə, bu yazılarınızda yol göstərən bir tərəfiniz var. Bu elə bir yoldur ki, insan onun üzərində xoşbəxt, xülyalar içində yeridiyini düşünür, birdən ağlı başına gəlib o tərəf, bu tərəfinə baxanda anlayır ki, qabağa gedə bilməyib, öz dar çevrəsində fırlanıb durub, həm də əvəlkindən daha təlaşlı və qanmaz..

- Milena, kömək edin mənə. Söyləyə bildiklərimdən daha çoxunu anlayın.

- Amma indi? – Keçdi artıq, indi yalnız öz xəstəliyimi, öz sağlamlığımı düşünürəm. Yenə də ikisi də sən deməkdir.

- Hər halda yenə də bir yuxu gördüyümə sevinirəm. Yuxular sona çatmasa, insan oyanmır. Möhkəm-möhkəm yapışır bizə, istəsək belə oyana bilmirik. Məhz bir az yata bilməyimi bu yuxuya borcluyam.

- Gələcəyi düşünmürəm, çünki haqqında heç nə bilmirəm. Bildiyim sadəcə budur: Səndən ayrı olduğum müddətdə qorxunun əsiriyəm, ona boyun əyirəm, məndən istədiyindən daha çoxunu ona verirəm, özü də heç tərəddüd etmədən.

- Nə edəsən, yeməsən, boşalmır boşqab.

- İstədiyin qədər mənə – “həyatı sevirsən”- de. Bu gün sevmirəm. Dünən gecənin davamında bu günü görəndə necə sevə bilərəm?

- Bax, Milena, “Ən cox səni sevirəm” deyirəm, amma bəlkə də həqiqi sevgi bu deyildir … “Sən bir bıçaqsan, mən də dayanmadan o bıçaqla içimi deşirəm” – desəm, yəqin onda həqiqi sevgini ifadə etmiş olaram…

- Dünən gecə səni yuxumda gördüm, tam xatırlamıram, amma bir-birimizdə əriyirdik. Sən mənə, mən sənə çevrilirdim.

- Gücüylə məni canlandırmaq üçün əvvəl sanki öldürür, amma sonra da gücü çatmır diriltməyə.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 211
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri