Xəyanət

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 1827
Səs ver:
(səs: 3)
Xəyanəti yaşayanlar üçün həyat ağ-qara görsənər, heç bir şeyin mənası qalmaz, üzün gülməz, həyatdakı heç bir gözəlliyi gözün görməz. Sərxoş adamlar  kimi başın dumanlı olar, nə edəcəyini, necə baş çıxaracağını düşünsən də, bir yol tapa bilməzsən.Təkliyə yenilməmək üçün tez-tez xəyallar qurarsan, nəyin xəyalını qurarsansa, qur tənhalıq bütün xəyalların sonudur.

Mən xəyanəti bağışlamıram. Çünki xəyanət ölümdən betər olur, ölən insan ölüb dünyasını dəyişir, bir daha həyata qayıtmır. Xəyanət edilən isə hər gün ölüb dirilir. Ona görə də xəyanət edən insan bağışlanmazdır. Əgər sevdiyin sənə görə kiməsə xəyanət edibsə, gec-tezi kiməsə görə sənə də xəyanət edəcək. Ən dəhşətlisi də xəyanət edəni layiq olmadığı qədər sevməkdir. Tək fiziki ağrıdan olmur ağrılar...

Xəyanət - insana tək özünə güvənməyi bir daha  sübut edir.
Xəyanət - etmiş əziz bir adamı bağışlamaq olar. Lakin bundan sonra o əziz qala bilərmi?
Xəyanət - səndən yaxşısını axtarmaq deməkdir. Kim ki, həmişə axtarışdadır, heç vaxt yanındakının qiymətini bilməyəcək.
Xəyanət - belədir. Sənin yerini dolduracaq birini tapdıqda səni unudub xəyanət edirlər.
Xəyanət - onun dadı yoxdur, dadmayın onu.
Xəyanət - edən insandan hər şey gözləmək olar.
Xəyanət - ölümün başqa formasıdır.
Xəyanət - tək o hər şeyi məhv edər.
Xəyanət -  başqasını aldatmaqla başlayar, özünü aldatmaqla bitər.
Xəyanət - tək sevdiyinə xəyanət deyil, öz seçiminə xəyanətdir, öz seçiminə hörmətsizlikdir.
Xəyanət - bu haqda düşünmək belə acı verir.
Xəyanət - canım, əzizim  dediyimiz insanın bizi tərk etməsi ilə başlar.
Xəyanət - aldatmaq niyyəti ilə edilməsə də, insanın təbiətcə zəif olduğunu bildirir.
Xəyanət - bəzən düşünürsən ki, bağışlamaq olar. Lakin ona öyrəşmək zaman alır, bəzən də həyatını.
Xəyanət - xroniki xəstəlik kimidir, əgər o bir dəfə yaranıbsa insanda, yəqin ki, o xəstəlik bir də geri qayıdacaq.
Xəyanət - əsl xəyanət nə sms, nə görüşlər, nə intim yolu ilə deyil, xəyanət başqasını yüksəklərə qaldırıb, sevdiyini aşağı endirməkdir.
Xəyanət - acısını parçalanmış bir ürək ağrısı ilə yaşayarsan.
Xəyanət - içində çəkdiyin dərmansız dərddir.
Xəyanət - edən, deyəcək sözün də qalmamış. Çünkü deyiləcəklərini artıq demisən başqasına.
Xəyanət -  toxunduqca, danışdırdıqca, ovundurduqca qanayan bir ürək daşımaqdır içində. Ən dəhşətlisi də budur ki, artıq onu dəyişdirmək mümkün deyil.
Xəyanət -  edilərkən hər şeyi içinə atarsan. Lakin özünü atacaq bir yer tapa bilməzsən.
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 1827
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 16531
Xəbər sayı: 1522
Qeydiyyat: 24.12.2014
Tomris Müslümova
Elə bir dəfə fialkanın bir şərhini oxuyanda xəyanət haqqında yazdığı bir fikrlə rastlaşdım.Çox bəyəndim o sözü.Xəyanət kimi ağır bir şeyi bir cümlə ilə izah etmişdi.Kimin fikri idi amma bilmədim.Xəyanət qadının qollarını qırır,bağışlasada qucaqlıya bilmir!Çox bəyənmişdim bu fikri.Xəyanəti bağışlayan bir isan olaraq,düzdü yaşım az olanda olmuşdu bu amma psixaloji olaraq beynimə həkk olundu və ölsəmdə unutmaram.Ağır bir şeydi həqiqətən.Amma bu ona verilən bir şans idi ki verdim.Xəbəri çox bəyəndim.Təşəkkürlər.
6 dekabr 2015 11:25
4
Mənim olan bu heart səni çox sevir!!!
Şərh sayı: 8558
Xəbər sayı: 121
Qeydiyyat: 8.01.2015
Miss_Angel
eyanet xeyanet ah eyanet undulumur bir sozle
5 dekabr 2015 23:49
3
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
Şərh sayı: 72556
Xəbər sayı: 1
Qeydiyyat: 7.04.2012
vipbetul
ne olurolsun xeyanet baqislanilmaz onu baqislasan hokmen tekrar-tekrar yenede xeyanet edegey
5 dekabr 2015 23:18
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Şərh sayı: 80409
Xəbər sayı: 30
Qeydiyyat: 5.03.2012
BARBI
Xeyanet olumun basqa formasidir. Olumnen de agirdir. Hec kes bu duygunu anlaya bilmez
5 dekabr 2015 23:03
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri