Xəyanətdən sonra həyat varmı?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 7 887
Səs ver:
(səs: 1)
Çox təbii olaraq bir çox insan aldadıldıqdan sonra bir daha heç vaxt ərinə güvənməyəcəyini, inanmaq istəsə də bunun mümkün olmayacağını düşünür. Bir dəfə aldandım, ya yenə yalan desə, ya yenə aldatsa və ya yenə anlamasam qorxusuyla ya əlaqə inamsızlıqdan yetişdirir, ya da kişinın səhvini burnundan gətirir.Təkcə kişinin burnundan gətirsə bir yerdə haqq edib deyəcəyik, amma çox vaxt qadın ən böyük cəzanı özünə verir.

Paranoik hala gəlir. Kişiyə göz qaldırmamaq, təkrar aldatmasına imkan verməmək üçün göz həbsində tutacaq deyə, əslində öz həyatını zibilə atır. Bunun nəticəsində təbii olaraq əlaqənin təbiiliyi pozulur, mübahisələr başlayır. Qadın əsəb xəstəsi olur. Kişi mübahisədən qaçmaq üçün özünü işə verir.Adamı evdə tapmaq olmur.Ya da kişi etdiyi xətaların intiqamını ödəyəcək deyə dəridən qabıqdan çıxır. Arvadı ipini nə qədər qısa tutarsa tutsun vəziyyəti qəbul edər. Bu dəfə də nə kişinin özünə hörməti qalar, nə də qadının kişiyə.

Aldatılmışlıq ən çox qəzəb yaradır
Bilirəm. Amma bu qəzəbdən təmizlənib "normal" həyatınıza qayıtmasanız əgər, bu hirs ən çox sizə zərər verir. Daha əvvəl də dediyim kimi həyat yoldaşınıza, həyat yoldaşınızın dərs almışlığına, münasibətinizə amma ən çox özünüzə güvənmək lazım. Siz bu hissi tanıdınız artıq. Təkrar başınıza gəlsə, əmin olun ki, yenə biləcəksiniz.Hansı ki bəzi aldatmava şəkillər olur,Baxırsınız şəkildə bir vaza var. Daha diqqətlə baxsanız, rəsmdə vaza yerinə bir-birinə doğru kontrast rəngdə iki üz seçirsiniz, ya O ziddiyyəti bir dəfə gördüyünüz, artıq şəkilə baxanda sadəcə vaza görməyiniz mümkün deyil.Çünki gözünüz, beyniniz bilir, o şəkildə nələr olduğunu.

Eynilə bunun kimi, siz də əlaqədə nələrin dəyişdiyini artıq bilirsiniz. Həyat yoldaşınızın sizə fərqli davrandığını, öz həyatında gördüyü dəyişiklikləri, sizə baxışının toxunuşunun fərqli olduğunu artıq hiss edirsiniz.

Yəni həyat yoldaşınızı təqib etməyinizə, telefonunu və kompüterini araşdırmanıza heç ehtiyac yoxdur. Keçmişdə baş verənlər üzündən bir ömür həm onu, həm özünüzü məhkum etməyin. Əgər bu günə dair bir şübhə hiss etsəniz, o zaman zəruriliyini düşünərsiniz onsuz da. Yox, hər şey yolundadırsa, həyat yoldaşınızın sizə nəzərində, söhbətində, davranışlarında sizi şübhə etdirəcək bir şey yoxdursa, sevilmənizi hiss edirsinizsə,silin artıq keçmişi. Geriyə baxaraq irəli getməzsiniz.

Böhranı fürsətə çevirin
Xəyanət bir çox yuvanı dağıdır. Ancaq bəzi cütlər bu böhranı fürsətə çevirməyi bilir. Qarşılıqlı səylə əlaqə daha möhkəm, bir daha eyni şeylərin baş verməyəcəyi hala gətirilə. Necə məgər?

Hər şeydən əvvəl etimadı təzələyərək. Amma indi deyəcəyəm şey heç xoşunuza gəlməyəcək; Əvvəlcə kişinin özünə olan inamını yenidən qazanması lazımdır. İndi "Dəli olmusan? O da haradan çıxdı? Qadının inamı dağıdılmış, qüruru alçalmışdır. Özünə inamı darmadağın olmuş. Bir də paşanın özünə inamını mi düşünəcəyik" deyəcəksiniz. Heç ədalətli deyil bilirəm. Amma arvadını yenidən qazana biləcəyinə güvənməyən insanın çalışmaq üçün də səbəbi qalmır təəssüf ki.

Münasibətinizi xilas etmək istəyirsinizsə
Əvvəl motivasiya lazım. Necə iş yerində böyük bir xəta gördükdə özünə inamınız zədələnər, gördüyünüz hər bir işi təkrar-təkrar nəzarət etmə ehtiyacı hiss edirsiniz.
Bu halda təəssüf ki, aldadılan insana da iş düşür. Qarşınızdakı insana güc vermək yenə də sizin əlinizdə. Nəinki güc verməyi, üzünə baxmağa belə lütf kimi hiss edirsiniz bilirəm. Amma hər nə qədər qurban siz olsanız da unutmayın ki, hazırda xəstə olan münasibətiniz. Qarşılıqlı təmənnasız sevgi hörmət,cəzalandırmaq əvəzinə əl-ələ verib münasibəti ilə birlikdə azad etməkdən başqa şansınız yoxdur.

Əlbəttə, əgər əlaqənı xilas etmək istəyirsinizsə.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 7 887
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri