Yaxşı ki, varsan, Zeynəb ana....

Müəllif: arzum-aysum
Şərhlər: 17
Baxılıb: 15 377
Səs ver:
(səs: 4)
Analar müqəddəsdi... analar mələkdi... onların varlığı belə bizim üçün dünyadak hər şeyə dəyər... Bu gün daha bir anamınızın doğum gününü bir yerdə qeyd edəcəyik və az da olsa o ananın üzündə sevinc yarada biləcəyiksə nə xoşbəxt bizə....
Bu gün mənim canım bacım, saytımızın sevimli userlərindən olan əzizim Brillantam-ın anası Zeynəb xanımın doğumunun 50ci illiyidir...
Görün gözəl bacım, anasına olan sevgisini necə ifadə edib...
 


Anamm…  
Həyatımda tanıdığım ən güclü qadın… Qəhrəmanım… Bu yazını sənə, sən içəridə çayını içərkən yazıram. Bilərsən, mən yığar yığar söyləmərəm, sonra hamısın tökərəm sözlərlə… Bu səfər yalnız Sən olduğun üçün təşəkkür etmək istədim…

Yaxşı ki varsan anam… Yoxsa ən yaxşı yoldaşımı bir ömür axtarışa davam edərdim… Ən yaxşı yoldaşım olduğun üçün təşəkkür edirəm...

Yaxşı ki varsan anam… Sən olmasaydın, bağışlanılmanın nə demək olduğunu əsla bilə bilməzdim. Bağışlanılmanın gətirdiyi dincliyi tanımama icazə verdiyin üçün təşəkkür edirəm.

Yaxşı ki varsan anam… Sən olmasaydın bağışlamağı öyrənə bilməzdim... Qırıldığın onlarla şeyə baxmayaraq hər səfərində bağışlaya bildiyin və bunu mənə öyrətdiyin üçün təşəkkür edirəm...

 Yaxşı ki, varsan, Zeynəb ana....

Yaxşı ki varsan anam… Səni nə qədər hirsləndirsəm də, hər yıxıldığımda yaralarımı qucaqlamaq üçün orada olduğun üçün təşəkkür edirəm.

Yaxşı ki varsan anam… Səhvlərimə baxmayaraq məndən əsla imtina etmədin. Səhvlərimdən dərs almama icazə verdiyin üçün təşəkkür edirəm.

Yaxşı ki varsan  anam… Aldığım qərarlar xoşuna gəlməsə belə, dəstək olduğun, əlindən gələni etdiyin üçün təşəkkür edirəm.

Yaxşı ki varsan anam… Bütün dağınıqlığıma baxmayaraq, əşyalarımı hələ də küçəyə atmadığın üçün təşəkkür edirəm. :)

Yaxşı ki varsan anam… Qəhqəhələrimin arasından gözlərimdəki yaşı görüb, nəyim olduğunu soruşduğun üçün təşəkkür edirəm.

Yaxşı ki varsan anam… İçimin çətinlikdən qabardığı anlarda, yanımda ya da telefonun ucunda olduğun, məni rahatlaşdırdığın üçün təşəkkür edirəm.

Yaxşı ki varsan anam… Məni olduğum kimi sevdiyin üçün təşəkkür edirəm.

Yaxşı ki varsan anam… Qucağına yatdığımda saçlarımı oxşadığın üçün təşəkkür edirəm.

Yaxşı ki varsan anam…Yaxşı ki, mənim Anamsan…Və həmişə olmağa davam edəcəksən… sən mənim, anam, yoldaşım, canım, nəfəsim, bütün varlığımsan…



Səni çox sevirəm desəm yenə az annamm...

Sənin sevgini izah edəcək söz yox anam...

Sözlər kifayətsiz qalar ...

AMMA YENƏ DƏ SƏNİ ÇOX SEVİRƏM ANNAMMM...
 

 
Canım mənim, mən də öz növbəmdə bütün qızlar və öz adımdan Zeynəb ananı ürəkdən təbrik edirəm... analara nə arzu etmək olar... ancaq və ancaq can sağlığı... canı sağlam olsun ki, hər zaman sizlərin yanında olsun... balaları ilə, nəvələri ilə uzun və gözəl bir həyat yaşasın... nəvə nəticə toyu görsün inşallah... amin... öpürük anamızı....
 

(səs: 4)
Şərhlər: 17
Baxılıb: 15 377
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri