Bu günün SƏBƏBKARI - GünƏşimƏ_AiD_

Müəllif: arzum-aysum
Şərhlər: 16
Baxılıb: 4 445
Səs ver:
(səs: 4)
Salam gözəllər.... naaaamııı-diyar ,,SƏBƏBKAR,, layihəmin növbəti bölümü ilə qarşınızdayam... yəqin hər biriniz maraqla oxuyursunuz ki, bu günün SƏBƏBKARI kimdi... sözü çox uzatmadan, sizi dağa daşa salmadan deyirəm.... bu günün səbəbkarı saytımızın GünƏşimƏ_AiD_-di.... buyurun bacımızın doğum günü ilə bağlı maraqlı məlumatları oxuyun və öz təbriklərinizi bacımıza çatdırın....
 
Bu günün SƏBƏBKARI - GünƏşimƏ_AiD_
 
1. Salam canım.Əvvəlcə özünü təqdim elə qızlar da bu günkü Səbəbkarın kim olduğunu bilsin.
ALEYKUM SALAM BACİ.
Salahova Jalə.

2. Bu gün səbəbkar sən olduğuna görə doğum günün bəllidi. Bəs sirr deyilsə, doğum tarixin nə vaxtdı?
Xeyir bacı sirr deyil. 20.05.1998

3. İl ərzində olan 365 gündən birinin səbəbkarı olmaq necə duyğudur?
Cox super duyqudu.Ad günümü cox sevirəm.Esasda bütün ailəmin mənlə olduquna görə.

4. Bu günə qədər çox hədiyyələr almısan yəqin ki. Mənə maraqlıdır ki, evdəkilərin danışdıqlarından, sənə söylədiklərindən bir yaşında sənə nə hədiyyə olunduğunu bilirsənmi?
Bəli bilirəm məndə hələdə qalıb.Anamın nenesindən qalan sep və atamın mənə duzəltiyi klon.seplə taxıram indiyənə kimi.

5. Bəs bu günə qədər aldığın ən gözəl hədiyyə nə olub?
Bu gunə qədər 3 ən super Hədiyəm olub hansıki həmişə yaddaşımda qalacaq.
1) Atamın mənə düzəltdiyi klon və ilk 6 yaşımdaki hicabım
2) Dayımın mənə ən yaxın rəfiqəmlə tək restaranda pulsuz yeyib icmək(o qədər yemişdikki partdıyırdıq)
3) Bu məndə qalsın.deməsəm yeginki inciməzlər qızlar :kiss_mini:

6. Elə olubmu ki, sənə edilən hədiyyəni bəyənməyəsən?
Hə olub kecən il mənə bir koynəy vermişdilərki oy oy..mənim stilimdə deyildi..indi o köynəyi nənəmə vermişəm o geyinir.Əslində cox gəşəy bluz idi amma mənlik deyildi.

7. Hədiyyə ilə bağlı bir sual da verim. Olubmu ki, ürəyində hansısa bir şeyin sənə hədiyyə olunmasını istəyəsən, ancaq dilinə gətirməyəsən. Və doğum günündə o hədiyyə sənə verilə?
İnanirsiz məndə elə şey yoxdu.uje xasiyətimi bilirlər.mən özüm deyirəmki mənə flan şey alın ad günümə.bircə cehizdən başka hər şey gətirə bilərsiz :122: Məsələn bu il dayım oqluma demişəmki mənə Yekə son Model Nauşnik al.Oda alacaq.yeginki :122: nadeus

8. Sevdiyinlə keçirdiyin ilk doğum günün yadindadirmi?
BƏLİ baci.kinoya getmişdik.sora coxlu şarlar aldi mənə..cox gözəl gün olmuşdu.

9. Bəs sevdiyinin sənə aldığı ilk hədiyyəni xatırlayırsanmı?
Bəli mən Sırqa və Qolbaq xestesiyəm.Cox uzun Sırqalar və coxlu qolbaqlar almışdı.birdə Şarların altında balaca mişka və şakalat Kinder olanlardan :128:

10. Hər bir insan doğum günü yaxınlaşdıqca ağlında planlar qurur, necə keçirəcəyini xəyal edir. Heç nə vaxtsa doğum gününü unudublar?
XEYİR BACIN heç vaxt unutmuyublar.sadece iniş il babam rehmete getmişdi 40 çıxmamışdı keçirmədım.amma gəldilər ele belə oturdular.fso.

11. Bəs heç gözləmədiyin bir doğum günü süprizi ediblər sənə?
BƏLİ hec gözləmədiyim biri elədi o hədiyyəni mənə aqlımada gelməzdi.şok kecirmişdim.

12. Bu yaşına qədər səni çox xoşbəxt edən, daha çox yadında qalan bir doğum günü partisi ediblər sənə?
Mənim bütün dogum günlərim yadda qalan olub.evdə belə olsaq ela kecib ad günülərim.Keçən il vabşey super olmuşdu.O qədər oynamışdıqki uy uy axşam rematizmam başladı aqrıdan yata bilmirdim.

13. Bildiyim qədəri ilə bu il məktəbi bitirirsən. 11 il bir sinifi bölüşdüyün sinif yoldaşlarınla son dəfə bir yerdə doğum gününü keçirtmək hansı hissləri yaşadır sənə?
EH BACI belə pis cixmasın sinif yoldaşı deməy olmaz.hec yadlarınada düşəz :122: amma mənim vecimə deyil.yani hərəsi özünə görə.mən edirəm tebrikimi olar eleməsədə olar.Əsas sevdiklərimdi.

14. Bu 11 il ərzindəki məktəb illərində keçirdiyin ən yadda qalan və yadında saxlamaq istəmədiyin doğum günlərin olub?
Həəəəə olub yadda qalan yoxee yada salmaq belə istəmədiyim olub.
MƏNİM YADDAŞıM COX GÜCLÜDÜ hamısının ad günü yadimda qalir.Hər dəfə tebrik edərəm oları.Ən axırda mənim ad Günümdü.DƏMƏLİ sıra gəlib mənə bu səfər ümüd edirdimkı xatirliyarlar.amma o günü məni aqlatdılar əsəbdən uje coşmuşdume.ad günümü zəhər elədilər.aqladim axiri məlimə gəldi dediki ad günündə qızı niyə aqladırsız.bütün sinif eşitdi amma 3nəfər tebrik elədi oda bilirsiz necə daha xal xetrin qalmasin.nerv olmuşdume.

15. Ən çox sevdiyin biri nə vaxtsa doğum gününü unudub?
Yox Hec vaxt həyatda ən sevdiyim insan mənım ATAMDİ.oda heç vaxt unutmur..hec vaxt axi o mənim hər şeyimdi.

16. Bildiyim qədəri ilə bu qadinlar. biz-lilərlə keçirdiyin birinci doğum günündür. Bu il doğum gününü saytımızda keçirmək sənə hansı hissləri yaşadır?
Cox super hislərdi...həqiqətən bacilarimla kecirməy cox xoşdu.

17. Saytda ilk təbriki kimdən və ya kimlərdən almaq istərdin?
İlk Təbriklərim deməli sayimda bir-bir.
REMSƏ, Catwoman666, Fidan, Negiz xalam soraaaaaa hələki bu (Gerəy Qizlara bir bir yazım kı, təbrik etsinlər məni :122: :122: )
 
18. Bu yeni yaşından gözlədiklərin və Tanrıdan istəsiklərin?
Gözlədiyim yoxdu istədiklərim isə oooo biraz böyümək istəyirəm.Atam deyir böyü daha biraz 17 yaşın var uşaqlıq etmə.belə böyümək amma.birə bu ildən gələn ilə sadəcə sakit yaşamaq istəyirəm.biraz aksiyon ola bilər. :122:   :128:   :love: bu qədər
 

 
Canım mənimmm, mən də səni ürəkdən təbrik edirəm.... sənə Tanrıdan  gözəl, sevinc dolu, xoşbəxtlik dolu həyat diləyirəm... O gözəl üzün, o gözəl gözlərin heç bir zaman solmasın... gülüş, təbəssüm ömründən əskik olmasın... aminnn...
 
(səs: 4)
Şərhlər: 16
Baxılıb: 4 445
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri