Xəyanətə heç kim layiq deyil, çünki sevdiyin və hər şeyini bölüşdüyün
insan tərəfindən aldadılmaq insanın ürəyində dərin izlər açır. Hər nə
qədər gizli olaraq aldatdığını hesab etsə də, bir müddət sonra hər şeyin
üstü açılır.
Aldadan
şəxs necə davranmağa başlayır? Aşağıda qeyd etdiyimiz səbəblər sizin
həyatınızda aldatma işarəsi olmaya bilər, hər şeyi dəqiq öyrənmədən,
gözünüzlə görməsəniz, münasibətinizə zərər verməyin. Bəzən
tərəfdaşınızın sizə soyuq davranmasının səbəbi yorğun olmağıdır və ya
işlərinin çoxluğundan irəli gəlir.
Xəyanəti göstərən əlamətlər:
1.
Yoldaşınız ya da sevgiliniz əvvəlkinə nisbətən daha çox və tez
əsəbləşir, sadə mövzuları belə böyüdür, sizi tənqid edir, hər gördüyünüz
işdə səhv axtarmağa başlayır, tez-tez heç nədən deyinməyə başlayır və
sizi əvvəllkinə nisbətən daha çox incidir;
2. Evin içində müntəzəm olaraq o yana-bu yana gedərək xoşbəxt olmadığını, həyatdan sıxıldığını, onu başa düşmədiyinizi deyir;
3. Sizin
istəklərinizə əvvəllər laqeyd yanaşan və sizə o qədər fikir verməyən
sevgiliniz və ya həyat yoldaşınız birdən-birə bütün istəklərinizi etməyə
başlayır;
4. Evə gediş-qayıdış saatları birdən-birə dəyişir, iş səyahətləri artmağa başlayır, iclasların saatları uzanır;
5. Sizi başqaları ilə müqayisə edir, xarici görünüşünüzü və davranışlarınızı tənqid edir;
6.
Mobil telefonunu sizin yanınızda səssizə qoyur və ya söndürür.
Telefonunu stolun üstünə qoyan zaman telefonunu üzünü tərs çevirir.
Gələn zənglər və mesajlar bölməsini tez-tez təmizliyir, telefonunu
sizdən gizlədir, sizin yanınızda gələn zənglərə sonra cavab verərəm
deyir;
7. Cinsi həyatınızda sizə soyuq davranır;
8. Mobil telefonu əlindən düşmür, kompuyter qarşısında çox oturur;
9.
Əvvəllər xarici görünüşünə fikir vermirdi, ancaq indi güzgünün
qarşısında saatlarnan dayanıb saçını darıyır, gözəl ətirlərdən istifadə
edir, özünə bahalı geyimlər almağa başlayıb və qardirobunu tez-tez
yeniləyir;
10. Telefonda əvvəlki kimi rahat danışa bilmirsiniz və ya telefonu tez-tez, uzun müddətli məşğul olur;
11. Başqa kişilərin və ya dostlarının sevgililərini, yoldaşlarını aldatdığını danışır və özünün əsla aldatmayacağını deyir;
12. Sizinlə əvvəlki qədər vaxt keçirmir və səmimi davranmır;
13.
Sevgilinizlə görüşlərinizin sayı azalır və həftə sonlarını birlikdə
yox, dostları ilə bərabər keçirəcəyini deyir, görüşəndə də vaxtının az
olduğunu, tələsdiyini deyir;
14. Son vaxtlarda daha çox pul xərcləyir;
15. Əvvəllər xüsusi günlər yadından çıxırdı, ancaq bir anda sizə hədiyələr və gül almağa başlayır;
Bir daha qeyd etmək yerinə düşər ki, bu baş verənlər sevgilinizin, həyat yoldaşınızın sizi aldatdığı mənasına gəlməyə də bilər.