Ailədə baş verən qarşılıqlı xəyanət

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 4 188
Səs ver:
(səs: 0)
"Ərimin mənə xəyanət etdiyini bilirdim. İllər əvvəl o, özünə bir məşuqə tapmışdı. Həftədə bir neçə dəfə ya işdə, ya da haradasa başqa yerdə görüşürdülər və təbii ki, o görüşlərdə də oturub şahmat oynamırdılar. İki yolum vardı: ya ərimdən boşanmalı, ya da problemin başqa həll variantını seçməliydim. Başqa variantı seçdim. Ərimə istədiyi qadınlarla cinsi əlaqəyə girməyə icazə verdim. Amma ərim də məşuqumla evə gəlməyimə mane olmamalıydı. Razılaşdıq. İndi bəzən evdə qonşu otaqlarda sevişirik. Mən məşuqumla, ərim də məşuqəsi ilə. Hər şey əladır".

Bunu Avstraliyanın Brisben şəhərində yaşayan Daniela "Daily Mail Australia"nın reportyoru ilə söhbətində deyib.
4 övlad anası, 42 yaşlı Danielanın sözlərinə göər, indi yeni məşuqu var və onunla da "AshleyMadison" saytında tanış olub.
Danielanın sözlərinə görə, indiyədək iki dəfə ərdə olub və hər nikahında da "ürəyi istəyən" kimi davranıb, ərlərinə xəyanət edib.
"İnanın mənə ki, bir kişi ilə yaşamaq darıxdırıcıdır. Mən macəra xoşlayıram, avantüranı sevirəm. Həyatımda kişilərin çox olmasını istəyirəm. Fahişə deyiləm, bədənimi pula satmıram. Cinsi əlaqədən həzz alıram və buna görə də əlaqədə olduğum kişi vücudlarının fərqli olmasını istəyirəm. İndiki ərim də bunu anlayışla qarşılayır. Axı mən də onun evə məşuqə gətirməsinə etiraz etmirəm. Azad, şüurlu insanlarıq", - Daniela söyləyib.

O bildirib ki, əri çox şorgöz olduğundan hətta rəfiqələrini də bu "proses"ə qoşub: "Rəfiqələrimdən xahiş etdim ki, evimizə gəlsinlər, növbə ilə ərimlə yatsınlar. Ərimin seksual iştahı çoxdur, gözü doymur. Belə daha yaxşıdır. Heç olmasa evimə kimin gəldiyini bilirəm".

Avstraliyada keçirilmiş son anonim sorğulardan birinin nəticələrinə görə, nikahda olan xanımların 68, kişilərin isə 87 faizi xəyanət edir.

Avropa Birliyi ölkələri arasında Britaniya, İtaliya, İspaniya, Yunanıstan və Fransada bu rəqəmlər daha çoxdur.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 188
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri