Toxunmaq ehtiyacdır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 855
Səs ver:
(səs: 3)
Sevdiklərinizə toxunmaq ehtiyacı duyanlardansınız, yoxsa uzaqdan sevə bilənlərdən? Məncə həyatın ən kefli anları sevdiklərimizə toxuna bildiyimiz, sarıla bildiyimiz müddətlərdir.
Ananın hələ kiçik qızıymış kimi qucağında yatıb saçlarını oxşamasının dadına doya bilməzsən, qardaş bacı oğullarını hər fürsətdə qucaqlayıb əllərini, saçlarını iyləyib öpərsən.
Bu yalnız insanlara xas deyil, pişik it görüncə də qucağına almadan  dayana bilmərsən, pişikciyin qucağında zümzümə edərək yatmasına dözə bilmərsən.
Kimiləri üçün toxunmaq bir ehtiyacdır, kimiləri üçün sevginin gücüdür,kimiləri üçünsə hislərini dilə gətirmək üçün cəsarətdir.
Bir qadınla kişinin cinsi maraq əlaqələri yoxdursa niyə bir-birlərinə toxuna bilməzlər, kim qoymuşdur bu qanunu və nə məqsəd nədir?  Toxunmağı sevin, bədən təmasını hiss etməyi, sevgini, enerjini doyana qədər verə bilməyi sevin. Sevdiyinizə ,körpənizə, sizi xoşbəxt edən insanlara toxunmaq bir ehtiyacdır, bəlkə də bir instinktdir.


Tərcümə Etdi:
NİGAR_CAVAD
(səs: 3)
Şərhlər: 0
Baxılıb: 3 855
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri