Azadə ana, doğum gününz mübarək...

Müəllif: arzum-aysum
Şərhlər: 12
Baxılıb: 22 909
Səs ver:
(səs: 4)
 Ay qızlar... bu gün mənə bacı qədər yaxın olan, özünü və xətrini dünyalar qədər çox, çox, çoxxxxxxxxxxx istədiyim Gülərimin, guler19-u dünyaya gətirən o gözəl insanın, Azadə ananın doğum günüdür... Gülər bacımın adından anasına olan o sevgi dolu sözlərini sizə təqdim edirəm...
 
 Azadə ana, doğum gününz mübarək...
 
 Səni tərif etmək o qədər çətindir ki, anacığım. .. Sən sözlərə sığmazsan çünki... O qədər mükəmməl bir varlıqsan ki, bəzən mələklərin yer üzündəki əksi olduğunu düşünürəm... Canım anam sənə nə söyləsəm, sənin üçün nə etsəm az olar... Mənə verdiyin əməklərin qarşılığını əsla ödəyə bilmərəm mən... Sən o qədər fədakar, elə şəfqət dolusan ki, sənin yanında dünyanın ən şanslı uşağı hiss edirəm mən özümü...

Bir dənəcik anam, sən yaxşı ki varsan, sən yaxşı ki, mənim anamsan... Kim bilər nə qədər üzdüm səni körpəykən; nə qədər yuxusuz, nə qədər aç susuz buraxdım kim bilər?.. Amma sən qorxmadın məni böyütməyə çalışmaqdan, imtina etmədin məndən... Mən səni üzüb yorğun saldıqca sən daha da sarıldın mənə, daha da möhkəm basdın məni bağrına. .. Mənim fədakar anam. Sənin əməklərini əsla ödəyə bilməm...
 

 
Bu gün sənin doğum günündür anam, günlərin ən gözəlidi... Sənə çiçək alsam çiçəklərin ən gözəli sənsən... Şüşədən bir ürək versəm əlinə ürəklərin ən gözəli yenə səndə... Canım anam sənə layiq deyil heç bir şey... Bu səbəblə bir məktub yazmaq istədim sənə... İçimi töküm istədim, ürəyimi izah edim istədim sənə... Mənim mələk anam bilirəm bu daha çox xoşbəxt edəcək səni... Mənim canım anam, sən heç buraxma bizim əllərimizi... Səni çox sevirəm, doğum günün mübarək olsun canım anam...
 

 
Gözəl bacım, ananı mən də ürəkdən təbrik edirəm... bir qızın bu dünyada ehtiyacı olduğu tək sevgi ana sevgisidir, möhtac olduğu tək varlıq ananın isti qucağıdır... ömrünün neçənci yaşında olur olsun o isti nəfəsi hər zaman sizlərlə olsun... bu doğum günündə Azadə anaya ən böyük arzum tezliklə Tanrı ona şirin bir nəvə payı hədiyyə eləsin... və oğlu sağ salamat əsgərlikdən qayıtsin... amin... öpürəm ananın əllərindən ki, sənin kimi qız böyüdüb, qız tərbiyə edib... bir daha, ad gününüz mübarək Azadə Ana...
 

(səs: 4)
Şərhlər: 12
Baxılıb: 22 909
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri