Kişilər niyə aldadır? (1. hissə)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 6 554
Səs ver:
(səs: 5)
Aldadılmış olmağınız sizin səfeh, eybəcər, dözülməz qadınlar olduğunuz anlamına gəlməz. Evlilik müşaviri Cənab Harri Neuman kişilər və aldatma əlaqəsi arasında həqiqəti ortaya çıxarmaq üçün aldadan və aldatmayan 200 evli kişi ilə tanış olub.

Kişilər niyə aldadır?
Evlilik mütəxəssisi Neuman, kişi aldatması üzərində müxtəlif araşdırmalar aparırdı və ən doğru cavaba necə çatacağını arvadının bir sualı ilə tapdı. "Bunu aldadan adamlara vermək daha məntiqli olmazmı?" deyib arvadı. O da 200 evli aldadan və aldatmayan ərlə araşdırma aparmağa başladı. Beləcə, The Truth about Cheating (Aldatma haqqındakı həqiqət) adlı kitabını yazdı.

48% -i duyğusal narazılıqdan dolayı aldadır. Kişilərin daha çox seks üçün aldatdığı artıq bir əfsanədir. Aparılan araşdırmaya görə kişilərin yalnız 8%-i seksual narazılıqdan dolayı həyat yoldaşlarını aldadır. Neuman "Mədəniyyətlərimizdə kişilərin seks həyatında daim xoşbəxt olması lazım olduğu" istiqamətində bir hiss olduğunu deyir. Amma kişi yalnız cinsi mənada deyil, duyğusal olaraq da qane olmaq istəyir. Qadınlar qədər kişilər də başa düşülmək istəyir. Çox zaman etdikləri hər şey üçün həyat yoldaşlarından razılıq gözləyirlər. "Hər uğurlu kişinin arxasında duran qadın" burada dövrəyə girir.

66% aldatma əsnasında günah durur. Bu bir az qorxuducu görünə bilər. 66% az bir rəqəm deyil. Araşdırmaya görə kişilərin dərhal hamısı "kaş bunu etməyəydim" deyirmiş. Amma əsas problem odur ki, günah hissi aldatma niyyəti olan bir kişini dayandırmır. Kişilər özlərini və duyğularını bir şəkildə hissələrə ayırır və onlarla öz-özlərinə müxtəlif yollarla aldadır. Bu şəkildə hisslərini, onsuz da, kifayət qədər açıq dilə gətirməyən kişi yalanlarını da söyləyərkən daha rahat olur.

77 %-nin sevgilisini aldadan yaxın bir dostu var. Buyurun, sizə "Mənə dostunu de, sənə kim olduğunu deyim" üsulu ilə elmi cavab. Öz-özlərinə belə deyirlər ki, "Ən yaxın dostum yaxşı adamdır. Başqa qadınlarla görüşür, amma arvadını sevir, bəlkə də sevmir. Dostum sevgilisini aldadır, bunun yanlış olduğunu desəm, mənə inanmayacaqsınız. Mən də görüşürəm başqa qadınlarla, əlbəttə, kim biləcək?Dostum sevgilimə deməz də". Birlikdə çöldə vaxt keçirən kişi dostlardan birinin gözlərinin oynaması digər kişilərə də təsir edir. Uzun bir əlaqəsi və təcrübəsi olmayan qısa müddətli əlaqələr yaşayan, arvadbaz dostlara malik kişilər də aldatmağa meylli olur və bu dostlar aldatmağı qanuniləşdirir.
(səs: 5)
Şərhlər: 8
Baxılıb: 6 554
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri