Səni mənim dualarım qoruyar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 938
Səs ver:
(səs: 0)

 

Mən yəqin ki,gedirəm sevgilim, içimdə bir qəribə hüzn var. Sanki nə etsəm olmur kimi hiss edirəm. Səni sevərkən, üstəlik sənin də sevdiyinə inanarkən, necə bacara bilmədik bu işi .Bilməyirəm amma sanıram mən gedirəm.

Əllərimin sənə toxunmadığı bir dünyada yaşamaqdan, tək səsini duymaqdan məhdud vaxtlarda xoşbəxt olmağa çalışmaqdan, bədənini və ağılını yanımda hiss edə bilməməkdən yorğun düşdüm. Qurduğum bütün xəyallar boşuna, heç birini reallaşdıra bilmirəm, ətrafı sularla çevrili tək bir ada kimiyəm. Arada bir qonan quşlar da olmazsa, içimdə yaşayan bir nəfəs qalmayacaq
Səbr etməyi öyrənmişdim amma bu qədəri məni belə yorur. Daş olsa çatlayardı deyirəm. Çətin demək ki eşqi həqiqətən yaşatmaq, mən bacara bilmədimsə üzr istəyirəm. Bilirəm, sevgi anlamaqdır ancaq davamlı anlayan tərəf mən olacaqsam, o zaman eşq də yalnız mənə aid olmazmı? Bu vəziyyətdə eşqimi də cibimə qoyub getmək lazımdır, sanıram vaxtı gəldi, gedirəm.
İçimdə heç bir inciklik daşımadan, yalnız iki böyük insanın bacarıqsızlığına əsəbləşərək, bu kiçicik ürəklərimizi bir arada tuta bilməyişimizə içlənərək zaman zaman, inadılığımızın sonunda ikimizi də körpüdən salacağını söyləyərək üstəlik məhrumluğumu hiss etmədiyini anladığım üçün, getməyə hazırlanıram.
Küləkdə çarpan qapılar kimi, davamlı özümə çarparaq yaşamaqdan sıxıldım. Madam bu qədər təkliyə asılı qalıram, o zaman sənin həyatında bir yer işğal etmənin də mənası yox deyirəm. Onsuzda mənsizliyə təlimli həyatında əksilən nə ola bilər ki? Gündə birə düşmüş telefon söhbətlərimizə baxınca, yoldaşlarımla səninlə danışdığımdan daha çox dialoq quruduğumu görürəm. Necəsə maraqlanmazsan, gedişim səndə nəyi dəyişdirər ki, qadın tərəfindən bir neçə rəftardan başqa? Bu gün alış verişe çıxdım. Sənə də gözəl bir tişört aldım. Sonra niyə aldığımı soruşdum özümə, cavabını tapa bilmədim. İnsan, sevdiyi adam üçün bir şeylər etdikcə xoşbəxt olur, işə yarayar mı hiss edir görəsən?
Ürəyim elə yorğundur ki, təsəvvür edə edə bilməzsən. Səndən əvvəl də yığılmış əzablarım var. Onsuzda mənim. Daha onları yeni təmizləmişkən, bir başqa ağrıya dözməmək üçün gedim deyirəm. Mənə də alışdırdın ya sənsizliyi, ayrılığı da yadırğamıram demək ki!
Mən yəqin gedirəm sevimgilim! İçimdə bitirilməmiş xülyalarım, cibimdə səninlə qurulmuş xəyallarım, heç cür izah edə bilmədiyim sevgim, bacarıqsızlığım və hər yanında adın yazan ürəyimi əlimə aldım, getməyə hazırlanıram. Arxamızdan heç kimin deyəcək sözü yoxdur. Dedi-qodumuzu da edə bilməyəcəklər. Kim nə bilir ki? Mənim izah etdiklərimdən başqa, sənin dünyanda məni tanıyan belə yoxdur. Yəni, bu ayrılıq səni vurmayacaq.
İçimdə bir az buruqluq olsa da, nəfəs aldığım müddətcə səni ağılımın, ürəyimin bir yerində tutacağımı bilirsən. Harada və kiminlə olsan ol, hansı dərdin içinə girmiş olsansa da, maraqlanma səni dualarım qoruyacaq. Bundan əminəm çünki sevən bir ürəyin etdiyi gözəl dualar, bu böyük kainatda qəbul görəcəyi yerə çatacaq. Artıq vaxt gəldi və mən yəqin gedirəm sevimgilim, amma sən dayan desən….....!

 

/Mənbə:Qadınlar.biz/

 

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 938
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri