Xəyanət edən kişilərdə müşahidə edilən davranışlar

Müəllif: Love Angel
Şərhlər: 6
Baxılıb: 2 341
Səs ver:
(səs: 0)
Qadınların bir qismi sevgililiyin, evliliyin müəyyən bir dövründə xəyanətə məruz qala bilərlər. Bilərlər deyirəm. Amma bunu normallaşdırmaq doğru deyildir. Qadın xoşbəxtlikdir. Xoşbəxtliyin yaradıcısıdır. Xəyanətin olmasında kişi ilə bərabər özünün də günahı vardır .. Lakin burda bir şey söyləmək istəyirəm : insan övladı əlindəki ilə kifayətlənmir, hər zaman daha çoxunu, daha yaxşısını axtarır ...

Xəyanətə məruz qalan qadınlar xayanət edildiyini hiss edirlər . Bu hisslər boş boşuna deyildir . Bəzən yanlış hislər ola bilər. Amma əgər qadın nəyisə sezirsə , bu çox vaxt doğru çıxır. Xəyanət edən kişilərin əksəriyyətində müəyyən hərəkətlər, davranışlar olur. Həmişə davrandığından fərqli davranışlar sərgiləyirlər.

1- Xəyanət edən kişilər həyat yoldaşlarına qarşı istiqanlı olmağa başlayırlar. Əgər aylarca sizə yaxınlaşmayan, yataq otağının istiqamətini bilməyən kişilər bir anda sizə qarşı isti olmağa başlayırlarsa , böyük ehtimalla xəyanətə uğramısınız.

2- Qadına hədiyyələr alırsa, bir anda dəyişib sanki sizi yenidən sevməyə başladığını düşünürsüz. Lakin bunun səbəblərindən biri sizin xəyanətə uğramağınız ola bilər.

3- Telefonunu sizdən gizlədirsə, yatarkən telefon söndürülürsə, lazımsız anlarda zənglər gəlirsə, telefonu ekran üstünə qoyursa ( yəni ekran görünməyən tərəf) , onda xəyanətlə qarşı-qarşıya ola bilərsiniz.

4- Evə həmişəki vaxtlardan gec gəlinirsə, bunun üçün sizə indiyə qədər deyilməmiş yalanlar deyilirsə...

5- Sizə həmişəkindən daha az diqqət göstərirsə, artıq dediklərinizə qulaq asmır, istədiklərinizi etmirsə...

Qadınların özlərinin də etdiyi müəyyən səhvlər onları xəyanətlə üz-üzə qoya bilər.

1-Hər zaman baxımlı olun. Buna nə menstruasiya ağrıları, nə doğum sonrası zamansızlıq əngəl olmasın.

2- Bədəninizi qoruyun. Qadınlar əsasən doğumdan sonra xəyanətə uğrayır. Bunun səbəbi vajina genişlənməsi, qarın üzərində olan damarlar, doğum sonrası qarının yaranması, kökəldikdən sonra sellülitlərin yaranması və s. Bunların qarşısını alın. İdmanla məşğul olun.

3- Həyat yoldaşınızın üzərindən diqqəti və sevgini əksik etməyin. Bunu həm yataqda, həm birlikdə olduğunuzda, o çətinliyə məruz qaldıqda göstərin.

4- Deyinməyi azaldın. Minimuma endirin. Kişilər bunu sevmir.

5- Pozitiv olun. Kişilər hər zaman qarşılarında gülərüz qadınları görmək istəyirlər.

6- Onların sevmədikləri hərəkətləri sırf bu sizin xasiyyətinizdir deyə etməyin.

Xanımlar, biz dünyanın ən şanslı varlıqlarıyıq ki, dünyaya qadın olaraq gəlmişik. Özünüzü sevin, qoruyun, özünüzə qulluq edin. Ən gözəl həyatı özünüz üçün yaradın. Biz qadınlar kişilər üçün kölə olaraq dünyaya gəlməmişik. Əvvəlcə özümüzə hörmət edək. Bizim özünüzə olan sevgimiz həyat yoldaşımız və sevdiyimiz insanın da bizə sevgisini artıracaqdır.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 341
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri