Aldadıldığını hiss edənlərə məsləhət

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 571
Səs ver:
(səs: 1)
Bir gün ona rast gələrsiniz. Gözlərin qamaşar gözəlliyindən ya da yaraşıqlılığından. "Bu o, " deyər ürəyinizin səsi. Ürəyiniz yerindən atılacaq kimi olar həyəcandan; boğazınız quruyar, dərin nəfəs alma ehtiyacı hiss edərsiniz. Eşq qapınızı döymüşdür heç gözləmədiyiniz bir anda.
O da sizə baxar. Utanar baxışlarınızın kəsişməsindən. Sizə olan ona da olsun istəyərsiniz. Yanına yaxınlaşdığında ya da siz getdiyinizdə onun yamacına, tanış edilərsiniz bir şəkildə. Əlləriniz bir-birinə dəydiyində, bədəninin istiliyini hiss etdiyinizdə tərifi qeyri-mümkün hisslər titrədər bədəninizi.

Dünya durar, zaman dayanar, eşq qapını döydüyündə. Onu görmədən keçməsin istəyərsiniz zaman, toxunmadan dayana bilməzsiniz bir-birinizə. Həyata dair nə varsa əhəmiyyətsizləşər, tək gördüyünüz onun gözəl gözləri olar. "Tapdıq bir-birimizi," deyərsiniz. Birlikdə xəyallar qurar, dayanmadan istəksizcə gülümsəyərsiniz. Ətrafınızdakılar anlar sizə bir hallar olduğunu onsuz qaldığınız anlarda azaldığınızı. Eşq çox pis edər insanı, zarafatı yoxdur, fələyinizi çaşdırar.

Günlər keçər, bəlkə aylar, bəzən illər boyu müddət bilər eşq, zamana məğlub olmadan. Elm və statistik nə deyirsə desin, ola bilər belə sevdalar. Hər gördüyündə ilk dəfə görürmüş kimi baxar gözlər, hər görüşmə ilk görüşmə kimi həyəcan verər. Bir-birlərinin həyatını gözəlləşdirər aşiqlər, güc verərlər, asanlaşdırarlar hər işi. Fədakarlıq deyil etdikləri, sevdiyinin xoşbəxt olmasından xoşbəxt olar hər aşiq. Biri bəlkə bir az çox verici olar, digəri az, biri daha qoruyucu gözləyici olar, digəri daha əyləncəli. Öz tarazlığını tapar hər əlaqə.

Amma bir gün bir şey olar və bitər eşqin təsiri. Mərkəz xaricə sürüşər, bəlkə batmağa, narahat etməyə başlar digərinin marağı. Nəfəs ala bilməz  insan. Uzaqlaşmaq, tək başına qalmaq istər. Dəyişən bir şey yoxdur əslində amma bitər bir gün sehir. "Necə olsa mənim, nə etsəm edim məni buraxmaz" düşüncəsinə qapıldığı an əhəmiyyətsizləşər digər tərəf. "O olmadan da varım mən, onsuz da gözəlim, güclüyəm," deyər insan. Başqa bədənlər tanımaq, digərləri də məni bəyənirmi sualına cavab axtarmaq istər.

Gözəlliyin baxan gözdə gizli olduğunu unudar insan. Sahib olduqlarının qiymətini itirmədən anlamaz. Əvvəl özünü aldadar sonra bir zamanlar sevdiyini. Bir yalana süründürülər əlaqə. Aldadılan özünü günahlandırar, sevgilisinin uzaqlaşmasının səbəbini özündə axtarar ya da fərqində olmaz olan bitənin. Aldadan həm balanssızlaşar, həm günahkar hiss edər özünü. Başqa birinin sevgisini zəmanətə almadan bitirə bilməz əlaqəni.

Eşqin bitdiyini düşünürsünüzsə, sevgilinizi əvvəlki qədər qiymətli tapmırsınızsa ya da onun sizdən uzaqlaşdığını hiss edirsinizsə amma əlaqənizə son bir şans vermək istəyirsinizsə sizə tövsiyəm budur.

Əvvəl aldatmağı, ayrılmağı düşünənlər üçün yazıram: Ona aşiq olduğunuz ilk günü xatırlayın. Eyni insan var qaşınızda. Zamanla bir-birinizə alışdınız, çiyrəndiniz amma uzun zamandır baxmadığınız gözlərə bir dəfə daha baxsanız eyni şəkildə parladıqlarını görəcəksiniz. O da bu əlaqəni bitirə biləcək, başqa insanlara yönələ biləcək, sizi tərk edə biləcək potensiala sahib. Bunu etmirsə acizliyindən deyil, sizi hələ sevdiyindəndir. Heç kim imtina edilməz deyil. Özünüzü gözəl görürsünüzsə, qarşınızdakının sizi gözəl görməməsindədir. Onun da sizi buraxıb gedə biləcəyini düşünün. Belə bir şey başınıza gəldiyində necə hiss edərsiniz?

Tərk edilmə qorxusu yaşayan, aldadıldığını hiss edənlər içinsə tövsiyəm budur: Sizi çantada kəklik sanmasına icazə verməyin. Əlaqənin rehavetiyle özünüzə diqqət göstərməyi buraxmış ola bilərsiniz. Aşiq olduğunuz ilk zamanları xatırlayın. Geyiminizə, fərdi baxımınıza diqqət edin.
Ondan eşq dilənməyin.
Özünüzə acımayın. Güclü olun. Sizin də onu tərk edə biləcəyinizi anlarsa əlaqənizə bir şans daha verə bilər.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 2 571
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri