Xəyanətlə üzləşdiyinizdə nə etməlisiniz?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 7 422
Səs ver:
(səs: 0)
Aldatılmaq, xəyanət, həyatda insanın başına gələ biləcək ən pis şeylərdən biridir. Hər mövzuda aldadılmaq və arxasından iş çevrilməsi insanı üzər və sıxar. Əgər bunu edən, dəlilər kimi sevdiyiniz insandırsa vəziyyət daha da qəlizləşər. Bir də uğruna onlarla fədakarlıq etdinizsə; hirsləndiyiniz qədər peşman da olarsınız. Həyatınızın geri qalanını aldadılmanın verdiyi hirslə, kədərlə və peşmanlıqla keçirə bilməyəcəyinizə görə, xəyanət ağrısıyla necə başa çıxacağınızı izah etdiyi bu yazısını mütləq oxumalısınız.

Körpə kimi ağlayın
Sevilən və güvənilən biri tərəfindən xəyanətə uğramaq, ölüm qədər ağrılı gəlir insana. Özünüzü ağlamamaq, qışqırmamaq üçün sıxırsınızsa bundan imtina edin. Gedin yatağınıza yatın və istədiyiniz qədər qışqırın, ağlayın. Çünki o sırada həm hirsli həm də kədərli bir ruh halı içindəsiniz. Yəni ağlamanız olduqca normal bir vəziyyətdir. Bunun çətin bir müddət olduğunu qəbul edin və özünüzə yas tutmaq üçün zaman verərək ağlamanıza davam edin.
 
Hirsiniz keçənə qədər danışmayın
Şok oldunuz, qırıldınız, hirsləndiniz. Hər nə qədər içinizdən ona qışqırmaq və Facebookda onun haqqında şərh yazmaq gəlsə də, hirsiniz keçənə qədər ona qarşı ya da onunla əlaqədar başqalarına hər hansı bir şey söyləməmək ən yaxşısı olacaq.

Stress səviyyəniz yüksək olduğunda daha məntiq xarici davrana bilərsiniz və sonradan peşman olacağınız şeylər söyləyə bilərsiniz. Bu səbəbdən hirsiniz keçənə qədər onunla danışmayın.
 
Özünüzə baxın
Ancaq xəyanətin yaratdığı hüznlü və hirsli vəziyyətdən xilas olmaq üçün sağlam şeylər etməlisiniz. İstirahət edin, daha faydalı yeməklər yeyin, məşq və hətta meditasya edin. Ürəyinizin ağrısına yaxşı gələcək başqa şeylər də tapmalısınız.
 
Detalları öyrənin
Ağrınızı dindirmək üçün onunla bir dəfəliyinə qarşı-qarşıya gəlib ehtiyacınız olan bütün məlumatları özündən əldə etmək, bu problemi sovuşdurmanız və yolunuza davam etməniz üçün sizə köməkçi ola bilər.

"Harada tanış oldunuz?” "Nə zamandır davam edir?” "Bizim yatağımızdamı xəyanət etdin?” kimi suallar soruşmanız çox təbiidir. Əks halda bunları soruşmadığınız üçün öz özünüzə işgəncə edə bilərsiniz. Ancaq hər detalı da bilməniz lazım deyil. "Məndən gözəldirmi, seksualdırmı, dahamı yaxşıdır?” kimi müqayisə edici suallarınıza verilən cavablar dürüst cavablar olsa, bu sizin üçün daha da yaralayıcı ola bilər. Bu səbəbdən yaranızın bağlanmayacağı üçün belə suallar soruşmamaq ən yaxşısıdır.

Paylaşarkən diqqətli olun
Qadın olaraq, paylaşmaq təbiətimizdə var. Ancaq öyrəndiyiniz ən kədərli detalları belə hər kəslə paylaşmaq, irəlidə birlikdə davam etməyə qərar verdiyiniz zaman bir gün sizə geri dönə biləcək sözlər sərf etmək mənasına da gəlir. Buna görə detalları sirr olaraq saxlaya biləcək və sizi mühakimə etmədən təsəlli edə biləcək bir iki yoldaşınızdan başqa kimsəylə paylaşmayın.
 
Sherlock Holmes olmayın
Əgər əlaqənizə davam etməyə qərar versəniz, köhnə telefon və kredit kartını, e-mailləri qarışdırmaq ya da gələcək danışmaları izləmək heç bir işə yaramayacaq. Əksinə daha pis olacaqsınız münasibətləriniz dözülməz həddə çatacaq. Casusluq etməyin təhlükəsi, bir şeylər tapana kimi xoşbəxt ola bilməmənizdir.
 
Müalicəyə gedin
Qız yoldaşları möcüzədir. Sizi dəstəkləyərlər və onlara söykənib bu pis zamanları sovuşdura bilərsiniz. Ancaq sizə sadiq olsalar da, hər mövzuda köməkçi olamaya bilərlər və hətta bir az mühakiməli də davrana bilərlər. Bir neçə seans belə olsa obyektiv və professional bir terapistdən kömək alaraq, bəzi şeyləri daha açıq görə bilərsiniz. Əgər əlaqənizi bitirməyə qərar versəniz də, professional bir köməklə bu vəziyyətin nəticələrini daha tez sovuşdura bilərsiniz.
 
Yaxşılaşma müddətində səbirli olun
Xəyanətin ən pis tərəfi budur ki, sizin bir səhviniz olmadan həyatınız alt-üst olur. Yenə də şanslı olduğunuzu unutmaq lazım deyil, çünki zaman üç-dörd ay içərisində bütün yaraları yaxşılaşdırır. Təbii ki çox acı anlar da yaşayacaqsınız, həyat heç də asan deyil sizin üçün. Yaxşı günləriniz də olacaq, pis günləriniz də. Yaxşılaşmaq yalnız zaman alacaq və bu müddətdə səbirli olmağınız lazımdır.
 
Bağışlayın
Bəli, onu bağışlamağınızı deyirik, çaşmayın. İndi qeyri-mümkün görünsə də, bunu etdikdə özünüzü daha yaxşı hiss edəcəksiniz. Bağışlamaq, ona verəcəyiniz bir hədiyyə deyil, əksinə özünüzə bir hədiyyə olacaq. Ayrıca onu bağışlamaq, sizə etdiyini unudacağınız ya da barışsınız da yenidən eyni şeyləri etməsinə icazə verəcəyiniz mənasına da gəlmir. Etdiyini bağışlamaq, yalnız hirsiniz və incikliyinizdən xilas olmaq demək olacaq. Bunu özünüzə görə edin.
 
Qalmağına ya da getməyinə qərar verin
Şübhəsiz bu ən çətin qərarlardan biridir. Bir tərəfdən onu hələ sevir ola bilərsiniz, digər tərəfdən də ona təkrar güvənmək mövzusunda şübhələriniz ola bilər. Əgər onun sizdən ayrılıb ayrılmaq istəmədiyindən əmin ola bilmirsinizsə ya da ayrılma mövzusunda sizin özünüzə dair ağılınızda sual işarələri varsa, bu üç sualı özünüzdən soruşaraq qalmağa və ya getməyə qərar verə bilərsiniz:

Sizi aldatmazdan əvvəl əlaqəniz nə qədər yaxşı idi? Xəyanəti böyük bir səhv idimi, yoxsa üst üstə gələn kiçik problemlərin ən sonuncusu idimi?
Peşmandırmı? Etdiyi şey mövzusunda sizə qarşı diqqətsizdirmi yoxsa səhvini düzəltmək üçün çalışırmı?
Onu bağışlaya bilərsənmi?
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 7 422
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri