Kişilər niyə xəyanət edir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 4 108
Səs ver:
(səs: 0)
Bu mövzu yaşadığımız dövrdə çox aktualdır və yəgin ki, həmişə aktual olaraq qalacaq. Əksər qadınlar isə bu suala birmənalı cavab verirlər: çünki onlar kişidirlər. Elə kişilər özləri də təbiətin onlara verdiyi bioloji və fizioloji xüsusiyyətləri həmişə bəhanə olaraq gətirirlər.  

Yəgin ki, heç bir qadın deyə bilməz ki, onun sevgilisi və ya həyat yoldaşı ona heç vaxt xəyanət etməyib. Maraqlı həm də ondadır ki, qadının kim olmasının, onun sosial vəziyyətinin, tanınmış olub-olmamasının heç bir əhəmiyyəti yoxdur, dünyanın ən gözəl, ən varlı, ən tanınmış qadınları belə kişilər tərəfindən aldadılıblar. Ona görə də bunu faciə eləməyə dəyməz, siz xəyanətlə qarşılaşan yeganə qadın deyilsiniz.  

Səbəblər
Əslində isə mövzunun kökü daha dərindir. Səbəb yalnız konfliktlər deyil, ən yaxşı və sabit münasibəti yaşayan qadınlar da xəyanətlə üzləşə bilər. Səbəblər isə çox müxtəlifdir; məsələn, əgər kişi lazımi diqqət almırsa, intim münasibətlər onu təmin etmirsə o, mütləq yenilik axtarışında olacaq. Məişət problemləri, səs-küy onu bezdirib və o, rahatlıq, sakitçilik və isti qucaq axtaracaq. Maraqlı və başa düşülməyən səbəblərdən isə "Bütün kişilər aldadır, mən niyə geri qalım?” prinsipiylə yanaşanlardır.


Əlbəttə ki, bu, riyaziyyat deyil və dəqiq əlamətləri olmasa da, təxmini olaraq aşağıdakılar sizə şübhələnməyə əsas verir:

1.   Sizə qarşı kəskin və səbəbsiz soyuyub, sizinlə artıq heç nəyi bölüşmür

2.    Son zamanlar çox "məşğul” olmağa başlayıb və işdə çox vaxt keçirir

3.    Kompüter və mobil telefonuna parol qoyub

4.   Telefonunu əlindən qoymur və hətta tualetə gedəndə belə özü ilə götürür

5.    İntim yaxınlıq etməkdən qaçır

6.    Görünüşünə daha çox fikir verməyə başlayıb, yeni tərzdə geyinir və s.

7.    Əvvəlkindən daha çox pul xərcləyir, amma hara xərclədiyi bilinmir

8.   Hər şeydən narazıdır və heç bir səbəb olmadan sizi incidir və konflikt yaradır

9.   Maşınında, ciblərində sizə tanış olmayan əşyalar tapırsınız və s.

Xəyanətlə qarşılaşmaq istəmirsinizsə
İstənilən münasibətlərdə, xüsusilə kişi-qadın münasibətlərində özünə hörmət çox vacibdir, yalnız özünə hörmət etdiyiniz və dəyər verdiyiniz halda qarşındakı sizə hörmət edəcək. Kişini əldə saxlamaq üçün çəkəcəyiniz əziyyətləri boş verin, ən yaxşı üsul özünüzə qoyacağınız sərmayədir. Sərmayə sizin həyat tərzinizdən asılı olaraq dəyişir. Görünüşünüzü həmişə gözəl saxlamayağa çalışın, əgər iş qadınsınızsa özünüz üçün məqsədlər təyin edin və onları həyata keçirin. İnkişaf edən qadın həmişə kişilərə maraqlı olur və onu itirmək qorxusu kişidə həmişə olacaq.

Kişinin sizi itirmək qorxusu yoxdursa, bu, çox hallarda onun sizinlə istədiyi kimi rəftar etməsinə, o cümlədən də xəyanət etməsinə səbəb olacaq.

Yox, əgər sevdiyiniz artıq sizə xəyanət edibsə, isterikaya düşməyə dəyməz, heç vaxt və heç bir halda özünü alçaltmayın, ona yalvarmayın və qətiyyən zəif olduğunuzu göstərməyin. Xəyanətdən sonra nə edəcəyinizi isə soyuq başla düşünün, gözləyin gərginliyiniz keçsin, çünki bu vəziyyətdə verəcəyiniz qərar düzgün olmayacaq, sonra peşman ola bilərsiniz.
(səs: 0)
Şərhlər: 13
Baxılıb: 4 108
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri