Səninlə başladı hər şey...

Müəllif: arzum-aysum
Şərhlər: 12
Baxılıb: 5 108
Səs ver:
(səs: 7)
Səninlə başladı hər şey... getməyi öyrəndim həyat yolunda... addımlarımı qorxaraq deyil cəsarətlə əmin bir şəkildə atmağı bacardım...
getdiyim yolu bilməsəm də sənin arxamdan gəldiyini bildiyim üçün gözüm bağlı getdim... baxmağı öyrəndim həyata... nə qədər çətin olsa da yaşamaq həmişə ümidlə baxdım ətrafa...
xoşbəxtliyi öyrəndim sehirli gözlərində... ağlasam da gözyaşımı axıtdığım yer sənin çiyinindi və ətrini içimə çəkmək dinclikdi..
ən əhəmiyyətlisi sevilməyi öyrəndim...çəhrayı xəyallar kim... ya da pambıq şəkər dadında həyat kimi... nağıllar kimi... bax eynən bu cürdü sənə aşiq olmaq, səninlə yaşamaq, səninlə yaşlanacağımı bilmək və son nəfəsi sənin yanında vermək...
elə bir şey ki, səni sevmək məni mən edən böyük bir parça... sən olmasan günəşim doğulmaz, sən olmasan həyat olmaz... sığdıra bilmirəm sevgimi ürəyimə, sığdıra bilmirəm sevgimi xəyallara, sığdıra bilmirəm sevgimi zamana və sığdıra bilmirəm bu böyük dünyaya...
 

 
Qarşımdasan... əlimi uzadıb toxuna bilirəm sənə... ən böyük xoşbəxtlikdi bu... Gördüyüm ən gözəl şeysən...
Hər şey sənin adınla xatırlanır mənim dünyamda... Bütün çiçəklər sən, bütün ulduzlar sən... Bir sənət əsərisən, baxmağa doya bilmədiyim...sevginin özüsən sən... Tanrının mənə hədiyyəsisən və artır hər keçən gün sənə olan heyranlığım...
Səni yaşayıram canımdasan... canımsan. . İçimdəsən... Bir saniyə istə məndən sənsiz keçirdiyim, verə bilmərəm... Sənsiz geçəcəksə keçməsin zaman istəmirəm... Səninlə yenidən doğuldum mən, Səndən əvvəl keçən zamanı, Sənə çatmaq üçün gedərək keçirmişəm, kimiymişəm bilməmişəm... İndi başımı cevirib geriyə baxmıram belə... O yol gedildi və bitdi, artıq səninlə gediləcək bam başqa bir yol var önümdə... yorğunluq nədir bilməyəcəyəm...
Elə ağılımdasan ki.... Sən ol, həmişə ol, mənimlə ol, məndə ol... Səndəyəm mən, ürəyimi qoydum ürəyinin üstünə... SEVGİ budur... başqa ad axtarma... Həm də ən çılğın, ən dəli ən ehtiraslı...
SƏNİ ELƏ COX SEVİRƏM Kİ....
 
Səninlə başladı hər şey...
 
SƏNİNLƏ BAŞLADIM MƏN, SƏNİNLƏ SONA ÇATACAĞAM SEVDİYİM, HƏR ŞEYİM..
(səs: 7)
Şərhlər: 12
Baxılıb: 5 108
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri