Xəyanət edən insanı bağışlamaq mümkündürmü?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 2 924
Səs ver:
(səs: 0)
Həyatınızı birləşdirmə qərarını aldığınız şəxs ilə evlənəndən sonra ilk vaxtlar, hər şey gözünüzə toz çəhrayı gələ bilər. Hər hansı bir məsələdə fikir toqquşması yaşasanız da, o an həyat yoldaşınızı altdan alıb, düşüncələrini tolerantlıq ilə qarşılaya bilərsiz. Ancaq bu problemlərin getdikcə böyüməsi ilə işlər dəyişə, yaşanacaq xırda problemlər də bir zaman sonra aradan qaldırılmayacaq problemlər halına gələ bilər.

Hazırda mübahisənin sıxlıqla görüldüyü cütlərdə, geniş olaraq görülən problemlərdən biri də əksər kişilərin həyat yoldaşları ilə olan mübahisələrdən sıxılıb, çarəni başqa insanlarda axtarmasından dolayı ortaya çıxan xəyanətlərdir.

Xəyanətin görüldüyü bir münasibətdə, cütlüyün boşanmasının, yoxsa aldadan insanı bağışlayaraq ikinci bir şansın verilməsi və ya verilməməsi lazım olduğuna yönəlik müzakirələr hələ də davam edir. Ərləri tərəfindən aldadılan qadınlar, acı həqiqət ilə qarşılaşdıqları zaman bundan sonrakı həyatları üçün qərar verərkən ərləri, varsa uşaqları və ailə üzərindəki təsirini nəzərə alaraq həyat yoldaşlarını əfv etmə ehtimalları yüksək ola bilər.

"Bir dəfə edən bir daha edər" düşüncəsi hakim olan kimsələrdən görə ərini əfv etmə məsələsində qərarsız olan qadınlarda vardır. Bu görüş adamdan adama görə dəyişsə də adətən mənfi olaraq nəticələnir. Dinimizdə də aldadan kişi boşamaq caiz olaraq görülür.

XƏYANƏTİN ƏLAMƏTLƏRİ NƏLƏRDİR?

Həyat yoldaşınız normalda xarici görünüşünə əhəmiyyət verməyib son zamanlar bununla daha çox məşğul olursa,

İşi olmadığı halda işdə qalacağını bəhanə edərək evə gec gəlirsə,

İş yerində ya da ətrafındakı bir qıza/kişiyə qarşı maraq artmış və daim ona yardımçı olmaq istəyirsə,

Fiziki olaraq sizin yanınızda amma ruhən fikri başqa yerdəysə,

Həyat yoldaşınız sizi paranoik, dəli, ya da həddindən artıq şübhə ilə yanaşan olmaqla günahlandırırsa.

Telefonunu əlinə aldıqda şişirdilmiş reaksiyalar verirsə, təəssüf ki, aldatılma həqiqəti ilə qarşı-qarşıya ola bilərsiz.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 924
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri