Evli qadınların xəyanət etdiyini necə bilmək olar?

Müəllif: Wiyinka
Şərhlər: 8
Baxılıb: 39 783
Səs ver:
(səs: 2)
Xəyanət çox həssas mövzudur. Adətən kişilərin xəyanət etdiyi düşünülsə də, xəyanət edən qadınlar da var. Bəs qadının xəyanət etdiyini necə anlamaq olar?

Hansı hərəkətindən bilmək olar?
Kişilər qadınlar kimi diqqətcil deyil, buna görə də xəyanət etdiyini başa düşmək üçün çox incə detallara varmaq lazımdır.

Geyim dəyişikliyi
Qadın yavaş-yavaş stilində dəyişiklik etməsi, xüsusən də rəng seçimindəki dəyişikliklər bir işarədir. Bundan əlavə daha çox alış-veriş edir və markalra yönəlirsə, bu da ayrı bir ipcudur. Dəyişikliyin səbəbi isə təzə tanış olduğu insanın zövqlərinin fərqli olmasıdır.

Kosmetika
Neçə illərdir ki, işlətdiyi parfumu dəyişdirməsi də böyük dəlildir. Həmçinin kosmetik vasitələrinin artması da ayrı işarədir. Gözəllik salonuna tez-tez gedirsə, onu təqib etməyə başlasanız, yaxşı olar…

Texnoloji alətlər
Xəyanətlərin çox virtual aləmdə baş verir. İnternet vasitəsi ilə tanış olmasalar da, münasibətlərini sosial şəbəkələrdə davam edirlər. Siz yatandan sonra saatlarla netdə olursa və bunu vərdişə çeviribsə, qorxun və təqib edin.

Telefon söhbətləri çoxalıbsa, siz zəng edəndə telefonu çox zaman məşğul olursa və ciddi problemləriniz ola bilər.

Mesajları və gələn zəngləri silmə ehtimalı yüksək olduğu üçün siz zəng edəndə telefonu məşğul olanda qeydlər aparın. Əgər həmin saatda gələn zəngi telefonundan silibsə, sizi aldadır. Telefon çox zaman səssiz rejimdə olarsa, keçmişdə də belə olduğunu yada salın.

Cinsəl həyat
Hər evli cütlüyün bəlli vaxtlarda davam edən cinsəl həyatı var. qadın yavaş-yavaş soyuyur və cinsəl əlaqədə olmaq istəmirsə, bu barədə düşünmək lazımdır. Əvvəlki kimi enerjili deyil və sizə olan diqqəti azalıbsa, xüsusən də sizinlə gəzməyə çıxmağa razı olmursa, həyatında başqa biri var. Lakin bu hadisə bir dəfə deyil, bir neçə dəfə təkrarlanarsa, baş verə bilər.

Sizə olan rəftarı
İllərdir ki, eyni adam olmanıza baxmayaraq, həddindən artıq tənqid eşidirdiniz. Lakin daha bu tənqidləri eşitmir və sizə diqqət göstərmirsə, ya sizə xəyanət edir, ya da atıq sizi sevmir…
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 39 783
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri