Qadın və xəyanət

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 980
Səs ver:
(səs: 0)
Bu dəfəki məqaləm xüsusi məqsədlə yazılıb. Bilirəm  bu çox qadınlara, daha doğrusu əksər xanımlara aid  deyil. Amma cəmiyyətdə heç olmasa 5-10 belə  hadisə varsa yazmağa dəyər məncə.

Bu ağır mövzudur... Qadın və xəyanət... Avropadan  gələn mədəniyyətlə dilimiz həmişə kişi xəyanət etdi sözünə öyrəşmişdi.

Həəə... Tarix dəyişir... Zaman dəyişir... Mühit dəyişir... Bəs  biz? Axı biz başqa idik. Axı biz  azərbaycanlı idik... Axı biz azərbaycanlıyıq... Bəs  bizdə nə dəyişdi?! Bu mövzunu işləmək ağlıma belə  gəlmirdi, amma 10-15 gün qabaq eşitdim ki, bir  xanım ərinə xəyanət edir. Keçdi... Amma bu gün  yenə bu barədə eşitdim ki, daha bir xanım da ərinə  xəyanət edib. Hə dedim, bu mövzu barədə yazmağa  dəyər.

Qadın olduğum üçün çox bəhanə axtardım bu  xanımlar üçün... Axı nə bəhanə edə bilərdim? Ailəli  ola-ola,  uşaqlı ola-ola, gözəl ərə sahib olduğu halda  nə bahənə gətirə bilərdim bu xanımlara? Axı heç bir  vəchlə, heç bir bəhanə ilə bu işi görmək olmaz... Axı  bir xanım necə özünə bu alçaqlığı rəva edə bilər?! Axı o xanım necə uşaqlarının gözünə baxıb, onlara  tərbiyə verir? Necə ərinin üzünə söz deyə bilir?!

Xanımlar, sizə ünvanlayıram sözlərimi: Vallah  düz  deyil  bu... Vallah biz  avropalı deyilik, biz  azərbaycanlıyıq. Ən üstün olan nemətimiz isə bizim  müsəlmanlığımızdır. Etməyin!... Allahın ərşini  titrətməyin! Bir naməhrəm əl naməhrəmə dəyəndə  Allahın ərşi titrəyirsə, gör belə xəyanətlər zamanı  nələr baş verir?

Elə bilməyin, siz ərinizi aldada bildiniz, daha  o  tutmadısa, daha sizə yol açıqdır. Yol hələ  qabaqdadı. And ola Allaha, ərinə xəyanət edən  xanım bunun cavabını Qiyamət günü Allaha verə  bilməyəcək.

Sonda isə deyirəm: əl çəkin bu kinolardan… Həyat  o kinolarda görünən qədər bəsit deyil. Ələxsüs o  kinolarda insanın bu həyatını göstərirlər. Cavab vermək anı isə o biri dünyadadır.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 2 980
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri