Eşqin halları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 075
Səs ver:
(səs: 0)

 

Eşq tərifi mənə görə öz əks olunuşunu onda görmək və onunlaykən olduğun halını sevməkdir.

İçimizdəki uşaqla sevmək
Sərhədsiz olaraq, azadca, hesab soruşmadan sevmək.
Qanadlarımızı azadca çırparaq,
Ən günahsız, ən çılpaq duyğularımızı paylaşmaq,
Yanağa qondurulan yaş bir öpüşlə duyğularımızı izah etmək.
Yaşadığımız təcrübələrlə, öyrəndiklərimiz, uyğunlaşma təmin etmək adına məcbur qəbul etdiklərimizlə, böyütdüyümüz eqomuzla, uzaqlaşırıq ən günahsız hallarımızdan. Sevgimizi qəliblərə qoyuruq, sevgimizi paylaşmaq üçün şərtlərə bağlayırıq.
Halbuki sevmək insanın ən azad halıdır. Xoşbəxtlikdir, sevincdir, coşqudur, sevincdir, sevmək. Həyatdakı ən mənalı daddır. Qəliblərə sıxıştırmazsaq gözlərimizi hər yerdə tapa bilərik sevgini: Dəfələrlə oxuduğumuz kitabda, ilk dəfə getdiyimiz bir şəhərdə, orta məktəb yoldaşlarımızla görüşdüyümüz bir naharda, anamızın qollarında, körpəmizin gülüşündə dadarıq.
Sevginin fərqli fərqli halları vardır .bu hallarından biri də qarşı cinslə yaşadığımız Eşqdir.
O duyğuya düşdüyümüzdə qəliblər yıxılar və eqomuz çalışa bilməz. Birdən birə işbirlikçi olarıq, sahib olduqlarımızı paylaşmaq, onunla yaşadıqlarımızı çoxaltmaq istəyərik. Onun toxunduqları daha mənalı, onunla edilən hərəkətlər daha əyləncəli, onunla hər an daha ləzzətli olar.
Eşqi daddıqca cəsarətlənər, azadlaşarıq. Eqomuzdan uzaqlaşdıqca, hesab kitab etmədikcə günahsızlaşar, içimizdəki ən günahsız halımıza yaxınlaşarıq. Saf sevgi olarıq.
Buna görə Eşq coşqudur, sevincdir. Onun olduğu yerdə sevinc, xoşbəxtlik vardır. Eşqi tapdığımız yerdə, özümüzü taparıq.
Eşqi izah edən karikaturalar vardı, Eşq budur cikletlərindən çıxan, xatırlayarsınızmı? 

 

Hər biri sevginin Eşq halını bizə ən günahsız şəkildə izah edər. Unutduğumuz bir şeyi xatırlatmaq istəyərcəsinə.
Eşq …
Pulun alıb götürə bilməyəcəyi şeyləri paylaşmaqdır.
(Baxın burada Eşq eqonun vəsaitlərini istifadə etmir.)
Eşq..
Körpülər salmaqdır, Divarlar deyil.
(Aşiq olunca necədə hər problem həll edilir.)
Eşq…
…çətinlikli dünyada yumşaq bir toxunuşdur.
(Həyatın içində Eşq olunca hər şey necədə məna qazanır və mükəmməl görünür.)

 

Redakte etdi:  PRETTY GİRL

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 075
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri