"İkisiylə də görüşürdüm"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 9 908
Səs ver:
(səs: 5)
Mahirlə tanış olduğum zaman aramızda isinişmə tez oldu. Biz görüşməyə başladıq. Bu, təxminən, bir ay boyunca davam etdi. Lakin daha sonra o, sanki məndən uzaqlaşmağa başladı. Baş verənlərin səbəbini öyrənmək üçün dostum Kənanın yanına yollandım. Onunla oturub söhbətləşdik və qəribə bir şey baş verdi. Kənan məni öpməyə cəhd göstərib, aramızdakı dostluğun daha ciddi bir münasibətə keçməsini arzuladığını dedi. Mən əlbəttə ki, şok keçirmiş oldum.
Çünki Kənanın mənə qarşı keçirdiyi hisslərindən xəbərsiz idim. Kənanla görüşməyə razı oldum. Bir müddət sevgili kimi görüşməyə başladıq, lakin aradan iki həftə keçəndən sonra Mahir Facebookda mənim üçün darıxdığı haqqında yazdı. Olanlar barədə düşünməliydim. Içimdə keçirdiyim hissləri götür-qoy edib bir qərara gəlməliydim. Kiminlə qalmağı daha çox istəyirəm: Kənan, yoxsa Mahirlə? Bu sualı özümə dəfələrlə verir və qərara gələ bilmirdim, çünki hər ikisinə qarşı müəyyən hisslər keçirirdim.
Qəribə olsa da, oğlanların hər ikisiylə görüşməyə başladım.
Əla görüş ssenarisi qurmuşdum. Hər ikisiylə ayrı-ayrı vaxtlarda görüşə gedir, vaxtımı fərqli keçirirdim. Çünki görüşdüyüm oğlanlar da fərqli xasiyyətdə idilər. Biri olduqca romantik, diqqətli, digəri isə emosional və bəzən hətta kobud. Hansından daha çox xoşum gəldiyini dəqiq bilmirdim. Fikirləşirdim ki, bəlkə getdikcə qərar vermək asanlaşacaq. Ona görə də tələsmirdim. Qəribə olan o idi ki, iki oğlanla eyni vaxtda görüşdüyümə görə özümü günahkar hesab etmirdim, əksinə, hər iki münasibətdən ayrı-ayrılıqda həzz duymağa çalışırdım.
Ancaq bir gün onların hər ikisinin də olacağı məclisə getdikdə məsələ ciddiləşdi. Özümü necə aparacağımı bilmirdim. Bu səbəbdən də bütün axşamı olduqca narahat görünürdüm.
Məclisə ilk olaraq Mahir gəldi. Onunla bir neçə tanışlarımızın da oturduğu masa ətrafında söhbətləşməyə başladım. Qıraqdan əslində, sevgili olduğumuzu sezmək asan deyildi. Biz sadəcə bir yerdə əylənir, vaxtımızı şən keçirirdik. Bir az sonra isə gözüm Kənana sataşdı. O da mənə baxırdı. Sevgililərim aralı yerlərdə oturmuşdular. Bir-birlərini görmədiklərindən hər ikisiylə söhbətləşməyə yaxşı imkan yaranmışdı. Beləcə, məclis boyu biz bir-birimizə vaxt ayıra bilirdik. Ancaq həmin gecə mənə böyük bir dərs oldu. Bütün etdiklərimin heç də yaxşı bir şey olmadığını anladım. Buna görə də eyni vaxtda iki sevgiliylə görüşmək fıkrindən birdəfəlik vaz keçdim.

Qeyd etdi: Aydan Xəndan
(səs: 5)
Şərhlər: 2
Baxılıb: 9 908
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri