Evliliyinizi təhdid edən bir qadın varsa bunları etməyin!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 716
Səs ver:
(səs: 3)
Əsla və əsla qadınla özünüzü mənfi müqayisə etməyin: Özünüzə olan inamınızı itirsəniz matça 1-0 geridən başladınız deməkdir. Əksinə sizin daha üstün xüsusiyyətlərinizi düşünün, bunları önə çıxarın. Qarşı tərəfi özünüzə yaxın buraxmayın: Yaxın olsaq səhv etməz deyə düşünməyin, əgər belə bir şübhəniz varsa onun yoldaşınıza ya da yoldaşınızın ona marağı olduğunu düşünürsünüzsə məsafənizi qoruyun. Beləliklə bir-birlərini daha yaxşı tanıyacaqları bir fürsət verməmiş olarsınız. Yoldaşınıza ondan şübhələndiyinizi çox hiss etdirməyin: Yoldaşınızdan davamlı şübhələnsəniz onu bu davranışa daha çox itələyərsiniz. Əksinə ona güvəndiyinizi vurğulayın ki, güvəninizə layiq olmağa çalışsın. Amma ortada ciddi, şübhə tələb edəcək bir vəziyyət varsa da, ayaqda yatır vəziyyətinə düşməyin, dozasını yaxşı nizamlayın. Eyni mühitdə olmaq məcburiyyətindədilərsə görüşmələrini qadağan etməyin: Məsələn ərinizin iş yoldaşı ola bilər. Salam belə vermə, danışma kimi qadağalar qoymayın. Bu həm mümkün deyil, həm də "qadağan alma cazibəsi” yaratmayın. Ayrıca, çox reaksiya versəniz yoldaşınız məcburiyyətdən danışmalarını, eyni mühitlərdə olmalarını sizdən saxlamaq məcburiyyətində qalar, zamanla da sizdən bir şey saxlamağa alışar və saxladığında başına bir şeyin gəlmədiyini fərq edərək daha rahat davranmağa başlayar. Qarşı tərəflə eyni məkanda olmaq məcburiyyətindəsinizsə – mütləq baxımlı olun: Onun sizdən daha baxımlı görünməsinə fürsət verməyin. Unutmayın, çirkin qadın yoxdur, baxımsız qadın vardır. Ayrıca, sizi asan tikə olaraq görməsinə və özünə olan güvəninin artmasına icazə verməyin. Eyni məkanda olan zaman gülər üzlü və xoşbəxt görünün: Çətin bir vəziyyət olduğunu bilirəm, amma soyuqqanlılığınızı qoruyun. Əks halda qarşı tərəfi ciddi qəbul etdiyinizi hiss edər və havaya girməsinə səbəb olarsınız. Onun yanında ərinizə qarşı mehriban və yaxın davranın, pərəstişkarlıq edin: Çətin olduğunu bilirəm -o sırada ərinizin başına, "balıq qızartma tavası” ını vurmaq istəyir ola bilərsiniz- amma özünüzü ələ alın. Beləliklə qarşı tərəfə: "Bizim xoşbəxt bir evliliyimiz var və bir-birimizi sevirik. Anlayacağın, buradan sənə iş çıxmaz qızım!” mesajı vermiş olarsınız. Ancaq diqqət yetirin ki, vəziyyəti çoxda şişirtməyəsiz. Əgər qarşınızda yüngül tərbiyəli bir qadın varsa onunla yarışacağam deyə komik vəziyyətə düşməyin: Belə bir vəziyyətdə zadəganlığınızı qoruyun, sizə yaraşmayacaq rəftarlar sərgiləməyin. Daş yerində ağırdır. Kişilər bu tip qadınlarla o anda söhbət edib gülə bilərlər, amma əmin olun sadəliyinin fərqindədirlər. Bir küncə keçib, susub, üzünü turşudaraq oturmayın: Söhbətə qatılın, şən olun, meydanı boş buraxmayın! Qarşı tərəfə davamlı hücum etməyin – təbii ki fiziki hücumdan bəhs etmirəm : Bu qarşı tərəfi zərər çəkmiş kimi göstərər və sizi günahkar edər. Qarşı tərəfin təsəlli edilməsinə və sizin adınızdan ondan üzr istənilməsinə fürsət verməyin. Bu eyni zamanda ərinizin sizdən utanmasına da səbəb olacaq. Qarşı tərəfi yoldaşınıza qarşı davamlı tənqid etməyin: Bu ortada heç bir şey olmasa belə, yoldaşınızda o qadına qarşı müdafiə etmə mexanizmi inkişaf etdirər və aranızdakı qarşıdurma böyüyər. Əksinə, qadını durduq yerə xatırlatmayın. Evdə yoldaşınıza pis davranmayın, aranıza məsafə qoymayın, laqeyd yanaşmayın: Yoldaşınıza pis davranmanız onun sıxıntıya düşməsinə, danışacaq bəzilərini axtarışına, sizinlə artıq bir şey paylaşa bilmədiyini, dinclik tapa bilmədiyini düşünməsinə səbəb olar. Gerisini onsuz da təxmin edərsiniz! Tam tərsinə, yoldaşınıza hər zamankındən daha yaxın olun.
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 2 716
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri