Zorla ərə verilən gəlin şadlıq evindən qaçdı - ŞOK

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 6 407
Səs ver:
(səs: 1)

Ağcabədi şəhərindəki "Cavid” Şadlıq Sarayında müdhiş olay baş verib. 


Noyabrın 3-də Ağcabədi şəhərindəki "Cavid” Şadlıq Sarayında toy mərasimi zamanı gəlin şadlıq evindən qaçıb. Daha sonra isə "102” qaynar xəttinə zəng vurub və zorla ərə verildiyini bildirərək, hüquq-mühafizə orqanlarından yardım istəyib.

 Məlumatı "Axar.az”a verən mənbənin sözlərinə görə, şadlıq evindən qaçan gəlini təhdidlərdən qorumaq üçün polis rəisi və rayon İcra Hakimiyyətinin rəhbərləri toya gəliblər və qudaların mübahisəsinə müdaxilə ediblər.

Qız dayısı oğlunu sevirmiş

 Məlumatı dəqiqləşdirmək üçün Ağcabədi rayonunda şahidlərlə əlaqə saxlamağa çalışdıq. Toy şahidlərdən birinin verdiyi məlumata görə, əslində, gəlin toy zamanı yox, toydan sonra, oğlan evindən qaçıb, daha doğrusu, qaçırılıb: "Toyu yarımçıq qalan şəxs Balabəy adlı gəncdir. Uşaq yaşlarından atasını itirib və anası Zülfiyyə xanımın himayəsində böyüyüb. Balabəy kasıbçılıqla böyüyüb, həm də yazıq bir həyat yaşayıb. Toy isə bütün adət və ənənələrə uyğun olaraq baş tutub. Zülfiyyə xanımın ailəsi bir ay bundan qabaq Avşar kəndinə, gəlini kimi gördüyü Z.Q.-nın (ad şərtidir) qapısına elçi gedib. Qızın "hə”-sini alıb, el adəti üzrə nişan verib. Valideyinləri tərəfindən gəlinin adına alınan cehiz oğlan evinə də gətirilib”.

 Hadisə şahidinin sözlərinə görə, toy şadyanalıqla izlənilib. Toy başa çatdıqdan sonra gəlin şadlıq evindən bəy evinə gətirilib. Elə bu zaman gəlinin anası və digər qohumları otağa hücum edib. Gəlin bəy otağından çıxmaq istəməsə də, valideyinlərinin təzyiqi ilə otağı tərk edib:

 "Səhərisi isə o, ərə getdiyi oğlanı yox, dayısı oğlunu sevdiyini deyib. Həqiqətən nələr baş verdiyini bilmirik. Zülfiyyəyə oğlunun toyunu etməyə qonşular yardım göstərib. Hadisə vaxtı Zülfiyyənin ürəyi getdi, indi həkim nəzarətindədir”.

 Qaynağımızın sözlərinə görə, bu olay bütün Ağcabədidə danışılır və hamı heyrət içindədir.

 Polis araşdırma aparır

Ağcabədi rayon Polis Şöbəsinin rəis müavini Fəxrəddin Rzayev "Axar.az”a bildirdi ki, bu məsələ tədqiqatdadır. Rayon Prokurorluğunun nəzarətində istintaq-araşdırma işləri aparılır: "Hadisə haqqında müxtəlif fikirlər səsləndirilir – gəlinin istəmədən bu toya məcbur edildiyi də, ailəsinin narazılığı da deyilir. İndi istintaq gedir, ona görə də qəti söz demək mümkün deyil”.

(səs: 1)
Şərhlər: 12
Baxılıb: 6 407
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri