SƏNSİZ VAR OLMAQ...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 817
Səs ver:
(səs: 0)

 

 Mənli əziyyətlərin, mənli peşmanlıqların bitdi artıq. Dilədiyincə azadsan... Mavi səmanın altında istədiyin ölkələrə qanadlana bilər ürəyin... Dilədiyin mövsümlərdə dəli tərəfindən islana bilər gözlərin... Mənə çıxan bütün yolları ünvan dəftərlərindən sil artıq.. Adımin üzərini qalın hərflərlə işarələyib qaldır məni xatirələrinin ən tozlu rəflərinə... Mənə dair tək bir sətir qalmasın , tək bir cümlə olmasın dodaqlarında..
Madam sənə acı  çəkdirirəm, madam mən səndə peşmanlığı xatırladıram burax bitsin bu əziyyət.. Mən sənə acı çəkdirmək üçün gəlməmişdim.. Ağır yaralı ürəyinə ümid deyə girmişdim halbuki.. İndi səndə " qanayan peşmanlıq " olmuşkən unut məni. ..Hiç yaşanmamış say yaşananları.. Mənli xatirələrin üzərinə qaranlığı ört və bağla bütün pərdələrini..... Mənə qatdıqlarını, mənə buraxdıqlarını yığ ürəyimdən...
Sözlərini, andlarını sök dodaqlarımdan... Amma bir şeyə toxunma nə olar. ..Seni " sən " deyə sevən ürəyimə toxunma... Toxunma, ağrıdar təkliyim ürəyini.. Toxunma, qanadar düz boyu qaranlığım o incə dodaqlarını.... Həyatımda məğlub olmağa alışmışkən sənin yoxlugunada alışaram mən... Mən nə qədər ürəkdə canlı canlı basdırıldım sənin zəfərlərinə də alışaram sevimli....
Burax toxunma qanayan yaralarıma..
Cənnət qoxulu bədəninə sıçramasın çirkli üzümdən axan təkliklərim... Daha çox ağrıtmasın peşmanlıqlarda ovudulmuş xatirələrim. ...Topla cümlələrini dodaqlarımdan...
Hər şey bitdi artıq. ..Və hər şey bitmişkən, sənə get deməyəcəyəm....
Getsənsə də tək bir söz belə etməyəcəyəm..
Susmalıyam. Susuram... Ən dərinindən, ən acısindan susqunluğumda gizli cavablarım sevimli... Bəlkə də bütün cavablarım sualların da gizli
Mənə qalan ağrıları, mənə buraxılan uduzmaları - kürəyimə yüklənib gedirəm... Qapını aralamağına ehtiyac yoxdur sevimli..
Sənə gəldiyim yollardan getməyi də bilərəm mən.... Ehtiyac yoxdur " ən yaxşısına sən layiqsən " sözləriylə ovudulmuş aşmış cümlələrə... Mən bilərəm tozlu yolları.... Gedirəm,   ayrılığın qəniməti olaraq bütün xatirələri yandira bilərsən.
Mənli bütün yaşananları da unuda bilərsən... Artıq sözə ehtiyac yoxdur... Getməliydim amma bu qədər erkən deyildi.. Gedirəm bir bədəndə " ürəksiz " yaşamağı öyrənməyə gedirəm.. Gedirəm mübtədası oğurlanmış cümlələrdə sənə " susmağa " gedirəm....
Bilirəm sən mənsiz də yaşaya biləcək qədər güclüsən.. Həyata qaldığın yerdən davam edəcəksən Nöqtəsiz, vergülsüz. ..Oysa mən.. Halbuki mən yaşadıqca həmişə bir əskik verəcəyəm səhər içdimələrində.. həmişə bir sən əskik olacaq nəfəs almalarım.. Artıq mübtədasız paraqrafların içində yarım cümləlik olaraq sayılacağam... Artıq mən " sənsiz " var olacağam...

 

 

 

Tərcümə etdi: PRETTY GİRL

Redakte etdi: PRETTY GİRL

 

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 817
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri