İlk dəfə sənə ağladım

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 3 368
Səs ver:
(səs: 0)

İlk dəfə sənə ağladım

Ürəyim yoruldu sənin fikrini eləməkdən, taqət qalmadı, güc qalmadı məndə...
Əvvəlki güclü, hər dəqiqə deyib gülən Məndən əsər yoxdu artıq...
Mənim əsərimi sən yazdın, ama sonunu gətirmədin niyə?!!! Günahım nə idi?!!!
Səni düşünməkdən gözümə yuxu girmədiyi üçün günahkaram? Sənə görə narahat olduğum üçün günahkaram? Yoxsa Səni sevdiyim üçün günahkaram???
Yaxşı hərşeyin günahkarı, səbəbkarı mənəm, ama gəl artıq, bunu mən demirəm sənə, ürəyim deyir!!! Qırılan, inciyən, kövrələn, yorulan ürəyim deyir SƏNƏ!!!

Mən sevgi barədə deyilən məcazi sözlərə inanmırdım, həqiqətən inanmırdım...
Ama sən inandırdın məni çox sağol!!!
Sən getdiyin gündən bəri sanki ürəyimin yarısı sənlə gedib, ürəyimin yarısını qaytarmadan hara gedirsən??? Sənə bir ürək borcluyamki mən??? O ürəyə layiq olmaq üçün nə etdinki sən?Nə???
Allahın verdiyi ürəyi məndən aldın, çox sağol!!!
Təsəlli axtarıram özümə, ama tapa bilmirəm, heçnə təsəlli etmir məni, heçkim təsəlli verə bilmir mənə...
Ürəyimi daş sandın, daş kimi qırdın ürəyimi, sındırdın... 

Bax bu gözlərə, axtar bu gözləri, gör tapa bilərsən bu gözlərdən? Gör sənin üçün hər gecə ağlayan bu gözlərdən tapa biləcəksən? 
Kim sənin üçün ağlayacaq? Kim? Sənin üçün ağlayan birisini mənimlə tanış et, o insanın xatirinə ürəyim səni unudar!!! Ürəyim bilərki səni məndən çox sevən birisi olacaq, rahat olar, sakitləşər...
Ama tapa bilməsən bu ürək bir ömür ağlayacaq, bir ömür...
Heçkimə deyil yalnız sənə, ilk dəfə sənə AĞLADIM...

İndi kimlərləsən, nə edirsən, günlərin necə keçir bilmirəm...
Gələcəyin haqqında planların olar indi sənin, mənsiz planların...
Bəlkə də unudubsan məni... Unutmasan da birgün unudacaqsan, bilirəm... O günün çox uzaqda olmadığını da bilirəm...
Ama mən unuda bilmirəm səni, silə bilmirəm... Sən mənim üçün qələmlə kağıza yazılmış söz deyildinki silim səni, sən ürəyimə yazılmışdın, ama qələmlə yazılmamışdın, bıçaqla ürəyimə yazılmışdın, o ürək ki hər gün səni bilmədən, eşitmədən daha da qanayır, yarası açılır, o ürəyin dərmanı yalnız sən idin yalnız SƏN...

 
Unutmaq asandı deyirdin, hərşeyin yaxşı olacağını deyirdin, yaxşı, sən unut məni. Ama məndən səni unutmağı İSTƏMƏ!!!
Unuda bilmirəm səni, gəl vur öldür məni, unuda bilmirəm!!!

 

Redakte etdi: PRETTY GİRL

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 368
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri