Sizlərə söz verdiyim xəbər: Kişi xəyanəti...

Müəllif: Antikvar
Şərhlər: 12
Baxılıb: 4 140
Səs ver:
(səs: 0)
Uzun zamandan sonra xəbər paylaşmağı qərar aldım, bu xəbəri hazırlamaq fikri Saytda oxuduğum (Xəyanət) bağlı məqalədən sonra formalaşdı qərarım. Yazdıqlarım hardansa kopiravat (Üzrlü hesab edin bizim dildə yaddan çıxıb necə deyirlər nə qədər fikirləşdim tapa bilmədim) edib sonra xəbər göndər yerinə əlavə etmirəm, bu məqalədə oxuduqlarınızın hər biri öz fikirlərimdi, həyata, insanlara baxış acımdı, insanları tanımaq gücümdü və bildiklərimi sizlərlə bölüşüb paylaşmaq istədim, kimlərəsə faydalı ola bilər kimlərdə əksini düşünüb etirazını bildirə bilər.
Xəyanət dedikdə ilk öncə ağla gələn nədənsə kişilər olur, qınamıram doğrudu ağla ilk gəlmələri çünki keçmişə nəzər yetirsək xəyanət edən tərəf hər zaman kişilər olub səssiz qalan isə qadın. Amma indi isə mən deyərdim xəyanəti kişilər qədər artıq qadınlarda edirlər, zəmanədirmir ya Avropa deyib onların mənfi cəhətlərini götürüb zəmanəmi günahlandırmaqdırmı?! Bir müsəlman ölkəsi olaraq çox təəsüflənərək deyə bilərəm ki, Qadın və kişi xəyanəti mənim baxış acımdan eyni təbəqədədir. Ələxüsus nədənsə xəyanətlə bağlı bütün xəbərlərdə məhz kişilərə qarğış oxunur.. Nəyər görə? Nə səbəbə? Bir düşünün görüm kişi xəyanəti kiminlə edir? "Qadın" la... Kişiləri o yola sövq edən kimlərdir? "Qadın"lar.. Bir neçə misal gətirərək fikrimi daha aydın şəkildə izah edimmi? Buyurun oxuyun.. Kişi yolda öz işində vəə yolda bir" Qadın"cazibədar geyimiylə həmən kişinin yanından ötüb keçir, kişinin beyninə siqnal ötürülür və həmən bu "Qadına" yaxınlaşır nömrə adres, söhbət və sonrası (Yataq) Kim kimə xəyanət etdi ilk növbədə? Əlbəttdə "Qadın".. Bu qadın dediyimiz "şəxs" müsəlmanlığını yada salıb cazibədar geyinməsəydi əsasəndə arxasıyca düşən kişiyə nömrəsini verməsəydi yatağa aparacaq qədər danışıqları olmasaydı kişinın onunla nə işi ola bilərdi?!! İndi bilirəm hər biriniz deyirsiz Küçə qadını oyun çıxartsada gərək kişi onunla bərabər o yolda addımlamayardı. Amma anlamadığınız bir nüans var (Kişilər hər nə qədər zahirən güclü görünüşdə) olsalarda, daxilən nəfsinə sahib çıxa bilməyəcək qədər zəifdilər, Qadınlara təslim olacaq qədər zəifdilər bunu anlamaq o qədərdə çətin deyil, mən kişiləri ağlım kəsəndən güclü görməmişəm, hər kişini yoldan çıxardacaq bir Qadın vardır, onun xarakterini dəyişdirəcək, ona düzgün yolu göstərəcək, ağıl verəcək, hətta ailəsi olsa belə başqa qadını ailə edəcək bir Qadın vardır!!! Bəs indi necə düşünürsüz? Yenədə kişilərdimi günahkar? Mənim üçün əsla yox. Hər zaman demişəm, həmişədə deyəcəm "QADININ QADINDAN BAŞQA DÜŞMƏNİ YOXDUR" Bir Qadındır digəri qadını pisləyib gözdən salan, bir qadındır ailəsi olan bir kişiyə sahib çıxmaq istəyən, bir qadındır arzusuna çatmaq üçün pullu kişilərə yaxın qalan, bir qadındır bir kişini dəyişdirə biləcək gücə sahib olan. Alimlər belə təsdiqləyiblər Qadın ağlı kişi ağlından daha üstündür, hətta Bütün dünyanı fəth eləməkdə olan Sultan Süleymanı belə Hürrem (kişini) əlinə alıb nigahlı arvadı etmişdir. Hər ağıllı Qadının həyatı yolunda gedəcəkdir, yerini, hərəkətini bilməyənlər isə geridə qalacaqdır. Bir Qadın kimi sizə sözüm heç zaman bir Qadına özünüzdən çox güvənməyin, elə bir zəmanədə yaşayırıq ki, üzünüzə gülüb arxanızdan xəyanətini görəcəksiz. Fikirlərim ilə razı olub olmayanlarda ola bilər, hər bir insanın sərbəst düşüncəsi vardır, öz baxış acısı vardır hər birinizin fikirlərinə hörmətlə yanaşıb qarşılayaram. Əyər əksini düşünən olarsa buyurub şərhlərdə qeyd edə bilər. Dahada uzun fikirlər yazmaq olardı, bilirəm çox uzun məqalələr o qədərdə oxunmur bu səbəbdən fikrimi qısa şəkildə sizlərə çatdırmaq istədim. Oxuduğunuz üçün təşəkkürlər.

Yazar. Antikvar...
(səs: 0)
Şərhlər: 12
Baxılıb: 4 140
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri