Aldadan bir daha aldadar mı?

Müəllif: Fialka
Şərhlər: 7
Baxılıb: 3 846
Səs ver:
(səs: 4)
Son zamanlarda  ayrılıq səbəblərindən ən başda gələni aldatmadır! İstər kişi olsun istər qadın, nə səbəbə "aldadırlar" və aldatdığını düşünən  əslində '' aldanandırmı''?
Kişilər cinsi, qadınlar romantik səbəblərdən ötəri aldadır!
Mütəxəssislərə görə kişilərin əksəriyyəti cinsi baxımdan fərqli təcrübələr həyata keçirtmək ehtiyacından və marağından, qadınlar isə romantik səbəblərdən ötəri aldadırlar. Üstəlik bu davranış forması yeni bir problem deyil. Dünənin kişi-qadın münasibətlərinin ən əhəmiyyətli mövzusu olan aldatma, bu gün də cütlər arasında gündəm maddəsi olmağa davam edir.
Aldatma dəyincə ağıla kişi gəlir!
Maraqlıdır, araşdırmalarda "aldatma" sözü deyilincə qadının da, kişinin də ağılına əvvəl "kişi2 gəlir. Çünki kişi bu mövzuda potensial günahkar olaraq qəbul edilir. Qadına isə bir çox adam aldatmağı yaraşdırmır.
İşin  digər bir maraqlı yanı isə nigahlı cütlər arasında aldatma nisbətinin subay cütlərə görə daha çox olduğudur. Əvvəlcə kişini müqayisə etsək,  yenə mütəxəssislərə görə nigah üzüyünü barmağına taxan kişinin testesteron hormonlarında eniş olur və özünü sübut etmək həyəcanını canlı tutmağa çalışır. Bu da kişilərin aldatma nisbətlərinin niyə yüksək olduğunun ən qısa yoldan dəlili olsa gərək!

Romantikmi, cinsimi?
Kişilər daha çox işi romantikliyə çevirmədən, cinsiliyə söykənən aldatmalar yaşayır. Çünki gizli görüşmələr, sürətli birlikdəlik  ona həyəcan verir və bunu davamlı hala çevirirlər.
Bunun əksini müdafiə edənlər olsa da, bəziləri kişilər üçün aldatmanın çox təbii olduğunu, təsadüfən də olsa ayağına gələn şansı asan rədd etmədiyini söyləyir. Kişilərdə aldatma səbəbləri arasında ilk sıranı fərqli cinsi təcrübələr həyata keçirmək ehtiyacı çəkir. Bunu həyəcan, dostlarına özünü göstərmə arzusu, aşiq olma, sərxoş olma, həyat yoldaşıyla problemlərindən qaçma, özünü sübut etmə, cinsi istəyə qarşı qoyamama kimi səbəblər izləyir.
Mühafizəkar ətrafda yetişənlər daha çox aldadır!
Edilən bir araşdırmada, "ictimai quruluşda aldatmada əhəmiyyətli bir faktor olaraq qarşımıza çıxır. Mühafizəkar bir ətrafda yetişmiş olmaq, tez qurulan evlilik, yetkinlikdə sayca az qadın-kişi tanımış olmaq, görücü üsulu evlilik də aldatma səbəbləri arasındadır.
Evlilik əvvəli cinsi əlaqəyə girmək istəməyən qadınlar, kişinin məcburən başqa qadınlarla əlaqəyə girməsini aldatma olaraq xarakterizə etmir. Aldatmanın yanında gedən bir digər davranış isə intiqamdır. Intiqam üçün aldatmağı qadınlar seçim edir.

Xoşbəxt olmayan  qadın aldadır!
Vəziyyətə qadın baxımından baxıldığında isə sanki saat əqrəbləri tamamilə tərsinə hərəkət edir. Qadın kişiyə nisbətlə daha çətin aldadır. Aldatdığı zaman da duyğularıyla cəmiyyət təzyiqi arasında qarşıdurma yaşayır. Qadın kişinin əksinə bir günlük bir əlaqədən çox, uzun davamlı və romantik bağları qüvvətli bir əlaqə yəni eşq yaşamaq üçün aldadır.
Bədbəxt qadının aldatma ehtimalının çox yüksək olduğunu ifadə edən mütəxəssislər qadının aldatmasının da şəxsiyyətinə görə fərqlilik göstərdiyiniz altını cızırlar. Qadınların aldatma səbəbləri arasında bədbəxtlik, yeni partnyorunun ağıllı olması, təminsizlik, aşiq olma, yoldaşın laqeydliyi, şəfqət həsrəti, özünü sübut etmə, ərindən intiqam alma, karyera pillələrini sürətli dırmanma yer alır.
Mütəxəssislər nə deyir?: "Aldadan bir daha aldadarmı?"
Bir dəfə aldadan birinin bir daha aldadıb-aldatmayacağı sualını anlamağa çalışarkən, birdən çox uclu bir suala cavab çalışmış olarıq. Çünki cavab cinsiyətimizə, yaşımıza, təcrübələrimizə, içində yaşadığımız mədəniyyətin və dövrün quruluşuna görə dəyişəcək. Həqiqətdə aldatma hərəkətinin adam üçün nə anlama gəldiyinə bağlı olaraq dəyişən bir cavabımız olacaq.
Əgər adam aldatmanın nəticəsində acı çəkmiş, həqiqətən peşman olmuş, həyatında geriləmələr, itkilər yaşamışsa, aldatma hərəkətinin bir daha təkrar etməyəcəyini gümanetmək olar.Çünki insanlar təcrübələrinin nəticəsinə görə o həyatı yenidən həyatlarına soxmaq ya da soxmamaq istiqamətində bir qərar verə bilərlər.

"Bir dəfə aldatdı və bu bir vərdiş oldu" şəklindəki dünyagörüşü, maraqlı bir şəkildə yenidən aldatmanın gizli qaynaqlarından biri kimi dayanmaqdadır. Çünki əksəriyyətlə aldadılan həyatyoldaşı, dərin bir etibarsızlıq hissi yaşamaqda, aldadılma özünün bir əskikliyi ya da qüsuru kimi qəbul etməkdədir.
Bir dəfə daha aldadılmamaq üçün daha möhkəm nəzarət etməkdə və fərqində olmadan, aldadan yoldaşa onun 'sədaqətsiz bir quruluşu' olduğu şəklində bir geri bildiriş verir. Halbuki təklifimiz; aldatmanın səbəblərini anlamaq və varsa əlaqədəki problemləri açıq açıq dilə gətirməyin tərəfdarıdır.
Aldadan kişini ələ verən davranışlar.
* Cib telefonuna daha çox mesaj gəlməyə başlamışsa və bunu "Bankın endirimli günləri, bezdim bu mesajlardan" deyə açıqlayırsa.
* Əvvəllər həftə sonları işləmir olduğu halda birdən şənbə günləri bitirməsi lazım olan təcili işlər ortaya çıxırsa.
* Sizə xitab şəkli yoxkən, birdən-birə "Sevgilim" deyə səslənirsə.
* Tanışlarının sayı gündən günə artırsa.
(səs: 4)
Şərhlər: 7
Baxılıb: 3 846
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri