"Özünə yaxşı bax"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 5 030
Səs ver:
(səs: 5)
"Özünə yaxşı bax." Çünki bundan sonra mən yanında olmayacağam. Ola bilməyəcəyəm. İstəsəm də istəməsəm də. Sevdim bir zamanlar səni, hələ də sevirəm və məndən sonra da xoşbəxt olmağını istəyirəm. Olar da bir gün dönsəm səni yaxşı tapmaq istəyirəm."
"Özünə yaxşı bax. Çünki bundan sonra özündən başqası olmayacaq yanında sənə baxacaq. Mən olmayacağam. Özünə yaxşı bax və məni düşünmə. Çünki mən də səni düşünməyəcəm artıq. Axtarma əsla məni, yazma, çünki mən yazmayacam. Sil məni ürəyindən, çünki mən siləcəyəm. Lakin, yaşanılan, paylaşılan gözəl şeylər xatirinə sənə ürəkdən xoşbəxtliklər diləyirəm. Və mən bir daha dönməmək üzrə gedirəm."
"Özünə yaxşı bax" deyərlər və gedərlər. Bu sözlərin içində xəyanət yox, heç bir zaman ola bilməz deyərlər və gedərlər. Ən böyük xəyanət deyilmi əslində səni sevəni, ehtiyacı olanı üz üstə buraxıb getmək. "Özünə yaxşı bax" deyərlər və gedərlər. Səni susqunluğa məhkum edib gedərlər. Səni parçalara ayırıb, ən böyük parçanı yanlarına alıb gedərlər. Səni səndən alıb gedərlər.
Yaxşı o zaman... Sənin istədiyin kimi olsun... elə isə. ..Sən də Özünə Yaxşı Bax.... :/
(səs: 5)
Şərhlər: 13
Baxılıb: 5 030
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri