Təzəlikcə ayrılmısınız, bəs indi?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 4 945
Səs ver:
(səs: 3)

 

Sevgilinlə ayrıldıqdan sonra özünə gəlmək üsulu əvvəllər çox sadə idi – dondurma yemək. İndiki zəmanədə isə sənin taktikan texnoloji cəhətdən düşünülmüş olmalıdır.

Bethany Heitman

Ayrılmaq hər zaman çətindir. Səni atıblar və ya sən onu tərk etmisən… Bəzən fərqi yoxdur. Əslində, ağrı, miskinlik və hirs hiss edirsən və bunlar hər dəfə təkrar olunur (təəssüflər). Müasir dövrdə ayrılığı yaşamaq əvvəlki vaxtlara nisbətən daha çətindir. "Onun Potensialı Var” kitabının müəlliflərindən biri, psixologiya doktoru, münasibətlər üzrə terapevt Belisa Vranieh deyir: "Texnologiya böyük bir maneədir.

Facebook və Twitter unudub irəliləməyi, demək olar ki, mümkün qədər çətinləşdirir, çünki hər gün və hətta hər saat keçmiş sevgilini sənə xatırladır. Üstəlik, ünsiyyətə əsas verən mesajlaşma vasitələri şəxsi faktoru qaldırır və ünsiyyəti asanlaşdırır, bu da öz növbəsində xeyli dolaşıqlığa və qarışıq emosiyalara səbəb olur.

Bütün bunlara qarşı xüsusi tədbirlər görməsən, məsələ qəlizləşir”. Biz mütəxəssislərdən kədərlə mübarizə aparan yeni işlənmiş qaydalar və sənin həyatını yoluna qoyan vasitələr haqqında maraqlandıq.

QAYDA 1: Dərhal Onu Facebook-da Blok Siyahısına Sal

Keçmiş sevgilinin hər hansı bir gözəlçəni qucaqlayan şəklini görmək sənin indiki kədərli halın üçün ən xoşagəlməz şeydir. Hətta dəhşətli dərəcədə dərd çəkməsən belə, xırda xəbər və ya profil dəyişikliyi onun haqqında daimi xatırlatma olaraq səni içindən yeyəcək. "Tərk etmə və ya tərk edilmə zamanı çox emosional ola bilər və başını uca tuta bilmək üçün ayrılma sakit keçməlidir”,

- "Ayrılma 2.0: Yeni Media Şəraitində Diskonnekt” kitabının müəllifi, İndiana Universitetinin kommunikasiya və mədəniyyət üzrə baş müəllimi, fəlsəfə doktoru İlana Gershon belə deyir.

"Bundan başqa, belə zamanda xırda şeylərə böyük əhəmiyyət verirsən – məsələn, görürsən ki, o, gecə saat 2-də hələ də xətdədir, dərhal nəticəyə gələ bilərsən ki, sənin dərdindən yatmır, halbuki sadəcə kompüter arxasında oturub qalıb”. Münasibətləriniz mədəni tərzdə sona çatıbsa (yəni o özünü axmaq kimi aparmayıb, xəyanət etməyib və s.), onu dost siyahısından çıxartmaq həddindən artıq aqressivlik əlamətidir.

Bir də ki, bir neçə aydan sonra siz dost olmaq və yaxud, ən azından, keçmişə xoş hisslərlə baxmaq istəyə bilərsiniz. Bunun əvəzinə, sadəcə onu blok siyahısına sal ki, onun yenilikləri sənin səhifəndə göstərilməsin. Sonradan, ona qarşı bu qədər emosional olmadığın zaman onu yenidən blok siyahısından çıxara bilərsən.

DƏHŞƏT! Araşdırmalar göstərib ki, insanların 48%-i kimisə mesaj vasitəsilə atıb. 34% insanın münasibətlərinə isə elektron-poçt vasitəsilə son qoyulub.

QAYDA 2: Öz Statuslarına Diqqətlə Yanaş

Ağlaşma mərhələsi sona çatandan sonra, adətən, narazılıq fazası başlayır. Bir şey alınmadığına görə hirslisən, indi daha yaxşı yaşadığını və ya ən azı, həyatının normal şəkildə davam etdiyini ona sübut etmək istəyirsən. Facebook və ya Google-çat kimi texnologiyalar buna imkan yaradır. Amma onlara uymasan yaxşıdır.

Facebook-da "Axşamkı görüşü səbirsizliklə gözləyirəm” kimi mesajlar yazmaq, yaxud təsadüfi bir yaraşıqlı ilə barda queaqlaşdığııı şəkli prof’ilə qoymaq, əslində, əks-təsir ilə nəticələnə və səni irəliyə getməkdən yayındıra bilər. "Başqaları ilə görüşdüyün və həyatının nə dərəcədə maraqlı və işgüzar olduğunu nümayiş etdirməyin sayəsində ona qarşı hisslərinin soyuduğunu düşünməklə, özünü çox asanca aldada bilərsən”, – Vranich deyir. "Əgər sən hər addımın haqqında status yazanda keçmiş sevgilinin və ya onun dostlarının buna fikir verməsinə ümid edirsənsə, deməli, sən əslində özünü sadəcə keçmiş münasibətlərə bağlayırsan”.

Vəziyyətdən çıxıb hansısa işlə məşğul olmaq əladır. Lakin bu iş FB statuslarını yeniləmək üçün evə qaçmaq olmamalıdır. Üstəlik, belə xırda və mənasız post-ların yazılması səni hələ uzun müddət xoşagəlməz əhval-ruhiyyədə saxlayacaq. "Unutma ki, nə etdiyini bütün dostların və hətta bəzi tanımadığın insanlar görə bilirlər”, – Gershon deyir. "Ayrıl-man haqqında söz-söhbətin camaat tərəfindən saqqız kimi çeynənməsinimi istəyirsən?”

Əlbəttə, bu sosial şəbəkələrdən tamamilə kənarda qalmaq da real deyil (onların asılılıq yaratdığından xəbərin var?), amma öz yazdığına nəzarət edə bilərsən. Odur ki, şəxsi məlumatları statuslarında əks etdirmək vərdişindən yaxa qurtar.

"Tərk etmə və ya tərk edilmə çox emosional ola bilər, başını uca tuta bilmək üçün ayrılma sakit keçməlidir”

QAYDA 3: Nə Edirsən-Et, Amma Ona Mesaj Yazma

Sonunda, onun üçün darıxdığını hiss edə bilərsən, bu, adətən, müddətli ayrılma vaxtı baş verir. Sonra ayrılma səbəbini unutmağa, səbəbin ciddi olmadığını düşünməyə başlayacaqsan. Üstəlik, bu hisslər sənin böyük səhv etməyinə səbəb ola bilər.

"Əvvəllər qızlar yalnız içkili olan zaman keçmiş sevgilisinə zəng vurmaq fikrinə düşə bilərdi, lakin bu hərəkət xeyli cəsarət tələb edir, çünki onun səsini eşidib nə isə deməlidir”, – klinika psixoloqu və münasibətlər üzrə terapevt, fəlsəfə doktoru Dean Parker belə deyir. "Mesajlara gəldikdə, onlar, demək olar ki, emosiya daşımır. Onun üçün darıxır-sansa, bir-iki sətrlik mesaj yazmaq sənə çox asan gəlir, çünki mesajlar bir o qədər də şəxsi iştirakını tələb etmir”.

Mesaj göndərmək fiziki cəhətdən asan olarkən, emosional durumla mübarizə çətin olaraq qalır. "Təkcə sənin əhval ruhiyyən pozulmur, o da hazır olmadığı halda sənə cavab yazmağa özünü məcbur bilir. Və onun sənə cavab mesajı ehtiraslı olmasa məyus olacaqsan”, -Vraniclı deyir. Bundan başqa, sms telefonunun yaddaşında qalacaq, sən onları dəfələrlə oxuyub özünə əzab verəcəksən. Ona mesaj yazmaq istədiyin ən çətin anlar içkili olduğun hallardır. Bunu bilərək əvvəlcədən ehtiyatlı ol.

Axşamdan telefonu dostuna ver. Mobil telefonun əl altında olmasa, onu kimdənsə qaytarmağı xahiş edəcəksən, bu isə fikirləşmək üçün əlavə vaxt deməkdir. Və yaxud telefonunda keçmiş sevgilinin adını "Ona Yazma” və ya bu cür başqa sözlərlə əvəzlə. İçkili olduğun zaman hisslərin bunun əksini desə belə, bu xatırlatma onunla əlaqə yaratmağına mane olacaq.

Əgər o sənə mesaj yazırsa, bu da vəziyyəti çətinləşdirir. Düzdür, sən onu rədd etmək istəmirsən, lakin eyni zamanda, daha yaxın ünsiyyətə qapı açmaq arzusunda da deyilsən. "Hərhalda, onun yazdığı mətn sənin nə cavab verəcəyini müəyyənləşdirir, lakin əsas məsələ dostluq münasibətlərini qoruyaraq, daha artığına imkan verməməkdir”, – Vranich deyir. "Məsələn, "Səndən xəbər almağa şadam. Amma indi çox məşğulam, bir azdan əlaqə saxlayaram” kimi sözlər yaz”. Beləcə, sən onu incitmədən, xətrinə dəymədən hal-hazırda onun üçün vaxt ayıra bilmədiyini bildirirsən. Sonra isə səni irəlidə gözləyən həyatın üzərində fikrini cəmləşdirə bilərsən.

Sənin atılmış vəziyyətin yazıqlıqdan da pisdi, Əgər…

  • "Nə olar, nə olar qayıt…” Sözləri sənin üçün normal səslənir.
  • Şəhərin bütün şokolad mağazalarında səni yaxşı tanıyırlar.
  • Hər dəfə əl-ələ gəzən cütlük görəndə ağlamağa başlayırsan.
  • On gündür, iş yerində səni görmürlər
  • Heç cür onun yazıb soyuducunun üzərinə yapışdırdığı "Süd qalmayıb” yazısını ata bilmirsən.
  • Rəfiqələrinlə görüşmək istəyəndə, onlar həmişə məşğul olurlar.
  • Onun ətirlərinin eynisindən istifadə edən kişiləri, az qala, təqib edirsən.

Aygün Mustafayeva

 

(səs: 3)
Şərhlər: 0
Baxılıb: 4 945
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri