Mən heç yağışda rəqs etmədim

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 5 144
Səs ver:
(səs: 1)

 

 

     İncik, yorğun və səssiz bir payız idi. Bildiyim və darıxdığım bir şəhərdən keçirdim. dəmli bir çay və dost söhbəti idi, qısacıq zaman dilimlərinə sığdırmağa çalışdığım. tam getmək üzrəykən gördüm səni. Heç danışmadan hətta laqeyidcə baxdın mənə. Kiçik bəzəklərlə bəzənmiş və dəcəllik etmədən dayana bilməyən tənbəl bir uşağın, oğrunca təbəssümü kimi oldu tanış olmamız, tanış edilməmiz...
Haradan belə bilərdim, bu dodaqlara yapışdırılan təbəssümlərin, yerini sevdaya buraxacağını. ..qaçamaq baxışlara hamilə qaldı gözlərimiz və əslində gözlərində gözlərimi gördüyümü kimsə anlamadı, kimsə fərq etmədi hüznlərimizin sevişdiyini....
Ağrılardan və vidalardan keçən, artıq olmaz deyə dirəşən bir ürək hüzünlüyü vardı ortada, qəhqəhələrlə örtməyə çalışdığımız. Çox sonraları fərq etdik, örtməyə çalışdıqca bu hüzünün ortaya çıxdığını. müqavimət göstərdik. .Dirəndik bir zaman tutulmamaq üçün eşqə. Halbuki gedəcəyini söyləyib də, göndərmədiyim bir səhər ayazında şəkillənmişdi sevgin yorğun ürəyimdə. Başım döndüyündə anladım, canlanmağa başladığını bir sevdanı içimdə. Artıq çox gecdi və böyüyürdü sevda, hüznlə və həsrətlə bəslənərək...
Sənə gəlirkən qısaldığı və səndən gedərkən uzandığı axşamlarda toxunduq bir-birimizə. Maskalarımızı qapı girişlərində buraxaraq, tamaşaçısız və alqışsız səhnələrdə sevişdik. Sevişdik və çoxaldıq fərq etmədən. Hər görüşmə bir coşğu, hər ayrılıq bir ağrı buraxdı ürəklərimizdə. Yatarkən seyr etdiyim üzün, həsrəti didiklədi kilometrlər kənarından...
Sıxlıq qorxularımız, övladlığa götürdüyümüzü sandığımız ağrılar və arxamızdan etinayla gələrək bizi izləyən narahatlıqlarımız vardı. Sən əhəmiyyətli hesab etdin, mən görməməzlikdən gəldim. Ağrılar paylaşılar dedim, sən paylaşılamayacağını müdafiə etdin. Sarıldım sənə bu müdafiə etmələrin içindən. Gülməni, sevgindən əvvəl istədim. Gülmənin gözlərinə yaraşdığını gördüyüm an. .yoxsa gülüşlərdəmi belə hüznlü idi gözlərimizdə. Gözlərimizdəki bu hüzn çağırmışdı bəlkə də sevdanı ürəklərə, heç gözləmədiyimiz bir an, ümid etmədiyimiz bir gecədə...
İndi gecələrdə, atasını axtaran bir sevdanı əmizdirirəm. Harada deyə soruşduğunda, işləri var, indi gələcək, deyərək yalan danışdığım sevdanı. Bilsə səni qırdığımı, incitdiyimi, məni bir daha sevməməsindən, qiyam qaldırıb getməsindən qorxuram. Öz söylədiyim yalanlara, özüm inanmağa başlayıram. Gecələrdə, sevdam yuxuya gedincə, səssizcə ağlayıb, bağışlanılmam üçün dualar edirəm. Gecələrdə, ən çox səni darıxıram...
Səssizcə inkişaf edib, səssizcə gedişin oldu. Dodaqlarım cəzasını danışmayaraq çəkəcək, getməyinə səbəb onlar oldu. Qadınlığımı çıxartdım, yudum və asqıya asdım. Kimsə görməsin, bəyənməsin deyə. Gəldiyin gün geyinib, qarşına elə çıxacağam. Bilirsənmi, mən heç yağışda rəqs etmədim. Bəlkə də yağış olan sən idin, səninlə rəqs etmək istədim...

 

Redakte etdi: PRETTY GIRL

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 5 144
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri