Həyat yoldaşlar arasındakı etibarsızlığın səbəbləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 636
Səs ver:
(səs: 0)

Tərk edilmə qorxusu, aldadılma şübhəsi, qısqanclıq, qayğı pozuqluqlarına diqqət yetirin və bu təkliflərə göz gəzdirin.
Güvən duyğusundan məhrum evliliklərdə; həddindən artıq sahiblənmə, məhdudlaşdırıcı və maneə törədici rəftarlar, şifahi ya da fiziki şiddət meyli, tərk edilmə qorxusu, aldadılma şübhəsi, qısqanclıq, qayğı pozuqluqları kimi davranış problemləri olduğu görülməkdədir. Bu mövzudakı təkliflərimizə qulaq asın, bəlkə bir fafdaməz toxunar! 
Adam öz yaşadığı güvən əksikliyinin gətirdiyi mənfi duyğu vəziyyətlərini qarşısındakı adama əks etdirər. Bu tip əlaqələrdə özünə inamı aşağı olan tərəf sevgi qaynaqlı olduğunu iddia etdiyi hirs və qısqanclıq duyğularını önə çıxarar. Bu duyğu əlaqələrə elə qarışmışdır ki "Sevən insan qısqanar" növündə deyimlərdə belə yer tapa bilmişdir. Halbuki sevən insan qısqanmaz, sərbəst buraxar. Sevdiyi insanın özünə xüsusi sahələri və maraq əlaqələri olduğunun şüuruyla hərəkət edər. 
Güvən əksikliyi digər bir ifadəylə çatışmazlıq duyğusudur. Qeyri-kafi olduğunu düşünən fərd, özündə olmadığını düşündüyü xüsusiyyətlərdən ötəri birlikdə olduğu insanın başqalarına maraq göstərəcəyindən  narahatlıq hiss edər. Bir müddət sonra da bu narahatlıq duyğusu həqiqət halını alar və adamın özü də buna inanar. İnanclar da mühakimələri meydana gətirər. Birlikdə olduğu insanı mühakimə etməyə başladığında artıq bir çox şey geri dönüləməz nöqtəyə gəlmişdir. İctimai təzyiqlərin gətirdiyi bir qəbul ediciliklə bu evlilik ya dözülərək davam etdirilməyə başlanar ya da bezdirici müddətlərdən sonra hirs duyğularıyla birlikdə bitmə nöqtəsinə gəlir. Bu nöqtə "Nə səninlə, nə də sənsiz" nöqtəsidir. Arada uşaqlar da varsa evlilik dözülməz hala gələr. Bitsə belə bir-birinin həyatına müdaxilə davam edər. 
Təkliflər
tərəflər bir-birinin  aralarında sağlam bir güvən duyğusu meydana gəlməsini  gözləyərlər. Zaman keçdikcə bu duyğunun möhkəmləşməsi lazımdır. Ancaq vəziyyət əksinə yöndə inkişafa başlamışsa, qısqanclıq və həddindən artıq sahiblənmə duyğuları artırsa o zaman əlaqə və tərəflər baxımından ciddi bir problem var deməkdir. Qarşısındakı insana sıx etibarsızlıq duyğuları bəsləyən adam əslində vəziyyətin özü də fərqindədir. Ancaq bunu qəbul etmək düşünüldüyü qədər asan deyil. Bu haradasa adamın xarakteriylə qaynaşmış olduğundan dəyişdirilə bilməz olduğu düşünülər və məsuliyyət həmişə başqalarına atılar. Yəni, hər vəziyyətdə digər tərəf günahlandırılar. 

Mənim istədiyim kimi davranmır, 
Bir yerə gedərkən məndən icazə almır, 
Diqqət çəkici geyinir, 
Başqalarıyla səmimi olur, 
Məni əsəbiləşdirəcək şeylər edir, 
Yoldaşlarıyla ya da qohumlarıyla məndən daha çox maraqlanır kimi cümlələr həmişə bu özünə inamı aşağı insanların cümlələridir. 
Bu tərz ifadələr və davranışlar, qarşı tərəfi yaralayıcı, bürkülü və mənlik duyğusunu yox edici nəticələrə gətirib çıxarar. Güvən duyğusundan məhrum insanlarla yaşanılan əlaqələr həqiqətən çətindir və insanın özünə inamını ciddi olaraq sarsıdar. Heç kimin bir başqa insan üzərində hakimiyyət qurma haqqı olmadığı bilinməlidir. Hələ ki bu adamın öz etibarsızlığından qaynaqlanırsa... Bu adam siz, yoldaşınız ya da bir yaxınınız ola bilər. Belə bir vəziyyətdə nə edilə bilər? 
Çatışmazlıq duyğusunun haradan qaynaqlandığı müəyyən olunmalı.
Bəzi dəstəkləyici fəaliyyətlər və işlərə yönləndirilməli, diqqət başqa yerlərə sürüşdürülməli.
Boşalma məşqləri rahatlaşdırıcı təsirlər edə bilər.
Yaşanılan duyğunun adamın öz dünyagörüşüylə əlaqədar olduğunun fərqində olunmalı.
Maraq duyulan sahələrdə işlər görmək adamın özünə güvən və müvəffəqiyyət duyğusunu inkişaf etdirər.
Qarşılıqlı olaraq və yaxın ailə üzvləriylə danışılaraq davranışların nəticələri qiymətləndirilməli.
Ən əhəmiyyətlisi də idarə edilə bilməyən romantik qarşıdurmalarda mütləq bir ekspertdən kömək alınmalıdır.
Etibarsızlıq duyğusu uşaqlıq çağlarına söykəndiyindən sağlam bir quruluşun meydana gəlməsində fərdi səylər kafi olmaya bilər. Vəziyyət tamamilə çıxılmaz veziyyətə  girmədən bir terapistdən dəstək almaq olduqca faydalı olacaq.
Tərcümə etdi və Hazırladı: N E L L I
Redakte etdi: PRETTY_GIRL
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 636
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri