Bəlkə də yoxdur o realda, canlandırırsınız onu xəyalınızda, ağlınızda.Vardır bir yerlərdə deyə düşünürsünüz,hətta indi yanımda yoxdur deyə düşünsəniz də var olduğuna qarşı inamınızı artırır xəyalınızdakı o şəxsi,o kəsi
Vardır mənim üçün də biri-nə şeirlərlə, nə nağıllarla, nə də musiqi ilə anlata biləcəyim biri. O elə biri ki,çox fərqlidir hər kəsin xəyalındakı o əvəz olunmaz şəxsdən
Hərə bir cür anladır onu, kimisi canım deyir,kimi gülüm, kimisi günəşim, ayım, əzizim, dünyam, həyatım, sevgilim deyir.Amma mən bunlari deyə bilmirəm
Amma vardır əlbət sənə deyə biləcək bir söz Səni əks etdirən,səni göstərən o sözlə hər kəsə izah edə bilərəm sən kimsən o sozlərdə tapıram səni... Sən mənim MƏNIMSƏN
Içimdəki mənsən Düşüncəmdəki maddə, beynimdəki məhsulsan damarımdaki qan, ciyərimdəki nəfəssən gözlərimdəki nur, dodağımdakı təbəssümsən baxıram hər gün güzgüdə sənə anlayıram sən mənim MƏNIMSƏN Mən var olduğum müddətcə sən MƏNIMSƏN