Evli qadını sevirəm və onunla ərindən gizli yaşayırıq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 74 165
Səs ver:
(səs: 15)
Sizə gənc bir oğlanın həyat hekayəsini təqdim edirəm.Kimliyini,adını və bəzi şəxsi məlumatları dəyişdirəcəyəm məxfi qalmasını istədiyim üçün.

Samir bizə çox yaxın olan bir insandır hər zaman ürəyindən keçənləri bizimlə bölüşür,anası,qardaşı ilə paylaşmadığını belə bizimlə paylaşır.Artıq 28 yaşı var evli deyil,nə zaman anası ona "bir qız göstər elçi gedək toy edək" sözünü deyirsə tez özündən çıxır,mən "evlənməyəcəyəm" deyir.

Samir evin tək oğludur,atasının 65,anasının 60 yaşı var.Bir gün Samir yenə bizə gəldi,İlkin də evdə idi,çay dəmlədim,Samir adəti üzrə divanda əyləşmək istədiyini bildirdi və əyləşdi.Bir az ordan-burdan söhbət etdik,yoldaşım söhbəti ailə qurmaq mövzusuna gətirincə Samir qıpqırmızı qızardı,sanki nədənsə utanırmış kimi.Qonaq otağından mətbəxə çay süzməyə keçərkən yoldaşıma him-cimlə işarə etdim ki,bu söhbəti yekunlaşdırsın.Çünki Samirin necə pis olduğunu hiss etmişdim artıq,bizdən nəyisə gizlətdiyini bilirdim təbiiki amma nə?Onu bilmirdim.Mətbəxə keçib çay süzdüm qonaq otağına gəldim,çay fincanlarını hörmət əlaməti olaraq və qonağımız olduğu üçün ilk öncə Samirin qarşısına qoyanda onun spirtli içki qəbul etdiyini qoxudan anladım.Samir heç zaman içki aludəçisi olmayıb,heç siqaret belə istifadə etmirdi,onun nə səbəbdən spirtli içki qəbul etdiyi məni çox təəccübləndirmişdi.Ondan bunun səbəbini soruşmalı idim,çünki Samirin çox problemli bir səbəbdən bunu etdiyi mənə məlum idi.Amma yoldaşımla söhbət etdiyi üçün söhbətlərini bölmək istəmədim. 
Keçib yoldaşımın yanında əyləşdim,onlar iş həyatlarından söhbət edirdilər.Samir bir firmada sürücü işləyir.Çox mehriban,deyib-gülən oğlandır.İnsana hər danışığında,gülüşündə müsbət aura ötürərdi,mənə "bacı" deyir,hətta evin tək oğlu olduğundan anası Səmayə xala da həmişə mənə deyir ki,Samirə qız almağa gedəndə səni bacı kimi aparacağam İlkini də qardaş kimi.
Samir söhbətini bitirər-bitirməz ondan niyə içki içdiyini soruşdum.Elə bunu soruşmuşdum ki,artıq Samir özünü saxlaya bilməyib ağladı.Əllərini üzünə tutub hönkür-hönkür ağlayırdı,elə peşman oldum ki,bu sualı ona verdiyimə görə.Yoldaşım əlini Samirin çiyninə qoyub onu sakitləşdirməyə çalışırdı,o qədər acıyla ağlayırdı ki Samir məndə özümdən asılı olmayaraq ağlamağa başladım.Bir var qadının göz yaşı,bir də var kişinin hönkürməsi.Mənə bu daha çox təsir etdi.Nəhayət yoldaşım Samiri sakitləşdirə bildi,mən də ondan dəfələrcə üzr istədim soruşduğum suala görə.Samir mənim üzr istəməli olmadığımı deyib ürəyini bizə açdı:
"Bacı niyə üzr istəyirsən ki? Sənin nə qəbahətin var, bəs sizə deməyim, sizinlə paylaşmayım kiminlə paylaşım, kimə deyim?
Mənim çox sevdiyim bir qız var. Var deyirəm ona görə ki,mən hələdə onu sevirəm. Adı Aygündür. Onu təsadüfən müdürümü bir mərasimə apararkən restoranların birində görmüşdüm, qonaq qismində orda iştirak edirdi. Mərasim bitəndən sonra müdürümlə Aygünü evlərinə mən aparmışdım. O gün mənim həyatımın ən gözəl günü olmuşdu .O qədər sevinirdim ki, artıq yuxularımda onu görməyi arzulayıb yatırdım.O gündən sonra müdürümü getdiyi bütün məclislərə mən aparırdım, Aygünü görəcəyəm deyə.Görürdüm də, hər zaman sadə amma gözəl geyimi, xoş, gülərüz siması ilə məni özünə daha çox bağlayırdı. Günlərin bir günü müdürümün yoldaşının doğum günü idi, ziyafətə yenə mən aparmışdım Aygünlə müdürümün yoldaşını. Maşında qadınların söhbəti əsnasında Aygünün Müdürümün bacısı qızı və adının Aygün olduğunu öyrəndim. Ziyafətin bitməsinə hələ 2 saat qalmışdı, müdürümün Aygünlə gəldiyini gördüm, müdürüm Aygünü maşına əyləşdirdi. Dedi ki,Aygünü evə çatdırm.Yol boyunca Gözüm Aygündə idi,niyə evə tez getməyinin səbəbini öyrənmək istəyirdim,əslində bu səbəb mənə lazım deyildi,sadəcə onunla danışmaq,ünsiyyət qurmaq istəyirdim.Özümdə cəsarət tapıb soruşdum:"Xanım,nəsə olub,nə narahatlığınız var?"
"Yox qətiyyən narahatlığım yoxdur,sadəcə sıxıldım bir az ona görə evə getmək istədim"-gülərüzlə cavab verdi.Yolda maşını saxladım güya xarab oldu deyə.Aygünlə daha çox vaxt keçirmək üçün.Düşdüm maşından motor yerinə baxırmışam kimi maşının qarşısında dayandım,10 dəqiqə keçdi,Aygün də maşından düşdü,atasına da zəng etmədi çünki mərasim səs-küylü olduğundan atası zəngi eşitməyəcəkdi.
"İndi necə olacaq?Nə edəcəyik?-Aygün soruşdu.
"Narahat olmayın indi düzəldəcəyəm".
Elə bil Aygünün gözəlliyini indi görürdüm.Bu minvalla 1 saat keçmişdi amma mən güya düzəldə bilmirəmmiş kimi davranırdım onunla daha çox vaxt keçirim deyə.Aygün gah maşına oturur,gah da düşüb nə etdiyimə baxırdı.Birdən Aygünün sakit-sakit ağladığını sezdim.
"Xanım,nə oldu sizə?"
"Mən qorxuram,nə olar tez düzəldin maşını gedək artıq" Aygün daha da ürəkləndi.Yanıma gəldi,körpə uşaq kimi ağlayırdı Aygün,hava qaraldığından yaman qorxmuşdu,sanki gözləri ilə mənə yaxınlaşmağı ilə məndən təsəlli gözləyirdi.Geyimi ziyafət geyimi olduğundan soyuqdan titrəyirdi.Əynimdəki pencəyi çıxarıb çiyninə saldım.O da pencəyimi çiynindən götürdü mənə verdi "Lazım deyil sənə də soyuq olar" dedi.
"O zaman gəlin ikimizdə bu pencəyə sığınaq".
Mənim üçün bundan gözəl fürsət ola bilməzdi.Aygün ağlaya-ağlaya yaxınlaşdı,onu qucaqladım,nəfəsimlə əllərini isitdim,gözlərimi yumub bu xoşbəxtliyin dadını çıxarırdım.Amma bu çox uzun sürmədi,Aygün maşına əyləşmək istədiyini dedi,mən də artıq güya maşını düzəltmişəm kimi işə saldım onu evlərinə apardım,Aygün mənə evə gəlməyi təklif etdi,qəhvə sifariş etdi xidmətçilərə.Oturub birlikdə qəhvə içə-içə mənə təşəkkürünü bildirdi.Bir az səmimi söhbətdən sonra darıxdığımız,sıxıldığımız anlarda əlaqə saxlamağı qərara aldıq.Artıq gec idi mərasim bitmək üzrə idi "mən getməliyəm" dedim,Aygün gülərüzlə məni yola saldı.
Bir neçə gün keçdi,hər darıxdığımda ona zəng edirdim,artıq hara lazım idisə Aygün özü mənə zəng edib getməli olduğunu bildirirdi.Bir neçə müddət sonra artıq gecələr də danışmağa başladıq daha çox darıxırdıq,hiss edirdim ki,o da mənə qarşı laqeyd deyil.
Bir gün Aygünə sevgimi etiraf etdim,o da məndən xoşu gəldiyini dedi,bir neçə gündən sonra o da cəsarətini toplayıb mənə "səni sevirəm" sözünü dedi.Bu söhbətdən sonra artıq mərasimlərə yalnız sürücü kimi deyil həmdə Aygünün yanında yaxın ev adamı kimi gedirdim,anamı da sevindirmişdim evlənəcəyəm deyə.Anam Aygünü qiyabi tanıyırdı,artıq mənim üçün toy tədarükü görməyə başlamışdı.
"Qaqaşım evlənmək istəyirdə,aşiq olub ona görə bu vəziyyətdədir"-deyə sevincli səslə dedim.
"Ehh,iş burasındadır ki,hələ acılar bundan sonra başlayır" Samir sözünə davam etdi.
"Həyatımı quracağam deyə sevindiyim o günlərdə çox sürmədi bacı,bir gün Aygün ağlaya-ağlaya mənə zəng etdi dedi ki,"məni atam başqa bir oğlana,öz dostunun oğluna verəcək.Mən isə yalnız səni sevirəm".
Bax,o an hər xəyalım alt-üst oldu,mənim əlimdən hecnə gələ bilməzdi çünki Aygünün atası da,anası da bizim münasibətimizdən xəbərdar idilər.Mən onun atasından bizə xeyir-dua verməsini gözləyirdim amma belə olmadı,çox zəngin,varlı bir insana görə onu atası sevgisindən ayırırdı.Aygünü qaçıra da bilməzdim çünki həm ata-ana xeyir-duası mənimçün önəmli idi,həmdə Aygünün atası artıq xəbər göndərmişdi ki,əgər belə bir iş tutsam məni tutduracaq.Qorxduğumdan deyil,ata anamın acı çəkməyini istəmədiyim üçün bunu edə bilməzdim.Aygünə yalnız tanış olduğumuz günün həqiqətini deyə bildim,o günün ki,mən maşının xarab olmadığı halda onu aldatmışdım.
Aygün neçə dəfə atasına yalvarmışdı,amma yenə də var-dövlət onun gözlərini kor etmişdi.Aygünü nişanladılar,ən pisi də o idi ki,Aygünün bütün xeyir işində qonaqları mən mənzil başına çatdırırdım,bu çox acı bir hadisə idi mənim üçün.Hətta Aygünün nişan şirnisindən belə vermişdilər mənə.Aygün ailə qurdu,mən də onu tamam itirdiyimi düşündüm.
Bir gün telefonuma zəng gəldi açdım,inanmadım "Samir salam,mənəm Aygün,necəsən?Səni unuda bilmirəm,vallah mən səni sevirəm nə edim bilmirəm".
Ağladım..."Bəs sənin yoldaşın hardadır necə zəng edə bilmisən mənə?"
-"Gəmiçidir 15 gün işləyir,15 gün evdə olur 2 gündür gedib".
O gündən mən Aygünlə yenidən danışmağa başladım.Mənəm günahkar,başqasının qadını ilə danışıram,mənəm pis insan,amma buyam,mənim həqiqətim budur onu unuda bilmirəm,yalnız onu sevirəm,sevəcəyəm.Mən heç vaxt ailə qurmayacağam,heç vaxt.Çünki onu,Aygünümü sevirəm mən,kimsə onun kimi ola bilməz o fərqlidir,tamam fərqlidir.Ona görə mən bu gün hər zaman nifrət etdiyim bir şeyi etmişəm,artıq içki aludəçisi olmuşam."
Samir sözlərini bitirdi.Ayağa qalxdı,dönə-dönə üzr istədi,ayaqqablarını geyinəndə telefonuna mesaj gəldi,mesajı oxudu istehza ilə gülümsədi və telefonu bizə uzadib mesajı göstərdi. Mesajda "Evə zəng etdim, anan cavab verdi, hardasan,tez gəl evə çox darıxmışam sənin üçün, sabah ərim gələcək heç olmasa son bir dəfə səsini eşidim: Sənin Aygünün" sözləri yazılmışdı.//bizimbakuws

(səs: 15)
Şərhlər: 5
Baxılıb: 74 165
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri