Canım bacım, atanın doğum günü mübarək olsun...

Müəllif: arzum-aysum
Şərhlər: 13
Baxılıb: 17 557
Səs ver:
(səs: 5)
Qızlar bu gün Günel bacımın, saytımızın müxbiri canım Qlamurr-un çox sevincli günüdü... çünki bu gün bacımın sevimli atasının 56-cı yaş günüdür... bu xəbərimdə canımın, mələk qəlbli bacımın dilindən atasına olan sevgi dolu sözlərini sizlərlə bölüşmək istədim...
 

 
Əvvəlcə təşəkkür edirəm sənə ata … Yaxşısıyla , pisiylə bu dünyada var olmamı təmin etdiyin , məni ən yaxşı şəkildə bu yaşıma gətirdiyin , heç bir şeyi məndən əskik tutmadığın üçün …Sənin qızın olma qürurunu mənə yaşatdığın üçün nə qədər xoşbəxtəm bunu heç bir söz izah edə bilməz sənə… Səninlə gülmənin ən gözəl an , ağlamanın ən rahatlaşdırıcı duyğu olduğunu mənə sən öyrətdin … Ata sən mənim… Həyatımın ən yaraşıqlısı , ən yaxşısı , ən ədalətlisi , ən gözəl güləni , ən sakiti , ən şirini … mənim üçün SƏNSƏN… Bütün ''ənləri səninlə yaşayıram , səninlə hiss edirəm mən … Qərarlı , ədalətli , doğru olmağı , bu həyatda səhv edərək gerçəyi görüb , doğrunu öyrənməyi, ən əhəmiyyətlisi də İNSAN olmağı səndən öyrəndim … Bütün bildiklərini və doğrularını əsirgəmədən öyrətdiyin üçün təşəkkür edirəm sənə … Sevdiyim adam … Atam … Sağ ol ki, varsan və mənim atamsan … Sən bir həyatsan ata … Yaşadıqca gözəlləşən … Gözəlləşdikcə İMTİNA EDİLMƏZ olansan..
 

 
Canım atam doğum gününü təbrik edirəm. Rəbbimdən sənə uzun ömür, can sağlığı, xoşbəxt, sevgi dolu günlər arzuluyuram canım atam. Nə yaxşı ki, sənin kimi bir insanın övladı olaraq dünyaya gəlmişəm. Bu qədər sadə ,təvazökar, humanist, alicənab, gözəl ürəyə sahib olan insanın övladı olduğum üçün hər zaman səninlə qürur duymuşam canım atam. Hər zaman gözəl ailə başçısı olmusan, səbirsiz davrandığım anlarda məni məsləhətləriylə hər şeyin yaxşı olacağına inandıran insan, bu qədər gözəl ürəyə sahib olmaq olarmı? Nəinki ailəsinə, cəmiyyətdə də insanlara qarşı hər zaman humanist davranıb, madiyyata önəm vermədən hər kəsə yardım əlini uzadıb, hər kəsin sevgisini qazanmısan. Nə yaxşı varsan canım atam, varlığın üçün hər zaman Rəbbimiə şükür edirəm. Arxa-dayağımızsan ata.
 

 
Çox kövrəlsəmdə qeyd edim ki, canım atam səninlə bir evdə keçirdiyim sonuncu doğum günündü. Canım atam hər kəs bilir ki, sənə necə bağlıyım, səninlə nəfəs, alıb verirəm... Mənim xeyir işimi gördün , Rəbbim sənə uzun ömür versin , 2 qardaşımında toyunu, xeyirini görəsən. Hər zaman biz övladlarınla ən az bizim səninlə qürur duyduğumuz kimi, sən də bizimlə fəxr edəsən. Nəvə, nəticə sahibi olasan. Ən böyük arzumdu səni nəvələrinin əhatəsində görmək. Əminəm ki, gələcək nəvələrin də, sənin kimi babaları olduğu üçün çox sevinəcəklər canım atam. Sənin haqqında nə qədər xoş söz yazsamda heç vaxt bitməz. BİZİMÇÜN ÇOX DƏYƏRLİSƏN... BİR DAHA AD GÜNÜN MÜBARƏK.... İNŞALLAH 100 YAŞINI QEYD EDƏK....
 

 
Canım mənim, mən də öz adımdan və bütün qızlar adından atanı ürəkdən təbrik edirəm və dediyin bütün arzulara amin deyirəm... yazdığın gözəl sözlərdən sonra mənə düşən atanın qarşısında baş əyirəm və sənin kimi göəzl xasiyyətli, ağıllı və tərbiyəli bir qız yetişdirdiyi üçün atana sonsuz təşəkkür edirəm... Allah onun o isti nəfəsini heçççç bir zaman üstünüzdən əskik etməsin... amin....
(səs: 5)
Şərhlər: 13
Baxılıb: 17 557
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri