Qəribə xəyanət hekayəsi

Müəllif: Pure Love
Şərhlər: 9
Baxılıb: 1335
Paylaş:
Səs ver:
(səs: 0)
Həqiqətən çox maraqlı, digərlərinə çox bənzəməyən bir xəyanət əhvalatını paylaşırıq bu gün...
Bu əhvalatda ən çox diqqətimi çəkən, "xəyanətə məruz qalan hər qadın, əslində əri tərəfindən deyil, bir başqa qadın tərəfindən xəyanətə məruz qalır" sözü oldu. Həm kişilərin, həm də qadınların dərs alacağını düşünürəm.

Xəyanətin dözülməz yüngüllüyü
Bir gün sizə, iki ilə kimi uzun nəfəsli bir xəyanətə məruz qalan biri olaraq yazacağımı heç düşünməmişdim.
Xəyanət görən qadınlar karvanının bir yolçusu olaraq, mənim vəziyyətimdəki insanlara, xəyanət edən bəylərə və qadınlara səslənməyə qərar verdim...
Yoldaşımla bizim hekayəmiz, çox bilinən bir hekayə deyil. ikimizin də ikinci evliliyi. Ən böyük qazanclarımız, ilk evliliklərimizdəki səhv seçimlərimizin bizə bir övlad vermiş olması.
Ailəmizin nə cür əhəmiyyətli olduğunu söyləyər, qurduğumuz yuvanın çox xoşbəxt olduğunu israrla təkrarlayardım.
Yoldaşımla bir çox çətinliyə sinə gərərək evlənmək fərqliliyimiz idi.
Aramızdakı böyük eşq və bağlılıq heç bitməyəcək düşünürdüm. Biz ruh əkizi kimiydik. Amma 12 illik evlilik ən böyük yarasını aldı.
Bu yaranın üzərindən keçən zaman, suların az da olsa dayanılmasını təmin etdi amma içimdəki fırtınalar dayanmaq bilmir.

Özümü günahlandırmıram. Bilirəm ki, bu yaşanan iyrənc hadisənin tək günahsız tərəfi mənim. Artıq daha sakit düşünə bilirəm. Çünki yoldaşımın əslində iyrənc bir dəzgahın parçası olduğunu anlamanın verdiyi rahatlıq içindəyəm.
Pis, hiyləgər və dahası əri tərəfindən satışa çıxarılan bir qadın, yoldaşımı özünə müxtəlif oyunlarla, seksual olaraq istifadə edərək bağlamış.
Qadının yoldaşı da ən az onun qədər utancverici biriymiş...
Yoldaşım indi çox peşman. Özünü günahlandırıb davamlı utancını təkrarlayaraq, içinə salındığı vəziyyət qarşısında reaksiyasını göstərməyə çalışır. Özünü ağıllı zənn edən bir adamın, əslində nə cür aciz olduğunu anlamasından qaynaqlanır bu peşmanlıq.
Əslində yoldaşımı bu halda görmək mənim üçün böyük bir əzabdır. Mən onun ağlını, ürəyini sevmişdim. Bu cür saf ola biləcəyini görməyi heç istəməzdim.
Məni ən çox, anlıq zövqlər uğruna nələr itirdiyini anladığı ankı utancı üzdü. Ərim belə bir adam olmamalı idi...
Xəyanət görən hər qadın, əslində əri tərəfindən deyil, bir başqa qadın tərəfindən xəyanətə məruz qalar.
"Hər kişi təbiəti gərəyi bir başqa qadınla yatmaqdan həyəcan hiss edər" deyərlər. Çox təəssüf ki, doğruluğunu yaşadığım xəyanətlə anladım.
Anlamadığım isə, bir kişinin arvadını həm çox sevib həm də yalnız və yalnız bədənsəl arzularını təmin etmək üçün bir başqa qadına getməsi...
"Boşanaq, get iki ildir yaşadığın o qadınla ol" dediyimdə, belə bir şeyin əsla olmayacağını söyləməsi maraqlı idi.

Cəmiyyət içində qoluna taxıb gəzməyə gedəcəyi pul ödəyib bədənini aldığı bir qadın üçün bu qədər kədəri, utancı yaşamağa dəyərdimi?
"Kaş ki heç yaşanmamış olsaydı" deməsini eşitmək, içimdəki ağrını yüngülləşdirmir çox təəssüf ki. Ağrıdan qovruluram. Nəfəs ala bilmirəm.
Onu tərk etməyimə yalnız kiçik bir addım qalmışdı. Bu addımı atmadan əvvəl, puzzlenin həll edə bilmədiyim bir parçası olan qadının ərinə telefon açdım. Adamın söylədikləri ağılımı başıma gətirdi.
"Arvadın səni aldadır, üstəlik yalnız mənim yoldaşımla deyil, bir çox əlaqəsi var" dediyimdə, adam "Mənə yazmaz, mənə pul lazım" deyə cavab verdi! Bu sözlər beynimdə şimşəklər çaxdırdı.
Adama "Mənim sizin kimi əxlaqsız insanlara buraxacaq ərim yox" deyərkən o anda yoldaşıma bir şans daha tanımağa qərar verdim.
Ailə olmaq üçün verdiyim mübarizəyə inancımı itirmişkən, bu şans mənə və yoldaşıma nələr gətirəcək indidən bilmirəm.
Eynilə iki ildir yaşadığım xəyanəti bilmədiyim kimi. Ama bu dəfə hər cür nəticəyə hazıram. Mübarizəyə davam...

loading...
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 1335
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
evli.mutlu.cocuklu
Sitat: Helena
Duzdu xeyanete ugramamiw biri hec vaxt sizi bawa duwe bilmez.Fikirlewiremki cox aci veren bir hisdi.Hetta sizinki 12 il yoldawiniz olub.Ani bir ehtirasla butun heyatini korlayib.Cox aci bir heqiqetdir.Mence eyer o heqiqeten sizi duwunseydi bunu etmezdi
19 noyabr 2016 20:23
9
Offline
Helena
Duzdu xeyanete ugramamiw biri hec vaxt sizi bawa duwe bilmez.Fikirlewiremki cox aci veren bir hisdi.Hetta sizinki 12 il yoldawiniz olub.Ani bir ehtirasla butun heyatini korlayib.Cox aci bir heqiqetdir.Mence eyer o heqiqeten sizi duwunseydi bunu etmezdi
25 sentyabr 2016 20:32
8
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Yaşadığım bütün yalnızlıqlar, gözlədiyim bir insan üçündür xeyal
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Offline
vipbetul
o insan birdefe xeyanet edibse bundan sonrada rahatliqla edegey onda gizledirdise indi aciq edegey cunki bilegeyki biringi defe terk etmeyen bundanda sonra terk etmiyegey
25 sentyabr 2016 13:25
7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
MODABAZ
Sitat: _Gülər_üzlü_
Təkrar xəbər olsada şərh yazmaq istədim.Xəyanət pis bir şeydir, nə qadın nə də ki kişi üçün asan deyil belə bir zərbəni almaq,sevsə də xəyanət edərlər(bəzi kişilər) indi ki xanəndə artıq bu hallar, heç bəzi qafınlarda kişilərdən də geri qalmırlar...Xanımlar.evliliyin qotumalıdırlar, amma hər dəfə bağışlamaq olmaz.
25 sentyabr 2016 01:10
6
Heyata daim gulmek lazimdii
Online
YalniZ-ArZu
Sitat: Kölge
Agilli qadin erini onun(kişinin)meşuqesine hediyye etmez!!!

Ela dedin baciwka:)Ele pozguncalar da bunu isteyirler.Onlari sevindirmek olmaz!
25 sentyabr 2016 00:34
5
Я — личность творческая, хочу творю, хочу вытворяю!deli
Offline
Kölge
Agilli qadin erini onun(kişinin)meşuqesine hediyye etmez!!!
24 sentyabr 2016 23:31
4
Her şeye gore şukur
Offline
Onun_Mələyi
Təkrar xəbər olsada şərh yazmaq istədim.Xəyanət pis bir şeydir, nə qadın nə də ki kişi üçün asan deyil belə bir zərbəni almaq,sevsə də xəyanət edərlər(bəzi kişilər) indi ki xanəndə artıq bu hallar, heç bəzi qafınlarda kişilərdən də geri qalmırlar...Xanımlar.evliliyin qotumalıdırlar, amma hər dəfə bağışlamaq olmaz.
24 sentyabr 2016 23:31
3
"Sən tərgidə bilmədiyim ən gözəl vərdişimsən...heartuww
Offline
Barbaris
Eger artiq caninda ele bir wey varsa hemiwe edecek ne qeder wans versezdee fikri ele olan insani hec kim hec ne deyiwe bilmez duzdu hemiwe evliliyi qorumaq lazimdir o da biz xanimlarin ohdesine duwur!! ama her defede wans vermek olmaz sevse de xeyanet edir bir duwunun xeyanet edib bawqasiyla! adamin agli bawinan geder tessevur bele etmek istemerik! bawqasinin yataqinda olan kiwi nece bagiwlanar?? o evde xowbextlik olmaz her defe yadda duwer yaralar olmuwlar yada duwer Men bagiwlamaram xeyaneti ne qeder sevsemde !! indi bariwmisiz bunan sonra etmez yeqinki In wa Allah hec bir qadin xeyanetle qarwi-qarwiya gelmez
24 sentyabr 2016 23:21
2
Tərs damarım tutmadığı müddətcə super biriyəm! tavsan
Offline
Antikvar
Oxumuşdum bu hekayəni.. Bir daha oxumaqla öz bilincimi hər tərəfli artırmaq istədim... Qadının bir sözü ilə razıyam hər bir qadın ilk növbədə başqa qadın tərəfindən xəyanətə uğrayır daha sonra neçə illik bildiyi sevdiyi tərəfindən, bir an özümü o qadın yerinə qoydum, beynimdəki o bir anlıq düşüncələr belə yetərlidir qəlbini incitməyə, öz xəyal dünyana bağlanmaq üçün... İndidə elə bir alçaq, insafsız, namussuz, yalançı, xəyanətkar zəmanədi ki, (daha doğrusu insanlar) dilinə gələn söz "xəyanət etməyən var?" demək gəlir... Elə bir cümlə qurdum ki, kənardan ola bilsin bu qadında xəyanətə uğrayıb fikirlər yarana, şükür hələki bu xəyanəti çəkməmişəm amma zaman nə göstərər bax bunu əminliklə deyə bilmərəm, qısaca Allah belə bir acını heç bir qadına yaşatmasın deyə bilərəm. Xəyanətdən çox sözlər yazmaq olar, hətta kitab belə çap etmək olar, çünki zaman irəllədikcə xəyanət edənlərin sayı artır, azalmır... Qanında canında olan şəxsiyyətsizlərin nəyini təhlil edib yazım? Ən yaxşısı onları ilk növbədə vicdanları ilə yalqız qoymaq sonrada Rəbbimə əmanət etmək....
24 sentyabr 2016 23:19
1
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv