"Bir neçə sətr"

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 343
Səs ver:
(səs: 1)
Nə vaxt özümüzə gəlmək istəsək, özümüzdən gedəcək mahnılar çıxır qarşımıza. Xatırladır, xatirələrlə tozlu otaqları, intahara meyilli dodaqları. Hardadır o günlər, hardadır o balaca uşaqların meydanda oynadıqları gülüşləri? Adını böyümək qoyub, bizdən illəri aldı bu həyat. Getmək üçün o qədər bəhanə var ki, amma bir dəfə "ay can" deyildiyində ayaqlar tərpənməz olur.

- Qulaqda qulaqcıq, bir dəfə metroda gülümsəsə"sən, çoxları səni tərbiyəsiz sanacaq. Bu şəhərin nəyinə bağlansın adam, küləyi belə sən tərəfdən əsir. Bülvar çox qısa, yadigar insanlar üçün. Bu şəhərdə ən çox, ayrılan toplu üçün parklar tikilməli. Ayrılığların sayı bu qədər çox olduğu halda, niyə dairəvi şəklindədir bu diyarlar?
- Bəs hansı küncə qısılaq?!
- Dünya dairəvi olmasaydı, qıslmaqçün yer tapardım, yer kürəsində. Bir-birini tapdalamaq üçün, bir-iki kağızın göydən enməsi kifayət edər. Fəlsəfənin dərinliklərinə enmək üçün, çoxlu kitablar oxudum, amma orda nə sevgi, nədə digər müəmmalı hisslər yer alırdı. Mentalitetin kölgəsində gəzişən insanlardı, göz yaşı içərisində, dualarının yerinə yetmədiyinin fərqində olan.

- Adını bilmədiyin kitabı sevmək kimidir "sənsizlik". Nə mənsizlik məni, nə kimsəsizlik kimisə düşündürmür. "Tanrı yoxdu" deyən insanların baxışları hər zaman qaçar özündən.

- Nə qələmim iti, nə kağızım səliqəli deyil. Mənim nə qalustuklu geyimim, nədə brend saatım yoxdur. Dünyanı səliqəli geyinən feodallar belə, uşaqlıq şəkillərinə baxıb kədərlənirlər.

- Yaş ötür, dolğunlaşan hisslər, başqa qucaqlarda qol-qola gəzir indi. Bu dünyaya gəlmək seçimim deyildisə, niyə düşdüyüm vəziyyətə görə şükür etməliyəm ?

- Kimlərə borcluyam, səfil həyatımın lazımsız saatlarını?

- Məni bağışlar Tanrı, sevgini bu qədər önəmli bildiyimçün, məni sevər mələklər, insanlara meyl etmədiyimçün..

- Yarımçıq adamlarıq biz, bizi nə sistem, nədə qeyri-adi varlıqlar çökdürə bilməz. Qaçmaq lazım deyil, yerimək üçün yetərincə boş zamanımız var. Əminəm ki, bizi güclü bir varlıq unudub, ona görə bu küçələrdə əksik qalmışıq.

- " Yaşım, cibimdəki pulum qədər azdır."

- " Biraz düşünün, lakin çox üstünə getməyin, çünki intahara səbəb yarada bilər."
"Bir neçə sətr"
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 343
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri