Darıxıram, gəl

Müəllif: Mr. OffiCeR
Şərhlər: 21
Baxılıb: 12 828
Səs ver:
(səs: 10)
Heç bilməzdim sənin üçün bu qədər yadam.. Məni sevmirsən, bəs niyə xoşbəxt deyilsən, niyə üzün gülmür? Mənimlə olanda sənə verə bilmədiyim hansı gözəllik yox idi? Sənə canımı da verməyə hazır idim.. İndi də olanlara baxmayaraq sevirəm səni.. Unuda bilmirəm.. Darıxıram, gəl.. Səninlə olmaqdan doya bilmədim..

Sonu tamamlanmamış söhbətlərimiz vardı.. Gülüb qurtara bilmədiyimiz şirinliklərimiz vardı.. Gülə bilmirəm.. Heç nə güldürmür məni.. Heç nəyin dadı yoxdu.. Nələr aparmısan məndən məgər? Niyə getdin? Belə tez.. Gülüşün, baxışın, toxunuşun valeh edirdi məni.. Səni sevirəm eşitmək istəyirəm o dodaqlardan.. O kəlmələri duymaq istəyirəm gözlərində.. Səni soruşurlar məndən.. Deyirəm yaxşıdı.. "Getdi, məni qoyub getdi" deyə bilmirəm.. Bununla barışa bilmirəm.. Qayıdacaqsan görəsən? Ümüdüm sevindirir məni..
(səs: 10)
Şərhlər: 21
Baxılıb: 12 828
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri