Xəyanəti bağışlayaqmı,yoxsa?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 553
Səs ver:
(səs: 1)
Aldatılmaq, xəyanət, həyatda insanın başına gələ biləcək ən pis şeylərdən biridir. Hər mövzuda aldadılmaq və arxasından iş çevrilməsi insanı üzər və sıxar. Əgər bunu edən, dəlilər kimi sevdiyiniz insandırsa vəziyyət daha da qəlizləşər. Bir də uğruna onlarla fədakarlıq etdinizsə; hirsləndiyiniz qədər peşman da olarsınız. Həyatınızın geri qalanını aldadılmanın verdiyi hirslə, kədərlə və peşmanlıqla keçirə bilməyəcəyinizə görə, Qadıla.com-un xəyanət ağrısıyla necə başa çıxacağınızı izah etdiyi bu yazısını mütləq oxumalısınız.

Özünüzə baxın

Ancaq xəyanətin yaratdığı hüznlü və hirsli vəziyyətdən xilas olmaq üçün sağlam şeylər etməlisiniz. İstirahət edin, daha faydalı yeməklər yeyin, məşq və hətta meditasya edin. Ürəyinizin ağrısına yaxşı gələcək başqa şeylər də tapmalısınız.

Detalları öyrənin

Ağrınızı dindirmək üçün onunla bir dəfəliyinə qarşı-qarşıya gəlib ehtiyacınız olan bütün məlumatları özündən əldə etmək, bu problemi sovuşdurmanız və yolunuza davam etməniz üçün sizə köməkçi ola bilər

Müalicəyə gedin

Qız yoldaşları möcüzədir. Sizi dəstəkləyərlər və onlara söykənib bu pis zamanları sovuşdura bilərsiniz. Ancaq sizə sadiq olsalar da, hər mövzuda köməkçi olamaya bilərlər və hətta bir az mühakiməli də davrana bilərlər. Bir neçə seans belə olsa obyektiv və professional bir terapistdən kömək alaraq, bəzi şeyləri daha açıq görə bilərsiniz. Əgər əlaqənizi bitirməyə qərar versəniz də, professional bir köməklə bu vəziyyətin nəticələrini daha tez sovuşdura bilərsiniz.

İndi sizə bəzi suaallar verəcəm;Biraz qəribə olsa da,bir anlıq sizə xəyanət edildiyini düşünün və bu suallara cavab yazın.Cavablarınızı səbirsizliklə gözləyirəm :02: :06: :03:

#Sizi aldatmazdan əvvəl əlaqəniz nə qədər yaxşı idi? Xəyanəti böyük bir səhv idimi, yoxsa üst üstə gələn kiçik problemlərin ən sonuncusu idimi?
#Peşmandırmı? Etdiyi şey mövzusunda sizə qarşı diqqətsizdirmi yoxsa səhvini düzəltmək üçün çalışırmı?
#Onu bağışlaya bilərsənmi?
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 553
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri