Məni xəyanətiylə öldürən sevgilim!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 786
Səs ver:
(səs: 2)
Ayrılıqlar da gedişlərə daxildir. Xəyanətlər xaric?
Bir ürəyə neçə xəyanət düşər? Bir ürək neçə dəfə xəyanətə duçar olar? Əgər bir ürəyə xəyanət etmisinizsə o ürək sizi bağışlamaz əsla. O ürəkdə kin və nifrətə çevrilərsiniz.
Mən səni qiymətli ağ bir almaz sanmışdım. İşlətməyə belə qıya bilməmişdim. Saf halınla torpaqdan alaraq başıma tac etmişdim. Sən brilyanta çevrilərsən, səni məndən alarlar deyə? Yanılmışam məgər,  sən çoxdan dəfələrlə bilinməyən ustalar tərəfindən almaz olmaqdan çıxarılmısan. Səni vitrinlərdə görüncə anladım. Aydınlığın necə oldu? Saflığın getmişdi səni vitrinlərdə görüncə. Neçə vitrin dəyişdirdin hələ də anlaya bilmədim. Aldanmışam məgər mən. Sən almaz deyil bir kömür qurusuymuşsan. Zənci uşaqların əllərində qaralaşmış kömür. Dəyərini itirmiş bir almaz parçasısan. Sən sənə əl dəydiyində çirklədən, qaralaşdıran və qara iz buraxan bir daşmışsan məgər?
Artıq nə əhəmiyyəti var bənövşəyi sümbüllü bağın? parıltılı işıqların? nə də keçən zamanın. Mənim zamanımı oğurladın. Sadəcə zamanımı, ürəyimin gözəlliyini, ümidlərimi, etibarımı, sevdiklərim qələmimdəki sevgini oğurladı. Artıq ən baharın nə çiçəklərin, nə də rənglərin bir mənası qalmadı. Mənə qalan yalnız bir qara çələng oldu. Səni həyat yoldaş bilən ürəyimə xəyanətin ağır oldu. Gözləmirdi ürəyim vaxtsız tələ quran bir xəyanəti. Xəyanətə uğradıq ey ürəyim! aldadıldıq, ağladıldıq ey ürəyim! Göz yaşlarına boğulduq. Bozlaşmış səma ümidlərin  mavini rəngini artıq bir ömür gizləyər ey ürəyim!
Qara çələnglər yalnız bir insan öldüyündə hüznü və hüznü ifadə etmək üçün insanlara göndərilməz. Artıq ağır xəyanətlərə duçar olan  ürəklərə də xəyanət çələngi göndərilər. Bunu da öyrəndim sayəndə qara almaz daşı. Nifrətin sözləri intiqam atəşini yandırar. Nifrətin gözləri işığı gördüyündə solar. Bütün rənglər mənasını itirər. Həyat əsl rənginə dönər.
Məni xəyanətiylə öldürən sevgilim.
Məni ölmədən tabuta qoyan sevgilim
Məni yaşayarkən öldürən qara almaz daşım.
Məhşərin təkliyimə, üsyanın sükutuma xəyanətdir. 
Aynalar üzümə, kölgələr  işıqlığına xəyanətdir.
Ürəyimə  uzaqlardan da olsa bir qara çələng göndər. Altına da adını böyük hərflərlə yaz.
Yaşayarkən öldü? Artıq öldürdüyünüz cənazəyə bir çələng göndərərsiniz? Qara çələng!...

P.S: Bəzən insanı öldürmək üçün onun canını almağa ehtiyac yoxdur. Bir xəyanət, bir yad ehtiras, bir bədən satışı yetərlidir sevdiyini öldürməyə...

/Mənbə: Qadınlar.biz/

(səs: 2)
Şərhlər: 3
Baxılıb: 3 786
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri