Evə ötürmək bəhanəsilə maşına mindirib zorladılar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 11 620
Səs ver:
(səs: 1)

Boluda restorandan çıxan qadını evə ötürmək bəhanəsilə maşınlarına mindirib meşədə təcavüz edən 2 kişi saxlanılıb.

Qadınlar.Biz-in Türkiyə KİV-ə istinadən xəbərinə görə, hadisə keçən cümə günü baş verib. Gölköy qovşağında yerləşən bir restorandan gecə saatlarında sərxoş çıxan qadın D-100 Karayolu ərazisindən kənd mərkəzinə kimi piyada getməyə başlayıb. Restorandan tək çıxan qadının arxasınca iki kişi maşınla düşüb. S.B. və A. Ç. yolda gedən qadının yanına yaxınlaşaraq evə ötürmək bəhanəsiylə onu maşına mindiriblər. Qadın maşının meşəyə girdiyini görəndə qışqırmağa başlayıb. Kişilər qadının əllərini və ağzını bağlayaraq ona təcavüz ediblər. 

 

Daha sonra qadını maşına mindirərək şəhər mərkəzinə doğru yönəliblər. Maşındakı kişilərdən biri yolun yarısında maşından düşüb. Ondan bir az sonra qadın maşının qapısını açaraq özünü tullayıb. Bundan qorxan sürücü dayanmadan sürətlə ordan uzaqlaşıb.

 

Qadının şikayəti əsasında polislər restorandakı və yoldakı kameralar vasitəsilə maşının nömrəsini təyin ediblər. Şəxsiyyətləri bilinən kişilər bu gün tutularaq məhkəməyə sövq ediliblər.            

(səs: 1)
Şərhlər: 8
Baxılıb: 11 620
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri