Xəyanətlərə meyl irsi yol ilə ötürülür?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 830
Səs ver:
(səs: 1)
Alma almaya bənzər” kimi geniş yayılmış məsəl aydın olduğu kimi nikah münasibətlərində də öz yerini tapır. Britaniyanın tanışlıq saytlarından biri yaxın vaxtlarda sosioloji tədqiqat keçirib. Təqdqiqatın nəticəsində məlum olub ki, əgər qadınların və ya kişilərin valideynləri xəyanət ediblərsə, bu zaman onlarda bunu etməyə meylli olacaqlar.

 

Sorğuda təxminən 2000 britaniyalı iştirak edib. Sorğunun nəticəsində məlum olub ki, 70% xəyanət edən qadınların anaları da bu qayda ilə öz yoldaşlarına xəyanət edib. Bu tendensiya əks cinsin nümayəndələrində bir az daha zəif ifadə edilmişdir. Xəyanət edən kişilərin yalnız 54% bildirib ki, onların ataları da eyni şeyi ediblər.

Bu halda xəyanət edənlərin 62% bildirdilər ki, onların valideynlərinin etdiyi səhvlər onların nikahında və ya ailə münasibətlərində davranışlarına təsir edib. Kişilərin yarısından çoxu bildirdi ki, onların xəyanət etmələrinə meyl atalarından keçib.

Xəyanətə genlərin və ya sadəcə valideynlərin davranışının təsirini iddia etmək çətindir. Ehtimal ki, bu daha çox valideynlərin təsiridir. Çünki valideynlər uzun vaxt ərzində bizim üçün nümunə və nüfuzlu insan olurlar və şüursuz səviyyədə hətta yetkin yaşda biz valideynlərimizin "ssenarisi” əsasında yaşamağa davam edirik. Buna görə, əgər biz valideynlərimizin bir-birlərinə xəyanət etmələrini müşahidə ediriksə, bu zaman bu işdə qorxulu bir şey görmürük…
Yeri gəlmişkən, əksər hallarda tədqiqatlar nəticəsində məlum olub ki, xəyanətlərə səbəb əsasən nikahda seksin çatışmazlığı və ya onun tamamilə yoxluğudur. Hər bir halda, xəyanət heç vaxt boş yerdən yaranmır.

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 830
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri