Qadınlar niyə öz həyat yoldaşlarını aldadır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 16 441
Səs ver:
(səs: 0)
Bilinmir zəmanədəndir,ya hər şeyi özümüz edib zəmanənin boynuna atan biz insanlardadır,amma bildiyim tək şey var, o da ki,bu dünyanın və bu həyatın get-gedə daha da bərbad hala düşməsidir.Artıq neçə vaxtdır ki,məni bir sual düşündürür.Bu sual təəssüf ki, artıq yayqın hal almış evli qadınların ərlərini aldatması ilə bağlıdır. Niyə evli qadın öz ərini aldadır?

Yoldaşlarını aldadan qadınlara bu sualı verdikdə alacağımız ilk cavablar bunlar olur:
1. Ərimi sevmirəm.
2. Biz onunla bir-birimizi anlamırıq.
3. Bizim dünyalarımız ayrıdır.
4. O məni qane etmir (buraya müxtəlif ehtiyaclarda daxildir.)

Məgər bizim valideynlər ailə qurduqda bir-birlərini sevib evləniblər? Yox. Hətta elə qadınlar var ki,ailə qurduqları oğlanı toy günü görüblər, amma nə olsun ki,onların elə ailələri olub ki, Leyli-Məcnun sevgisi kimi bir-birlərini dəlicəsinə sevənlərin sevgisi onların sevgisinin qarşısında sönük qalıb.Məncə, burda başqa bir şey var. O şey də monotonluğu sevməmək xəstəliyidir.Bəli,bəli xəstəlik.Çünki elə insanlar var ki,onlar hər gün eyni hərəkəti təkrarlamaq istəmir,yəni kişilərin dediyi kimi, hər gün bozbaş yemək istəmir.Bəzi qadınlar da məhz belədir.Onlar üçün hər gün eyni simanı görmək vaxt getdikcə maraqsızlaşmağa gətirib çıxarır,ona görə də onların bir vaxtlar ailə qurub,evinə gəlin gəldikləri bir insanı artıq başqalarıyla əvəz etmələrinə səbəb olur. Amma o qadınlar birmirlər ki,gec və ya tez, o sevgililəri onları atıb gedəcək və onlara öz həyat yoldaşları qalacaq,təbii ki,əgər xəbərləri yoxdursa.Çünkü hələ də elə kişilər var ki,qadınların onları aldatmasından xəbərləri yoxdur.Amma elə kişilər də var ki,onlar ya qadını sevir, ya da ki, övladlarına görə qadınını etdiyi hərəkətə göz yumur. Mən özüm belə bir ailə tanıyıram: qadının aldatmasından yoldaşının xəbəri yox idi.Amma, necə deyərlər, yalanın ömrü qırx gün çəkər və bir gün hər kəsin kirli əlbisələri üzə çıxar. Və onun da yoldaşı onun əməlindən xəbər tutdu.Amma o, qadını bağışladı. Bəlkə də fikirləşdi ki,bir daha bu hərəkət təkrarlanmaz,amma necə deyiblər, "Qozbeli qəbir düzəldər” . Mən heç kəsi mühakimə etmirəm,çünkü özüm də nə zamansa mühakimə olunacam. Mən günahsız da deyiləm ki,kiməsə daş atım. Mən mələk, üstəlik, qanadlı mələk də deyiləm.Mənim də səhvlərim,bəlkə də bağışlanması mümkün olmayan səhvlərim var.Amma mən hər zaman belə görmüşəm və belə bilirəm: " Kişi qadının baş tacıdır” . Hər nə olursa-olsun, qadın öz yoldaşının başını aşağı edəcək bir hərəkət etməməlidir.Çünkü o, kişinin namusu,qeyrəti və uşaqlarının anasıdır.Mən bunu belə bilib, belə yaşayıram. Belə qadınlara bir sözüm var: nə qədər gec deyil dönün yarı yoldan. Çünkü ziyanın yarısından qayıtmaq da xeyirdir. Sonda tək qalmaq qorxusunu xatırlayın hər zaman.Sonrakı peşmançılıq heç vaxt fayda vermir axı.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 16 441
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri