Xəyanət edən şəxs də milyonlarla insanlardan biri ola bilər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 862
Səs ver:
(səs: 0)
İnsan həyatı boyunca özünə tuta bilməyəcəyi sözlər verir və ilk tutduğu söz son xəyanət etdiyi söz olmayacaq. İnsan özü-özünü aldadır və elə ilk olaraq da özünə xəyanət edir.

Xəyanət sevgi ilə başlayır. Məsələn, yaşadığın ölkəni çox sevərsən və olduğun məqamı, vəzifəni hər nə olursa olsun, pis yönlərı istifadə etdiyin zaman sənə verilən sual niyə xəyanət etdiyin olur. Sən isə tək cavab vermə haqqını istifadə edərək deyirsən: Sevgimdən ötrü!

Eşq xəyanətdir. Aşiq olduğun zaman ətrafında çəhrayı dünya dönər və hər şeyi sənə fərqli tərzdə göstərər. Sən isə ona inanaraq özünə xəyanət etmiş olarsan. Kor-koranə bu aləmə aldanarsan və bir gün özünü xəyanətin içində taparsan. Heç bir cümlə xəyanət qədər çılpaq yazılmaz. Heç bir xəyanətin də təsəllisi, səbəbi olmaz.

Xəyanət bədənin içində başlayar, kənara sıçrayan isə onun kölgəsidir. Səbəbli, səbəbsiz – fərq etməz. Ədəbli və ya ədəbsiz deyə də ayrılmaz.

İstər qəlbində olsun, istər beynində, istər dərində olsun, istər sə də ruhunda, fərqi yoxdur – xəyanət sevgi ilə başlayır.

Qarşındakını aldatdığını düşünərsən. Amma aldatdığın əslində o içində yaşadığın eşqin tək nəfərlik olan tərəfidir. İki nəfərlik olanı isə qısa bir müddətlik şəbəkə xaricinə düşüb artıq.

Bu, bəlkə də həyatın qanunu deyil, amma xəyanət tək nəfərlikdir. Xəyanət edən adama özəldir. Ortaq bir nöqtədə xəyanət edə bilməzsən. Məsələn, xəyanət beyində başlayar. Beynindəki hüceyrələrdən biri o birinə xəynət etsə, iflic olarsan. Bunu heç düşündünmü? Milyonlarla hüceyrələrdən yalnız birinin xəyanət etməyi bunun üçün kifayətdir!

Xəyanət edən şəxs də milyonlarla insanlardan biri ola bilər. Amma önəmli olan bu deyil. Önəmli olan onun bunu niyə etdiyidir.

Çünki beyin qəlbdən asılı olmayaraq işləyir.

Sən nə qədər inkar etsən də digər orqanların məsum və günahsızdır.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 862
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri