Xəyanət dolu sevgi məktubu

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 6 117
Səs ver:
(səs: 4)
Səhər erkən bazara çıxdım. Çantamı yerə buraxıb eləcə gözləməyə başladım. Şüursuzca gözlərəm ətrafı dolanırdı, bilirəm gözləmirdin amma yenə də gözlərim səni axtarırdı adət etmiş  bir vərdişlə… Sən artıqgetmişdin bu şəhərdən bilirəm amma inadla gözlərim səni axtarırdı yenə də, arada keçən bu qədər zamana baxmayaraq…
Soyuq idi,  qar yağırdı, üşüyürdüm… Əllərimi cibimə saldım bir müddət eləcə gözlədim… Sanki bir az sonra bir küncdən çıxıb gələcək idin, yalnız birazca gecikmişdin, qaçaraq çıxıb nərdivanları gəlib sarılacaqdın həsrətlə…
Bilirəm uzaqlardasan indi .. Kimlərləsən kim bilir, təksən bəlkə də mənim kimi bu an..? Oralar da soyuqdur bəlkə, üşüyürsənmi..?
Məni soruşma! Suyu tükənmiş limanların dənizlərinə gedib dayanıram … Həyatımın səsi qısılmış, yaşlanmış dodaqlarımdakı sözlər, kimsə axtarmır, anlamır məni… Unudulmuşum anlayacağın…
Gözləyərkən gözlərin gəldi gözlərəmin önünə, dodaqların, duruşun, gülüşün, sevgiylə baxışın… 
İllərdir bu limana hər gəlişimdə eyni ağrını hiss edirəm, eyni həsrəti hiss edərəm, eyni kədəri yaşayaram… Halbuki aradan uzun illər keçmişdi, amma hər şey daha dünənmiş kimi gözlərimin qarşısında canlanırdı…
Nə vaxt bu limana gəlsəm içim burxular, gözlərim dayanıb -  dayanıb dolar. Hər əsən yeldə, yağan yağışda, çağlayan çayda, uğuldayan meşədə sənin qoxunu eşidərəm…
Çəkib getmişdinl ürəyinin bütün qapılarını bağlayaraq ardında.. Dayanmadan böyüdü içimdə yoxluğun. Günlər aylar, illər keçib getdi ardına baxmadan amma sən yox idin gəlmirdin… Gəlməyəcəyini bilirəm gözləməm nafilə amma yenə də hər küncə baxıram bəlkə bir küncdən çıxar gəlirsən deyə.. Uzaqdasan halbuki bir ömür qədər… 
Qulağım səsində, gözlərəm ətrafda səni axtarıram, çox uzaqlarda olduğunu və gəlməyəcəyini bilə-bilə… Qırıq bir təbəssümdür xatırladığım, bir sevda nəğməsi idi adın… Hər kəsə bir şeylər verilər bəlkə amma mən sənə ürəyimi verdim… Ürəyimi də alıb getdin birlikdə…
Çəkib getdin həyatımdan xəyallarımı və xatirələrimi sarsıdaraq.. həyatımda artıq xoşbəxtlik olmayacaq, təsəlli olmayacaq. Həmişə bir boşluq, həmişə ağrılar, kədər olacaq…
İndi payız sonu, qışa giririk mən dörd fəslin baharı yaşadım səninlə. Dörd fəsil çiçək açdın ürəyimdə, təzə bir yarpaq kimi yaşıl idin, sevgi çiçəyi idin,  mavi idin, ağ idin bütün rənglərdə sevmişdim səni…
Səni sevərkən həyatı da sevmişdim mən, dünyanı də, insanları da…
Uçub getdi indi sevgi quşları həyatımda. Günlərin, gecələrin dadı yox. Məcnunu itmiş bir leylayam, Heç bir səhra qəbul etmir məni artıq. 
/Mənbə: Qadınlar.biz
(səs: 4)
Şərhlər: 2
Baxılıb: 6 117
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri