Kişilərin aldatma əlamətləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 9 480
Səs ver:
(səs: 1)
Aparılan araşdırmalar, evli kişilərin haradasa 60%-nın həyat yoldaşlarını aldatdığını göstərir. Xəyanətlə qarşı-qarşıya qalan qadınlar isə bu vəziyyətdə nə edəcəklərini bilmirlər. Kişilərin aldatma əlamətlərini sizə təqdim edirik. Bu əlamətlərdən ən az birini yaşayırsınızsa, əlaqənizi təkrar nəzərdən keçirməyiniz məsləhət görülür.

 

Daha əvvəl aldatdısa…

Əgər keçmişdə aranızda bir aldatma məsələsi olubsa, sizi yenidən aldada biləcəyi riski həmişə nəzərinizdə olsun.

Əsla günahkarlıq hiss etmirsə

İçində günahkarlıq duyğusu olmayan kişilər həyat yoldaşını aldatdıqda, bu vəziyyəti normal olaraq qəbul edirlər. Əsla üzr istəməyən və etdiyindən peşman olmayan bu kəslər xəyanət mövzusunda da birinci sırada iştirak edirlər.

Narsist (özünə vurğun) kişi?

Sevgiliniz yalnız özünü düşünür, bütün marağı öz üzərinə çəkmək istəyir və həmişə ən mükəmməl özü olduğunu düşünürmü? Bu tip narsist şəxsiyyətə sahib olan insanlar, oyunun qaydasına görə oynamaqdan heç xoşlanmadıqları üçün aldatmağa daha meylidirlər.

Seks həyatınız durğunlaşdımı?

Partnyorunuz artıq əvvəlki kimi sizə yaxınlaşmır, sevişməkdən həmişə qaçır, ya da sizinlə daha az öpüşür? Əgər seks həyatınız əvvəlki kimi canlı deyilsə, həyat yoldaşınızın sizi başqa biri ilə aldatma ehtimalı yüksəkdir.

Aldatmağı ailəsindən öyrənmiş biridirsə…

Aldatma sözünü çox kiçik yaşda valideynlərindən görərək öyrənən fərdlər, gələcək həyatlarında partnyorlarını aldatmağa meylli olurlar.

Sizinlə vaxt keçirmirsə, diqqət!

Eyni evdə yaşamanıza baxmayaraq siz televizor izləyərkən, o oyun oynayır, ya da sizin tez yatağa getmənizə baxmayaraq, o kompüterin başından qalxmır və mütəmadi olaraq sizinlə marağlanmır? Partnyorunuz, sizinlə çox az zaman keçirməyə və bir şeylər paylaşmamağa başladısa, bu vəziyyətdəki qəribəliyə diqqət yetirməlisiniz.

Kompüterindəki və telefonundakı dəyişmələrə nəzər salın

İçinizdə aldadıldığınıza dair şübhələr varsa, partnyorunuzun kompüterini, ya da planşetini nəzərdən keçirin. Şifrələrini dəyişdirməsinə, yeni bir mail ünvanının olub-olmadığına nəzarət edin. Yeni bir mail hesabının olması, bir çox gizli məktubu içində saxlayır mesajını verir! Belə ki, telefonundakı şifrə dəyişikliklərini də mütləq nəzərdən keçirin.

Mükəmməl yalançılar

Hər mövzuda asanlıqla yalan danışa bilən biri ilə birlikdəsinizsə, diqqətli olmağınız məsləhətdir. Tez-tez yalan danışan belə kişilər xəyanət mövzusunda da olduqca ustadır.

Əgər, həqiqətən xəyanətlə üz-üzə qaldığınıza əminsinizsə ilk növbədə özünüz yenidən onun diqqətini cəlb etməyə(xarici gorünüşünüzlə, ona yaxınlaşma üsullarınızla və s.) çalışın, həyatınızda nəyisə yeniləyin. Əmin olun ki, mübahisə, deyinmək və s. bu kimi hallar həyat yoldaşınızı sizə qaytarmayacaq.

(səs: 1)
Şərhlər: 8
Baxılıb: 9 480
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri